Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb
20.10.2011 [16:23]
Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olub. M.İ.Rudomino adına ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzidir.
Kitabxananın direktorunun beynəlxalq əlaqələr üzrə müavini Svetlana Qoroxova Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını çox mühüm və əlamətdar hadisə adlandırıb. O deyib: “Bu gün biz Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açırıq. Bu, təkcə Moskva üçün deyil, bütün Rusiya üçün mühüm hadisədir. Bu hadisənin unikallığı həm də ondan ibarətdir ki, bu, Xarici Ədəbiyyat Kitabxanasında ilk mədəniyyət mərkəzidir. Bu, MDB üzvü olan ölkənin - Azərbaycanın ilk mədəniyyət mərkəzidir. Azərbaycanla bizi çox qədim və uzunmüddətli mədəni əlaqələr bağlayır, mədəni mübadilə sahəsində bizim indiki münasibətlərimiz əladır, gələcək münasibətlərimiz isə daha parlaq olacaqdır. Bu mərkəzin yaradılması ideyası Azərbaycanın Rusiyadakı səfirinə və bizim direktor Yekaterina Qeniyevaya məxsusdur. Belə bir müştərək layihə onların təklifidir. Heydər Əliyev Fondu bu təklifi bəyənmiş və dəstəkləmiş, nəticədə mərkəzin yaradılması reallığa çevrilmişdir”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə toplaşanları salamlayaraq, bu layihənin həyata keçirilməsinə göstərilən dəstək üçün kitabxananın rəhbərliyinə təşəkkür edib. L.Əliyeva deyib: “Rəmzi haldır ki, Azərbaycan Mədəniyyət Mərkəzi məhz Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü bayram edilən günlərdə açılır. 1991-ci il oktyabrın 18-də dünya xəritəsində yeni suveren dövlət yarandı. Mən sizin hamınızı bu bayram münasibətilə təbrik etmək istərdim. Bu 20 ildə Azərbaycan sürətlə inkişaf etmiş və çiçəklənmişdir. Bu gün biz mədəniyyətlərimizin, xalqlarımızın yaxşılaşması istiqamətində daha bir addım atırıq. ümid edirəm ki, bu mərkəz yaşından, milliyyətindən asılı olmayaraq bizim ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi ilə daha yaxından tanış olmaq istəyənlərin hamısı üçün maraqlı olacaqdır. Biz bu mərkəzdə Azərbaycan haqqında kitablar, filmlər, disklər, hər cür informasiya toplamışıq, burada Azərbaycanın böyük yazıçı, şair, rəssam və bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbiətinin gözəlliklərini, Bakı şəhərinin nadir memarlığını görmək mümkündür. Biz burada yaradıcılıq axşamları, sərgilər, seminarlar maraqlı və məşhur azərbaycanlılarla görüşlər keçirməyi planlaşdırırıq. Əlbəttə, burada Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri də keçəcəyik. Bu dərsləri Azərbaycan dilinin daşıyıcıları olan, Bakıdan dəvət edilmiş müəllimlər keçəcəklər. Mən ürəkdən inanıram ki, qonaqlarımızın sayı günbəgün artacaq və bizim qapılar həmişə hamının üzünə açıq olacaqdır”.
Leyla Əliyeva daha sonra bildirib ki, elə həmin gün kitabxananın foyesində Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı, Beynəlxalq Sülh Səfiri diplomuna layiq görülmüş Əşrəf Heybətovun “Bakı və bakılılar. 30 ildən sonra” adlı sərgisi açılıb. L.Əliyeva sərginin bir həftə fəaliyyət göstərəcəyini vurğulayıb və ümid etdiyini bildirib ki, moskvalıların çoxu həmin sərgiyə baxacaqlar.
L.Əliyeva çıxışının sonunda tədbir iştirakçılarına bir daha təşəkkür edib, Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivinə müvəffəqiyyətlər və uğurlu iş arzulayıb.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını rəmzi və əlamətdar hadisə adlandırıb, çünki bu günlərdə Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü qeyd edir. Səfir deyib ki, bu 20 ildə çox iş görülüb, Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. P.Bülbüloğlu oktyabrın 10-11-də Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyətini də vurğulayaraq bildirib ki, dünyanın hər yerindən bu foruma gəlmiş adlı-sanlı qonaqlar və iştirakçılar qlobal problemləri müzakirə ediblər. Diplomat mədəniyyət mərkəzinin açılmasından söhbət açaraq deyib: “Biz çox fəxr edirik ki, Azərbaycan bu məşhur kitab məbədində özünü birinci olaraq xatırlatmışdır. Bu mərkəzin sayəsində təkcə Rusiyanın və Azərbaycanın sahəvi mütəxəssisləri arasında deyil, iki ölkənin mədəni ictimaiyyəti arasında əlaqələr inkişaf edəcək”.
Azərbaycanın Əməkdar rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov onun sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya səmimi minnətdarlığını bildirib. O, üzərində Leyli və Məcnunun rəsmi şəkilmiş keramik vazanı kitabxanaya, Nizami Gəncəvinin şəkli toxunmuş Azərbaycan xalçasını isə mərkəzin özünə hədiyyə edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya səmimi təşəkkürünü bildirib. O deyib: “Olduqca əlamətdar haldır ki, mərkəzin açılışı və Azərbaycan rəssamının sərgisinin açılışı - hər iki layihə Heydər Əliyev Fondu tərəfindən məhz burada, dünya mədəniyyət ocağında həyata keçirilir. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etməsi onu göstərir ki, biz bu işdə marağı olan bütün tərəflərlə əməkdaşlıq etməyə və qarşılıqlı əlaqə saxlamağa hazırıq. Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ideyasını ilk günlərdən səmimi dəstəklədiyinə görə kitabxananın rəhbərliyinə də dərin təşəkkürümü bildirirəm”.
Təntənəli mərasimdən sonra tədbir iştirakçıları rəssam Ə.Heybətovun sərgisi ilə tanış olub, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş müasir texnika, Azərbaycan kitabları, suvenirlər və xalçalar ilə təchiz olunmuş mərkəzə tamaşa ediblər.
Açılış mərasimində Arzu Əliyeva, ABŞ, Fransa, Bolqarıstan, Niderland, Yaponiya, Latın Amerikası ölkələrinin mədəniyyət mərkəzlərinin, Avropa Şurasının informasiya ofisinin, gənclərin və ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34

