Kəlbəcərin işğal günündə mitinq keçirən radikal müxalifətin amacı nə idi?
05.04.2011 [09:35]
Düzü, radikal müxalifət təmsilçilərinin növbəti “mitinq”lərini aprelin 2-nə təyin etdiklərini eşidəndə bir qədər təəccüblənmişdim. Fikirləşirdim ki, adlarını “ana müxalifət liderləri” qoymuş bu kəslər nəhayət özlərində cürət tapıb Azərbaycanın dilbər guşələrindən biri - Kəlbəcərin işğalı gününü qeyd edəcək, Şəhidlər Xiyabanını ziyarət edərək orada Kəlbəcər uğrunda döyüşlərdə canlarından keçmiş əsgərlərimizin ruhuna dualar oxuyacaq, sonra həmin küçə ilə bir qədər aşağı enib BMT-nin Bakıdakı ofisinin qarşısınadək yürüş təşkil edəcəklər? Orada isə bir-birini əvəzləyən müxalifət liderləri öz çıxışlarında BMT Təhlükəsizlik Şurasının hələ 1994-cü ildə qəbul etdiyi “Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri qeyd-şərtsiz tərk etməsi”nə dair qətnamənin niyə indiyədək yerinə yetirilməməsi barədə qurumun təmsilçisindən hesab soracaqlar. Nə yazıq ki, bunların heç biri baş vermədi...
Məlum olduğu kimi, martın sonundan başlayaraq, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri diaspor təşkilatlarımızla birgə Kəlbəcərin işğal gününə həsr olunmuş silsilə tədbirlərə start verdilər. Baltikyanı ölkələr, Türkiyə, Rumıniya, Sloveniya, Ukrayna, özbəkistan, İordaniya, ABŞ-ın ayrı-ayrı ştatları, Meksika, Rusiyanın bir sıra şəhərlərində keçirilən həmin tədbirlərdə diplomatlarımız, eləcə də, diaspora təmsilçilərimiz Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, bu siyasətin nəticəsi kimi nəinki Dağlıq Qarabağ, hətta, onun sərhədlərindən kənarda olan yeddi rayonun, o cümlədən, Kəlbəcərin işğal edilməsini dünya ictimaiyyətinə çatdırırdılar. Həmin ölkələrin KİV-lərində Azərbaycan həqiqətləri-ermənilərin ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, Ermənistan rəhbərliyinin bu siyasəti hələ də davam etdirməsindən bəhs edən silsilə yazılar dərc olundu. Gözlənilirdi ki, 1992-1993-cü ildə hakimiyyətdə olan qüvvələr də Kəlbəcərin işğalındakı məsuliyyətlərini dərk edib, nəhayət ki, Şəhidlər Xiyabanına gəlsinlər. Burada şəhid qəbirlərini ziyarətə gəlmiş kəlbəcərlilərlə üz-üzə dayansınlar, onlara sıldırım dağlarla əhatələnmiş Kəlbəcəri nədən müdafiə edə bilmədiklərini, onu nədən ermənilərə təslim etdiklərini anlatsınlar.
Doğrudur, ötən şənbə Şəhidlər Xiyabanında Kəlbəcərin işğalının ildönümü qeyd olundu, şəhidlərimiz anıldı, rayonun müdafiəsində canından keçən igid əsgərlərimizin ruhlarına dualar oxundu.
Amma ziyarətə gələnlər arasında radikal müxalifət təmsilçiləri yox idi. çıxışlarda qeyd olundu ki, Kəlbəcərin Ermənistan tərəfindən işğalından 18 il ötür. Məcburi köçkün ailəsində göz açan kəlbəcərlinin bu gün artıq 18 yaşı tamam olub və həmin gənclərimiz Milli Ordumuzun əsgəridirlər. Bu gənclər Vətən qarşısında öz müqəddəs borclarını yerinə yetirmək üçün cəbhə bölgələrinə yollanırlar.
Əfsuslar olsun ki, Kəlbəcərin ermənilər tərəfindən işğalında bilavasitə məsuliyyət daşıyanlar - AXC-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi dövrdə yüksək vəzifələrdə oturanlar, indi adlarını “ana müxalifət liderləri” qoymuş bu kəslər kəlbəcərli şəhidlərin ruhlarını yad etməyi belə özlərinə sığışdırmadılar. 1992-1993-cü illərdə olduğu kimi, necə xarici dövlətlərin göstərişi ilə ölkədə xaos, qarışıqlıq yaratmışdılarsa, indi də eyni hərəkətləri təkrarladılar. Bəzi ərəb ölkələrində baş verən hadisələrdən ruhlanan bu zavallılar, məhz, aprelin 2-də, yəni, Kəlbəcərin işğal edildiyi tarixdə öz tərəfdarlarını paytaxtın mərkəzi küçələrinə çıxararaq onları hakimiyyətə, asayiş keşikçilərinə itaətsizlik nümayiş etdirməyə səslədilər. Maraqlısı isə o idi ki, aksiya iştirakçıları arasında özlərini “ana müxalifət liderləri” kimi qələmə verənlərdən kimsə yox idi. Bəlkə də, hadisə yerinə yaxın bir ərazidə, hansısa bir avtomobildə oturub, hadisələrin necə cərəyan edəcəyini gözləyirdilər? Bəlkə günlərdir özlərinə yaxın qəzetlərdən 2 aprel “mitinq”inin möhtəşəm olacağı haqda zəmanətlər verən bu kəslər aksiyaya yalnız yüzədək insanı cəlb edə bildiklərini görüb utanırdılar? Bəlkə Azərbaycan paytaxtında möhtəşəm mitinq təşkil edəcəklərinə dair xaricdəki havadarlarına verdikləri sözə görə utanıb üzə çıxmırdılar?
Doğrudur, yüzədək insanın qatıldığı “möhtəşəm mitinq”də hər zaman İsa Qəmbərə sadiqliyi ilə seçilən, hələ cəbhə hərəkatı dövründə özünə İsa Qəmbərin “dilmancı”, “buyruq qulu” kimi imic qazanmış və bunun sayəsində də ölkənin baş naziri vəzifəsinədək yüksəlmiş Pənah Hüseynov hadisə yerində görünsə də, bu, heç nəyi dəyişmədi. Axı, müxalifət düşərgəsində birmənalı qəbul edilməyən bu kəsin arxasınca getməyi kim özünə sığışdıra bilərdi ki ? Odur ki, “mitinq” öz amacına yetişmədi-iddia etdikləri kimi möhtəşəm olmadı, xalq arasından dəstək qazanmadı.
Əslində, hadisələrin elə bu sonluqla bitəcəyi əvvəlcədən də bəlli idi. çünki radikal müxalifətin əsas məqsədi, özlərinin də qələmə verdikləri, qəzetlərində manşet yazısı çıxardıqları kimi, heç də ölkədə guya “inqilab görüntüsü” yaratmaq deyildi. Onlar bununla, işbirliyində olduqları xarici qüvvələr, maliyyə yardımları aldıqları havadarları, eləcə də, ermənipərəst qüvvələr qarşısında bir növ hesabat verməli idilər ki, heç olmasa bu yolla olsa belə aldıqları qrantları hesabdan silə bilsinlər. Odur ki, Kəlbəcərin işğal günündə şəhid kəlbəcərlilərin ruhlarını anmağı belə yaddan çıxardılar.
Və sonda. Görünür, radikal müxalifət liderləri bu dəfə də proqnozlarını düzgün hesablaya bilməyiblər. Əks təqdirdə mitinq keçirmək üçün Kəlbəcərin işğal günü seçilməzdi.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11

