Gürcüstanda çevriliş planlaşdırılır?
27.09.2023 [12:03]
Ölkənin DTX-sı xəbərdarlıq edib
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir qrup şəxsin güc yolu ilə ölkədə hakimiyyəti dəyişməyi planlaşdırması barədə bəyanat yayıb. Qrup ölkə daxilində və xaricində hazırlanmış plana əsasən bu ilin oktyabr-dekabr ayları ərzində müəyyən qrupların destabilizasiya təşkil etməyi planlaşdırdığını, son məqsədin isə hökuməti güc yolu ilə dəyişdirmək olduğunu bəyan edib. Qeyd olunub ki, destruktiv proseslərin başladılması üçün Avropa Komissiyasının hesabatının dərc ediləcəyi oktyabr-dekabr ayları seçilib.
Bəyanatda qeyd olunub ki, sözügedən planın müəllifləri arasında keçmiş hökumətin vəzifəli şəxsləri, sabiq prezident Saakaşvilinin cangüdəni, həmçinin Ukrayna hərbi kəşfiyyatı, eləcə də Ukraynada vuruşan Gürcü Legionunun komandanlığı var. Bəyanata görə, Gürcüstanda qarışıqlığın yaradılması məqsədilə Ukraynada döyüşlərdə iştirak edən gürcülərdən, həmçinin Ukrayna-Polşa sərhədində təlim keçmiş gürcü gənclərdən istifadə ediləcək.
Bəyanatda vurğulanıb ki, risklərin neytrallaşdırılması məqsədilə DTX bütün zəruri tədbirləri digər qurumlarla koordinasiyalı şəkildə həyata keçirəcək.
Politoloq Tural İsmayılov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Gürcüstanda Qərbin yeni rəngli inqilab ssenariləri hazırlana bilər: “Çünki rəngli “Maydan”senariləri Qərb imperializminin fərqli coğrafiyalara yaymaq istədiyi təhlükəli tendensiyadır. Bundan əvvəl dünyanın bir çox geopolitik nöqtələrində Qərbin bu ənənəvi inqilab ssenarilərini reallaşdırdığını müşahidə etmişik. Gürcüstana daha öncədən bu ssenari ilə yaxınlaşıb orada fəlakətlərə səbəb olan Qərb bu gün də yeni oyunlar oynamağa çalışır. Faktiki olaraq bu gün Gürcüstan hakimiyyəti daha yekdil, eyni zamanda siyasi proseslərdə ölkənin inkişafını əsas götürən komandadan təşkil olunub. Bu gün Qərbə inteqrasiya Gürcüstan üçün önəmli siyasi xətt sayılır. Amma dövlət milli maraqlarını tapdalayıb birmənalı şəkildə Qərbin plasdarmı rolunda iştirak etmək istəmir.
Bütün bunlar sorosçuların və onların ətrafındakı siyasi provokatorların Gürcüstan üzərindən təhlükəli ssenarisinə şərait yaradır. Gürcüstanın təhlükəsizlik xidmətinin bu yaxınlarda rəngli inqilabların hazırlanmağı ilə bağlı həyəcan təbili çalmağı da boşuna deyil. Hesab edirəm ki, Gürcüstan kifayət qədər yetkin cəmiyyətə və dövlət aparatına malikdir. Eyni zamanda Gürcüstanın Təhlükəsizlik Xidməti ölkə əleyhinə bu cür plandan xəbərdardırsa, bunun reallaşmaq ehtimalına qarşı əllərində konkret olaraq önləmələr var. Gürcüstana qarşı növbəti bu cür demarşlar həyata keçirilərsə, dövlət strukturları bunun qarşısını alacaq və eyni ssenarinin təkrarlanmasına imkan verməyəcək”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17

