Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cəfəng iddialar rədd edilir

Cəfəng iddialar rədd edilir

15.12.2022 [10:21]

Azərbaycan təbii sərvətlərinin daşınmasına imkan verməyəcək!

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu.

Rəsmi İrəvanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, eyni zamanda ekoloji vəziyyətin bərbad hala salınmasına, milli sərvətlərimizin talanmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, talan edilib. Bir sözlə, Azərbaycanın işğal atındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib.

Etirazın səbəbləri bəllidir - Ermənistanın manipulyasiya cəhdi baş tutmadı

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi. Amma Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmadı. Belə ki, sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da, Qarabağdakı qanunsuz erməni dəstələrinin təxribatı buna imkan vermədi. Nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşdilər. Heyətin yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədildi, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşdılar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib Şuşa şəhərinə qayıtdı.

Buna cavab olaraq isə dekabrın 12-dən etibarən Azərbaycan QHT-lərinin və ekoloqlarının Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Şuşa -Xankəndi yolunda keçirdiyi etiraz aksiyası davam edir. Bəlli olduğu kimi, bu aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq həyata keçirilir.

Laçın-Xankəndi yolundan hərbi məqsədlə istifadə edilməsinin qarşısının alınması vacibdir

Qeyd edək ki, Azərbaycanın vətəndaş cəmiyyətinin məsələyə reaksiyası Ermənistan tərəfindən manipulyasiya edilir. Onlar haqlı tələblərlə çıxış edən aksiya iştirakçılarının addımlarına siyasi don geyindirməyə və vəziyyəti fərqli yalanlarla yozmağa çalışırlar. Məsələn, aksiya iştirakçılarının Laçın yolunu bağlamasının guya bölgədə humanitar fəlakətə yol açacağını iddia edən Ermənistan bununla da dünya ictimaiyyətinin diqqətini məsələnin əsl məğzindən yayındırmağa cəhd edir. Halbuki sosial şəbəkələrdə də yayılan videogörüntülərdə aksiya iştirakçılarının dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduğu görünür. Ancaq neçə gündür ki, ekofəallar bunun üçün öz köməkliklərini təklif etsələr də, əlaqə vasitələrini internetlə yaysalar da, belə müraciətlər olmayıb. Bir sözlə, bu məsələdə də erməni məkri özünü biruzə verməkdədir.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə də bildirib ki, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik: “Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması vacibdir”.

Üçtərəfli razılaşmaya əsasən, artıq iki ildən çoxdur, Azərbaycan ərazisini tərk etməli olan erməni silahlı birləşmələri təxribatlarından əl çəkmirlər. Ötən dövr ərzində artıq bir neçə dəfə genişmiqyaslı təxribatın qarşısı Azərbaycan Silahlı qüvvələri tərəfindən alınıb. Sonuncu belə cəhd bu ilin sentyabrında baş vermişdi ki, ermənilər bu təxribatın cavabını layiqli şəkildə aldılar. Digər tərəfdən, Laçın yolu ilə Ermənistan ərazisindən həmin silahlılara silah-sursat, texnikalar daşınır. Bu faktı Azərbaycanın təhlükəsizlik orqanlarının rəsmiləri də dilə gətirib. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın yolu ilə daşındığına şübhə yeri qalmır. Bu isə yolverilməzdir.

Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə imkan verilməyəcək

H.Hacıyevin də qeyd etdiyi kimi bu yoldan Azərbaycanın sərvətlərinin, hərbi texnikanın daşınmasının qarşısını almaq zəruridir. Bu, Azərbaycanın haqlı mövqeyidir. İllərlə Azərbaycanın sərvətlərini talayan separatçı rejimin rəhbərlərinin bu fəaliyyətini indi də Ruben Vardanyan davam etdirmək niyyətindədir. Prezidentin köməkçisi Ermənistanın sabiq rəhbərləri R.Köçəryan və S.Sarkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərinə və qeyri-qanuni iqtisadi əməllərinə də toxunub. Prezidentin köməkçisi indi də kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcəyini qeyd edib.

Azərbaycanın mövqeyi faktlara əsaslanır. Bəlli olduğu kimi, noyabr ayı ərzində bir neçə bu kimi faktlar aşkarlanmışdı. Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyatağ kəndi yaxınlığında yerləşən qızıl mədənlərində hasil edilən xammal “Kamaz” markalı yük maşınlarında xaricə çıxarılırmış. Hətta bu işi görən xarici şirkətlər və onların rəhbərləri ilə də bağlı informasiyalar verilib. Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi, inanılmaz gəlirlər gətirməsi isə özünü “dövlət naziri” elan edən Ruben Vardanyanı da şirnikləndirib. Yayılan məlumatlarda bildirilirdi ki, Vardanyan artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərpa edib. Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər isə Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların qara kassalarına axır. Bu isə Azərbaycana qarşı açıq cinayətdir və bu cinayətin qarşısı Azərbaycan tərəfindən alınacaq.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 360 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Uzaq Vyetnamda...

22 Aprel 10:19  

İqtisadiyyat

Sosial

Daha iki ünvan...

22 Aprel 09:53  

Ədəbiyyat

Analitik

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30