Aİ missiyası şərti sərhəddə...
03.11.2023 [11:20]
Brüsseldə monitorinq missiyasının genişləndirilməsinin müzakirəyə çıxarılması nəyə hesablanıb?
Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının tərkibinin genişləndirilməsi məsələsi bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Bu barədə missiyanın rəhbəri Markus Ritter erməni mediasına açıqlamasında deyib. Ritter hazırda müşahidə missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, Missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib: “Missiyanın genişləndirilməsi məsələsi ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Nəticələri gözləməliyik. Ancaq əvvəllər deyildiyi kimi, hazırda burada baş verənlərə görə bu missiyaya böyük siyasi diqqət yetirilir”. Aİ-yə üzv olmayan üçüncü ölkənin Aİ-nin Ermənistandakı missiyasına qoşulmasının mümkünlüyü məsələsinə toxunan Markus Ritter Kanadanın Aİ-nin müşahidə missiyasına qoşulma qərarını xatırladaraq digər ölkələrdən də analoji marağın olacağı halda bu məsələnin Brüsseldə müzakirə olunacağını deyib.
Kanadanın ermənipərəstliyi...
Göründüyü kimi, Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni proseslər baş verir. Kanadanın missiyada iştirak etmək niyyəti bu ölkənin xarici işlər nazirinin cari ayda İrəvana səfəri zamanı səsləndirilsə də, hələ bir neçə ay öncə təşəbbüs olaraq irəli sürülmüşdü. Belə ki, iyul ayında Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Kanadanın Ermənistandakı monitorinq missiyasına “töhfə vermək” təklifini təsdiqləmişdi. Komitənin 18 iyul tarixli qərarında Kanadanın Ermənistandakı monitorinq missiyasına qoşulması öz əksini tapırdı. “Kanadadan Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töhfə qəbul edilir və bu, əhəmiyyətli hesab olunur. Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”, - deyə qərarda qeyd edilib. Qərarın qəbul olunduğu gündən qüvvəyə mindiyi vurğulanmışdı.
Kanadanın Avropa İttifaqının monitorinq missiyasına qoşulması isə yeni siyasi oyun hesab edilə bilər. Ermənistan Xarici İşlər Nazirliyi Kanadanın Ermənistandakı Aİ mülki müşahidə missiyasının bir hissəsi olmaq təşəbbüsünü “alqışlayıb”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin “twiter” paylaşımında “Biz Kanadanın Ermənistandakı Avropa İttifaqı mülki müşahidə missiyasının bir hissəsi olmaq təşəbbüsünü alqışlayırıq və bunu Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsində missiyanın roluna mühüm töhfə kimi qiymətləndiririk”- deyə qeyd edilib.
Nəzərə alsaq ki, Kanada Avropa İttifaqının üzvü deyil, belə olan təqdirdə bu ölkənin məlum missiyaya qoşulmaq istəyi suallar doğurur. Bu, ilk növbədə Kanadanın ermənipərəst siyasətinin göstəricisidir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Kanada Azərbaycanın haqq işini deyil, Ermənistanı müdafiə etmişdi. Bu dəstəyin ifadəsi olaraq “Bayraktar” PUA-sı üçün müəyyən detalların Türkiyəyə satılmasını qadağan etmişdi. Səbəb də Azərbaycanın öz ərazilərini azad etməsində bu PUA-lardan istifadə etməsi göstərilirdi. Azərbaycanın müharibədə qələbə qazanmasından sonra da bu ölkə Fransa ilə yanaşı ermənilərin maraqlarına xidmət edən mövqe sərgilədi. Kanadanın XİN başçısı Colinin bu yaxınlarda Ermənistana səfəri zamanı Azərbaycan əleyhinə bəyanatları da ölkəsinin ermənipəərəst mövqeyini bir daha təsdiqləmiş oldu.
Dərələyəzdə missiyanın qərargahının açılışı olub
Bundan əlavə, bugünlərdə Yeğeqnadzorda (Dərələyəz mahalı) Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının qərargahının açılış mərasimi olub. Açılış mərasimində missiyanın rəhbəri Markus Ritter çıxış edib. O bildirib ki, Aİ-nin Ermənistandakı missiyası bu ilin fevralında fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub. “8 aydan sonra Aİ-nin 23 dövlətindən göndərilmiş 93 missiya üzvü ilə yeni qərargahımızın qarşısında dayanıram. Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Kafan, Gorus, Cermuk, Yeğeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik”, - deyə Ritter vurğulayıb.
Məlumdur ki, ötən ilin oktyabrında keçirilən Praqa görüşü zamanı liderlərin razılığı ilə yaradılmış monitorinq missiyasının mandatı həmin ilin dekabrın 19-da başa çatmışdı. Razılaşmaya əsasən, 40 nəfərdən ibarət mülki missiya iki ay ərzində fəaliyyət göstərməli idi. Amma iki aylıq missiya başa çatandan sonra Ermənistan və Avropa İttifaqı 100 nəfərdən ibarət yeni missiyanın iki il müddətinə göndərməsi barədə razılığa gəldilər. Bu ilin fevralında Avropa İttifaqı yeni missiya ilə bağlı qərar qəbul etdi, aprel ayında isə mülki missiya Ermənistan ərazisinə gəlib. Aİ-nin növbəti missiyasının bölgəyə göndərilməsi ilə bağlı Azərbaycan tərəfi heç bir razılıq verməyib.
Məqsəd nədir?
Bütün bunların fonunda Avropa İttifaqı iyun ayında Ermənistandakı mülki missiyasının heyətinin sayının daha 23 nəfər artırılması barədə qərar verdi. Bu məqsədlə vakansiyalar elan olundu. Bu barədə məlumat Avropa İttifaqının rəsmi internet səhifəsində yerləşdirilmişdi. Missiyanın yeni üzvlərinin fəaliyyət yerləri Ermənistanın Cermuk, Yeqnadzor, İcevan, Qafan və Martuni rayonlarıdır. Missiyanın yeni ofislərinin açılması da öz sıralarını genişləndirməsi ilə bağlıdır.
Ümumiyyətlə, Aİ missiyasının bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Ermənistan hakimiyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Ermənistan hələ də bölgədə sülhün əldə edilməsinə mane olmaqda davam edir. Bu baxımdan, Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir və ölkənin iqtisadiyyatı böyük dərəcədə RF-dən asılıdır. Amma indi Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanı regiona gətirməyə cəhd edir.
Bütün bunların fonunda Aİ-nin öz missiyasını Ermənistanda daha uzun müddətə artırmaq istəyini də görmək mümkündür. Proseslərin ardıcıllığı da buna dəlalət edir. Brüsseldə keçiriləcək müzakirələr də buna hədəflənib. Avropa Parlamentinin bir qrup üzvünün də Ermənistana səfəri bundan qaynaqlanır. Burada digər məqsəd Ermənistana dəstəyi davam etdirmək və İrəvanı yeni təxribatlara sövq etməkdir. Lakin zaman göstərdi ki, belə cəhdlər fiaskoya uğrayır. Çünki beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Ona görə də, Fransa və Kanada kimi ölkələr nə qədər ermənipərəstlik etsələr də, məqsədlərinə nail olmayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57

Xəbər lenti
06 Dekabr 11:49

Siyasət
06 Dekabr 11:47

Xəbər lenti
06 Dekabr 11:45

Xəbər lenti
06 Dekabr 11:40

Xəbər lenti
06 Dekabr 11:38

Siyasət
06 Dekabr 11:27
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 11:25

Sosial
06 Dekabr 11:23

Xəbər lenti
06 Dekabr 11:21

Xəbər lenti
06 Dekabr 11:18

Xarici siyasət
06 Dekabr 11:13

Siyasət
06 Dekabr 11:10

Xəbər lenti
06 Dekabr 11:08

Siyasət
06 Dekabr 11:05

İqtisadiyyat
06 Dekabr 11:00

Xəbər lenti
06 Dekabr 10:57

Xəbər lenti
06 Dekabr 10:55

İqtisadiyyat
06 Dekabr 10:52

Gündəm
06 Dekabr 10:45

Xəbər lenti
06 Dekabr 10:44

Xəbər lenti
06 Dekabr 10:42

MEDİA
06 Dekabr 10:42

Gündəm
06 Dekabr 10:40

Xəbər lenti
06 Dekabr 10:35

Xəbər lenti
06 Dekabr 10:33

Siyasət
06 Dekabr 10:30

Siyasət
06 Dekabr 10:21

Siyasət
06 Dekabr 10:20

Gündəm
06 Dekabr 10:16

Siyasət
06 Dekabr 10:10

Xəbər lenti
06 Dekabr 10:00

Xəbər lenti
06 Dekabr 09:47

Xəbər lenti
06 Dekabr 09:24

Xəbər lenti
06 Dekabr 09:22

Siyasət
06 Dekabr 00:06

Xəbər lenti
05 Dekabr 22:53

Xəbər lenti
05 Dekabr 21:37

Xəbər lenti
05 Dekabr 21:00

Xəbər lenti
05 Dekabr 19:50

Xəbər lenti
05 Dekabr 19:13

Xəbər lenti
05 Dekabr 17:40

Siyasət
05 Dekabr 17:22

Xəbər lenti
05 Dekabr 17:21

Xəbər lenti
05 Dekabr 16:23

Xəbər lenti
05 Dekabr 15:44

Xəbər lenti
05 Dekabr 15:19

Xəbər lenti
05 Dekabr 15:14

Xəbər lenti
05 Dekabr 15:04

Xəbər lenti
05 Dekabr 14:55

Xəbər lenti
05 Dekabr 14:45

Xəbər lenti
05 Dekabr 14:32
