Quldurluq törətməkdə təqsirli bilinən AXCP sədrinin müşaviri və digərlərinə hökm oxunub
15.02.2011 [09:35]
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Bakı şəhər sakini Ruqiyyə Məmmədovanın evinə basqın edərək, quldurluq yolu ilə külli miqdarda pul və zinət əşyaları oğurlamaqda təqsirli bilinən Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Əvvəlcə təqsirləndirilən Hüseyn Qurbanov son söz ilə məhkəməyə müraciət edib. Daha sonra hakimlər prosesdə fasilə elan edib və müşavirə otağına yollanıblar. Fasilədən sonra isə hakim T.Nəsrullayeva hökmü elan edib.
O, qeyd edib ki, məhkəmə istintaqı zamanı H.Qurbanov, R.Mehralıyev, E.Mirzəliyev, Q.Məmmədrzayev və M.Ağayevin cinayət əməlləri tam sübuta yetirilib. Belə ki, məlum olub ki, 2009-cu il noyabr ayının əvvəllərində Mirzə Ağayev əvvəllər sürücüsü işlədiyi Ruqiyyə Məmmədovanın imkanlı və yaşadığı Bakı şəhəri Cavadxan küçəsi ev 36 mənzil 52-də külli miqdarda pulun olmasını Qabil Məmmədrzayevə deyərək, həmin pulu qanunsuz yolla ələ keçirmək barədə onunla qabaqcadan əlbir olub. Binanın, mənzilin yerləşdiyi yeri, mənzildə yaşayan ailə üzvlərinin sayı və nə işlə məşğul olması barədə məlumat verməklə Ruqiyyə Məmmədovanın fotoşəklini ona verib, Q.Məmmədrzayev isə cinayət əməlini başqa şəxslərin törədəcəyini və əldə olunan puldan ona 10.000 ABŞ dolları verəcəyini vəd edib.
Bundan sonra, Qabil Məmmədrzayev Bakı şəhəri Cavadxan küçəsi ev 36 mənzil 52-də külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə Racu Mehralıyevlə razılığa gəlib və həmin yeri 2009-cu ilin əvvəllərində sonuncuya göstərib, Ruqiyyə Məmmədovanın fotoşəklini ona verib. Sonra R.Mehralıyev 2009-cu il noyabr ayının ortalarında binanın ətrafında pusqu quraraq, mənzildə yaşayanların evdən nə vaxt çıxmasını və qayıtmasını dəqiqləşdirərək Elnur Mirzəliyev və Hüseyn Qurbanovdan ibarət qrup təşkil edib.
23 noyabr 2009-cu il tarixdə saat 12.00-da Elnur Mirzəliyev Bakı metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Racu Mehralıyev və Hüseyn Qurbanovla görüşərək, əvvəlcədən razılaşdıqları kimi, binanın yanında gözləyib, Racu Mehralıyev isə Ruqiyyə Məmmədovanın oğlu Azadlı Qədir Azad oğlunun təhsil aldığı 54 â„–-li orta məktəbdən yaşadığı binaya kimi təqib edərək gəldiyini işarə etdikdən sonra hadisə yerinə yaxın yerdə dayanaraq gözləyib. Saat 13.40-da Hüseyn Qurbanov və Elnur Mirzəliyev mənzilin giriş qapısından içəri girmək istəyən yetkinlik yaşına çatmayan Azadlı Qədir Azad oğlu və sonuncunun sinif yoldaşı Kərimli Əmir İbrahim oğlunu zorla içəri salaraq, basqın yolu ilə qanunsuz olaraq daxil olublar. Hüseyn Qurbanov özü ilə gətirdiyi silah qismində istifadə olunan tapançanı Qədir Azadlı və Əmir Kərimliyə tuşlayaraq həyat və sağlamlıqlarına xətər yetirmək hədəsi ilə təhlükəli zor tətbiq edərək sakit durmağı tapşıraraq onların yanında dayanıb, E.Mirzəliyev isə yataq otağına, otağın qapısını sındırmaq yolu ilə daxil olaraq, həmin otaqdan “Sony” markalı videokameranı, 1000 manat dəyərində qızıl və zinət əşyalarını, 30 manat dəyərində büjiteriya, həmin otaqda çarpayının yanında olan şkafdan 9600 ABŞ dolları və 1500 manat pulu götürüb. Dəstə üzvləri evdə işlərini başa çatdırdıqdan sonra özləri ilə gətirdikləri “skoç”la Azadlı Qədir Azad oğlu və Kərimli Əmir İbrahim oğlunun əl-qolunu bağlayaraq hadisə yerindən gediblər.
Bundan başqa, Elnur Mirzəliyev qanunsuz olaraq 3 ədəd 9 mm kalibrli, həmin kalibrə malik “Makarov” və “Steçkin” tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronları və soyuq silah hesab edilən kustar üsulla hazırlanmış vurucu-dağıdıcı xassəyə malik kasteti (beşbarmağı) əldə etmiş, yaşadığı Bakı şəhəri Y.Günəşli qəsəbəsi “D” massivi mənzil 75-də saxlayıb, 27 noyabr 2009-cu il tarixdə həmin mənzildə axtarış keçirilərkən göstərilən patronlar və kastet aşkar edilərək götürülüb.
Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxslər, təqsirləndirilən şəxslər və şahidlərin ifadələri əksərən üst-üstə düşüb. Beləliklə, təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə tövsif olunub. Buna əsasən Mehralıyev Racu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il, Məmmədrzayev Qabil Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il, Ağayev Mirzə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il, Mirzəliyev Elnur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 228.1, 228.4 maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay, Qurbanov Hüseyn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 8 ay 8 gün azadlıqdan məhrum ediliblər. Zərərçəkmiş şəxsin mənzilindən 200 min ABŞ dolları oğurlanması barədə qeyd təsdiqini tapmadığı üçün ittihamdan xaric edilib. Eyni zamanda, evdən götürülən 5654 manat pulun və bir videokameranın zərərçəkmiş şəxsə qaytarılması və onların əmlakının müsadirə olunmaması barədə qərar qəbul olunub.
Qeyd edək ki, cinayətkar qrupun üzvlərindən biri Q.Məmmədrzayev həbs olunan vaxta qədər AXCP sədri Əli Kərimlinin müşaviri işləyib. Elə bu fakt bir daha bu düşərgə üzvlərinin hansı keyfiyyətlərə malik olduqlarını, onların hansı amala xidmət etdiklərini ortaya çıxarır. Bu hadisənin işıq üzünə çıxardığı başqa detallar da var ki, onların üzərində dayanmağa ehtiyac duyuruq. Belə ki, artıq qeyd olunduğu kimi, bu gün quldurluq etdiyi üçün bundan sonrakı həyatının 10 ilini dəmir barmaqlıqlar arxasında keçirməyə məhkum olunan Q.Məmmədrzayev uzun müddət ölkəmizin siyasi arenasında boy göstərən bir partiyanın sədrinin müşaviri işləyib. Bu da partiyanın icra strukturunda heç də kiçik bir vəzifə sayılmamalıdır. Əksinə, rəhbərliyə daxil olan, partiyanın idarəçiliyində təmsil olunan bir şəxsin belə əməllərə imza atması həm də AXCP-nin tərcümeyi-halına bir ləkə kimi daxil olub. Bu fakt, həmçinin, partiyaların maliyyələşməsi məsələsində şəffaflığın təmin olunması zərurətini yenidən gündəmə gətirir. çünki beynəlxalq təcrübədən də artıq bildiyimiz kimi, bəzi partiyaların maliyyələşməsində çirkli pulların və cinayət yolu ilə əldə olunmuş gəlirlərin rolu olur. Hətta nəzarətsizlik halında, bu maliyyə vəsaitləri dövlətin daxilində sabitliyi pozmağa yönəlmiş cəhdlərə də xərclənə bilər. Doğrudur, ölkəmizdə mövcud olan effektiv idarəçilik sistemi, demokratik şərait, qanunların işləməsi və dövlət - vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulması Azərbaycanı bu tip mənfi ssenarilərdən sığortalayır. Amma istənilən halda siyasi təşkilatların, xüsusən, keçmişdə dövlətçiliyimizə qarşı müxtəlif təxribatlara imza atmış siyasi qüvvələrin maliyyələşməsində şəffaflığın təmin olunması mühüm bir şərtdir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

