/ / "Mitinq komitəsi" yaratdıqlarını iddia edənlər təfəkkürlərini ötən 23 ildə dəyişmədiklərini bir daha təsdiq etmiş oldular
"Mitinq komitəsi" yaratdıqlarını iddia edənlər təfəkkürlərini ötən 23 ildə dəyişmədiklərini bir daha təsdiq etmiş oldular
31.03.2011 [09:44]
Ən maraqlı məsələ isə onların “mitinq komitəsi” yaratmaları ilə bağlı yaydıqları informasiyalardır. Məhz sözügedən informasiya radikal müxalifətin hələ də 1988-90-cı illərin nostaljisi ilə yaşadıqlarını bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, həmin dövrdə Sovet imperiyasına qarşı ittifaq respublikalarında keçirilən kütləvi mitinqlər üçün mitinq komitələri yaranırdı. Bu isə imperiya güclərinə qalib gəlmək məqsədilə xalq hərəkatının formalaşdırdığı komitələr idi. Həmin komitələrin yaranmasında əsas məqsəd xalqların suverenlik, imperiya əsarətində saxlanılan respublikaların müstəqillik əldə etməsi idi. Digər tərəfdən, həmin dövrdə bütün etiraz aksiyaları Azərbaycanı müstəqilliyə qovuşdurmaq üçün keçirilirdi və bu xalqın etirazı idi...
Bəs, elə isə bu gün radikal müxalifətin yaratdığı “mitinq komitəsi” kimə və ya nəyə qarşı yönəlib? Cavab aydındır. Onlar məhz ölkəmizin müstəqilliyinə qarşı “mitinq komitəsi” yaradırlar. Ən əsası xalq tərəfindən dəstəklənməyən, məhdud bir çevrədən ibarət olan bu mitinq “azarkeşləri” xaricdən aldıqları maddi vəsaitin müqabilində Azərbaycanda mövcud olan demokratik, hüquqi dövlətçiliyə kölgə salmağa çalışırlar.
Bəli, “mitinq komitəsi” ifadəsi 20 ildən də artıq bir müddətdə tarixin arxivinə qovuşub. ötən dövrdə çox şey dəyişib. Məlum olduğu kimi, Sovet imperiyasının dağılmasının ardından uçurumun bir addımına gətirilən, bəzi qüvvələrin min yerə parçalamağa çalışdıqları Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində öz müstəqilliyini və bütövlüyünü qorudu. Bu gün özünü müxalifət adlandırıb xalqına, dövlətinə düşmən kəsilən qüvvələrin hakimiyyətdə olduqları vaxt dağıtdığı ölkə iqtisadiyyatı bərpa olundu və Azərbaycan yerləşdiyi regionunun ən inkişaf etmiş dövlətinə çevrildi. Şəxsi qoruma dəstələri, AXC-Müsavat funksionerlərinin saxladıqları qoçu dəstələri ləğv edildi, ölkəmizdə mərkəzi hakimiyyətə tabe olan, nizam-intizamlı ordu yaradıldı. Ən əsası isə Azərbaycanda vətəndaş cəmiyyəti, vətəndaş birliyi yaradıldı, demokratik pinsiplər bərqərar oldu. Amma görünən odur ki, müxalifət düşərgəsinin və özünü “lider” adlandıranların təfəkkürü hələ də 1988-90-cı illərdədir.
Məlum olduğu kimi, bu gün özünü siyasi qüvvə kimi təsdiq etmək və ya siyasətlə məşğul olaq istəyən hər bir partiya üçün Azərbaycanda yüksək səviyyədə şərait yaradılıb. ölkədə şəffaf, ədalətli, azad seçki hüququ mövcuddur, hər bir Azərbaycan vətəndaşına Konstitusiyaya əsasən seçmək və seçilmək hüququ verilib. Eyni zamanda, partiyaların fəaliyyət göstərməsi, seçkidə iştirak etməsi üçün dövlət bütünlüklə imkan yaradıb. Bundan başqa, ölkəmizdə mükəmməl seçki qanunu və Avropa standartları əsasında yaradılan, beynəlxalq mütəxəssislərlə birgə hazırlanan Seçki Məcəlləsi mövcuddur. Azərbaycanda bu qədər demokratik bir şərait olduğu halda müxalifət nə üçün öz siyasi məqsədləri uğruna mitinq keçirmək istəyir. Maraqlı olan budur ki, bu gün xarici qüvvələrin təhriki ilə “mitinq komitəsi” yaradan, gözdən pərdə asmaqdan ötrü min bir oyun çıxaran həmin müxalifət qüvvələri seçki dövründə bir dəfə də olsun kütləvi aksiya keçirmir və Seçki Məcəlləsi ilə onlara verilən bu hüquqlardan istifadə etmirlər. Təbii ki, bunun bir səbəbi var. Azərbaycan müxalifəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənmədiyini bilir və seçkinin nəticələrində də uğur əldə etməyəcəyini dərk edir. Bu səbəbdən də özünü yenidən cəmiyyətin gülüş obyektinə çevirməmək üçün onlar kütləvi aksiyalardan çəkinirlər. Bu gün isə icazəsiz şəkildə 3-5 nəfərlə küçədə tamaşa göstərərək gözdən pərdə asmaq, həm də “özünütəsdiq kampaniyası” yaratmaq istəyirlər. Bu isə özünüifşadan o yana bir şey vermir...
Təəssüf ki, siyasi rəqabəti yalnız xalqına, dövlətinə qarşı olan qüvvələrin təhrikçisinə çevrilmək, qeyri-sivil davranışlar sərgiləmək şəklində qavrayan, bu cür addımları ilə xalqın gözündə daha da kiçilən və siyasi palitradan silindikləri reallığı ilə barışmayan müxalifət dairələri xalqın iradəsinə və seçiminə belə hörmət göstərmirlər. Əgər hörmət göstərsəydilər o zaman bu dağıdıcı qüvvələr xalqın onlara birdəfəlik yox deməsi ilə barışardı...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

