Azərbaycan dünya üçün vacib ölkədir
19.02.2011 [09:19]
Böyük Britaniyanın məşhur “Royal Holloway” universitetinin “Azərbaycan” Cəmiyyəti Londonda ölkəmizin tanıtımı ilə bağlı tədbir keçirib. Cəmiyyətdən verilən məlumata görə, mərasimdə Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov iştirak edib. Tədbiri giriş nitqi ilə açan cəmiyyətin sədri Cəbrayıl İsmayılov Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün dünyada diaspora təşkilatlarımızın, cəmiyyətlərin fəal olmasının vacibliyini vurğulayıb. C.İsmayılov tədbirin keçirilməsinin də məhz bu məqsədə xidmət etdiyini dilə gətirərək bildirib ki, Azərbaycanın tarixi ilə bağlı yanlış məlumatların yayılmasının qarşısını almaq üçün ölkəmizin yürütdüyü siyasət, mədəniyyətimiz, tariximiz təbliğ olunmalıdır.
Azərbaycan tarixi, siyasəti barədə tədbir iştirakçılarına dolğun məlumat verən universitetin tələbəsi Babək Məmmədzadə isə erməni işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvasından didərgin düşdüyünü diqqətə çatdırıb. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi yönündə hələ ki danışıqlar aparıldığını söyləyən B.Məmmədzadə Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, danışıqlar səmərə verməzsə, hərb yolunun qaçılmaz olduğunu vurğulayıb. B.Məmmədzadə bildirib ki, Azərbaycan qoşulduğu beynəlxalq konvensiyaların hər bir tələbinə əməl etsə də, Ermənistan bu tələblərin heç birinə məhəl qoymayaraq imza atdığı sənədlərin tələblərini pozmaqda davam edir. ölkəmizin strateji coğrafi zonada yerləşdiyini söyləyən universitet tələbəsi, Azərbaycanın əksər xarici ölkələrin maraq nöqtəsində olduğunu bildirib. Natiq nitqində Azərbaycanın qədim tarixi, müstəqillik dövrü, Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə dövlətçilik ənənələrinin gücləndirilməsi və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə yürüdülən müstəqil siyasət barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra universitetin doktoranturasında təhsil alan azərbaycanlı gənc Vüsal Musayev söz alaraq ölkəmizin iqtisadiyyatının dinamik inkişafından danışıb. Azərbaycan iqtisadiyyatının günü-gündən gücləndiyini bildirən V.Musayev ölkəmizin inkişafı nəticəsində yeni-yeni iş yerlərinin açıldığını söyləyib.
Cəmiyyətin nümayəndəsi İsmayıl Məlikov isə Azərbaycanın qədim mədəni irsindən söz açıb. Azərbaycan mədəniyyətinin dünyanın hər bir yerində təbliğinin vacib olduğunu söyləyən İ.Məlikovun fikrincə, hər bir azərbaycanlı mənfur düşmənlərimizin mədəni sərvətlərimizə sahib çıxmaq cəhdlərinə qarşı fəal mübarizə aparmalıdır: “Azərbaycan muğamı ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın sayəsində dünyada layiqincə təbliğ olunur. Xaricdə yaşayan, təhsil alan hər bir azərbaycanlının borcudur ki, bu ənənəni yaşatsın. Məhz bu gün biz öz mədəni dəyərlərimizə sahib çıxmağa səy göstərməliyik. çünki ermənilər Azərbaycanın mədəniyyət nümunələrini, musiqimizi, dəyərli əsərlərimizi öz adına çıxmaqda davam edir”.
Tədbirdə çıxış edən Araz Quliyev isə Azərbaycanda biznes mühiti, turizmin imkanlarından danışıb. Onun sözlərinə görə, bu sahələrdə ölkəmizin böyük potensialı mövcuddur. A.Quliyev xarici dövlətlərin hər iki istiqamətdə Azərbaycanla fəal əməkdaşlıq etdiyini vurğulayıb.
Mərasimə universitet tələbələri ilə yanaşı, elm adamları, xarici tələbələr də qatılıblar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, Azərbaycanın qədim musiqi incisi sayılan ozan sənəti nümayiş olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

