"Yay məktəbləri" layihəsi gənclər tərəfindən rəğbətlə qarşılanır
09.08.2011 [10:35]
ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. Onu da vurğulamaq yerinə düşər ki, YAP-ın bir çox sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir.
Cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirir, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirirlər. Bütün bunlardan əlavə ölkə gəncliyi, həmçinin, onlara göstərilən diqqət və qayğı da YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Təsadüfi deyil ki, məhz YAP tərəfindən bir neçə ildir böyük uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbləri” layihəsi artıq ənənəyə çevrilib.
Hər il təşkil olunan layihə bu mövsüm daha da genişləndirilib. Belə ki, 2007-ci ildən həyata keçirilən “Yay məktəbləri” bu il iştirakçıların say çoxluğu baxımından ötən illərdəkilərdən fərqlənib. Layihədə iştirak edən 600 gəncin 300-ü Bakı şəhərini, 300 nəfəri isə Azərbaycanın bölgələrini təmsil edib. Məlumat üçün bildirək ki, gənclər üçün Lerik rayonundakı “Relax” istirahət mərkəzində, Qəbələdəki “Qafqaz” və Oğuz rayonundakı “Afra” hoteldə hər qrupda 50 nəfər olmaq üzrə 5 günlük “Yay məktəbləri” təşkil olunub. Layihənin məqsədi gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, həm də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkili olub. “Yay məktəbləri”ndə YAP-ı təmsil edən deputatlar, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olublar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüb, gəncləri maraqlarından suallara cavab veriblər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib. Eyni zamanda, gənclərlə iş baxımından da, bu layihənin əhəmiyyəti xüsusi qiymətləndirilir. çünki Yeni Azərbaycan Partiyasının bu layihəsi dövlətin gənclərə olan diqqəti ilə yanaşı, onların asudə vaxtının, digər maraqlarının da daim nəzərdə olduğunu bir daha nümayiş etdirir.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov da bu layihənin xüsusi əhəmiyyətinin olduğunu bildirib. Belə ki, iyulun 6-da Oğuzda yerləşən “Afra” hoteldə “Yay məktəbləri” layihəsinin iştirakçıları ilə görüşən Əli Əhmədov bu layihə çərçivəsində gənclərin bir-birilərini tanıdığını, dost olduqlarını deyib: “Bu layihə YAP-ın bir ailə kimi möhkəmlənməsinə töhfə verir. Siz burada müxtəlif mövzularda fikir mübadiləsi aparırsınız. Biz YAP-ın hər bir gənc üzvünün ölkənin ictimai-siyasi həyatında iştirak etməsini istəyirik. Əksəriyyətiniz tələbələrsiniz. Bir neçə ildən sonra universiteti bitirəcəksiniz, gənc mütəxəssislər olacaqsınız. Sizin Azərbaycanın inkişafında böyük rolunuz olacaq. Siz bu gündən gələcək həyata yaxşı hazırlaşmalısınız, yaxşı təcrübəyə malik olmalısınız. Əgər bunlar olsa, Azərbaycanın inkişafına öz töhfənizi verəcəksiniz. Buna görə, sizi gələcəkdə ictimai-siyasi həyatda yaxından iştiraka hazırlayırıq”.
Əli Əhmədovun sözlərinə görə, YAP-ın həyata keçirdiyi siyasətin əsas istiqaməti bugünkü nəslin həyatının yaxşılaşması, ancaq bununla yanaşı, gələcək nəsillərimizin həyatının da daha yaxşı olmasıdır. Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət insanlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin edir: “ölkə başçısının həyata keçdirdiyi siyasət bu günümüzün və gələcək həyat səviyyəmizin inkişaf etməsi istiqamətindədir. Artıq partiyamızın üzvlərinin sayı 550 minə yaxınlaşır. üzvlərimizin 40 faizi gənclərdir. Bu, Azərbaycan gənclərinin Prezidentimizin həyata keçirdiyi siyasətə inamını ifadə edir. Biz istəyirik ki, siz YAP-ın həyata keçirdiyi siyasəti cəmiyyətdə yayasınız, öz yaşıdlarınızla bölüşəsiniz”.
YAP-ın sıralarında dünyagörüşlü, müasir düşüncələrə malik gənclərin olduğuna görə məmnunluq hissi keçirdiyini qeyd edən Əli Əhmədov onların ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu deyib.
Qeyd etdiyimiz kimi, hər il layihə çərçivəsində millət vəkilləri və hökumət nümayəndələri gənclərin qonağı olurlar. Amma bu il ötən illərdən fərqli olaraq “Yay məktəbləri”nin qonaqları sırasında xaricdən gələn gənclər də olub. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizə gələn Rumıniyanın Liberal Demokrat Partiyasının gənc üzvləri Oğuz rayonunda təşkil edilmiş “Yay məktəbləri”nin iştirakçıları ilə görüşüblər. Daha sonra, iyulun 25-də isə layihənin iştirakçıları, eləcə də, Rumıniyanın Liberal Demokrat Partiyasının gənc üzvləri Şəki şəhərinə səfər ediblər. Burada onlar Şəki Xan sarayı və Karvansarayla tanış olublar. Bu tarixi məkanlar haqqında məlumatlar qonaqlar tərəfindən maraqla qarşılanıb. “Yay məktəbləri” iştirakçıları və rumıniyalı gənclər, həmçinin, Kiş kəndində yenidənqurmadan sonra istifadəyə verilmiş qədim alban kilsəsini ziyarət ediblər.
Əlbəttə ki, bütün bunlar çox təqdirəlayiqdir. Onu da qeyd edək ki, YAP bu yöndə layihələrini uğurla davam etdirməkdədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

