Ağdərə rayonu xəritəyə qayıdır...
22.11.2023 [10:50]
Qalib Azərbaycan 44 günlük Vətən müharibəsində işğaldan azad olunan və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq separatçılardan təmizlənən ərazilərə böyük bağlılıq nümayiş etdirir. O cümlədən həmin ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri ilə paralel şəkildə, inzibati-ərazi bölgüsü də təkmilləşdirilir. Məqsəd tarixən yol verilmiş erməni saxtakarlıqlarını aradan qaldırmaqdan və işğaldan azad olunan ərazilərin ölkənin digər regionlarına daha sıx inteqrasiyasını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Belə ki, uğurlu antiterror tədbirlərindən sonra Ağdərə rayonunun yenidən təşkil olunmasına start verilib. Artıq dövlət başçısının imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
Rayonun tarixinə qısa ekskurs
Ağdərə rayonu 8 avqust 1930-cu ildə təşkil edilib və 1923-cü ildə qeyri-qanuni yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olub. Eyniadlı rayon mərkəzi 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri bir çox ərazilərimiz kimi, Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçib. 1992-ci ildə Silahlı Qüvvələrimizin hücumu nəticəsində iyulun 4-də erməni işğalçılarından azad edilib. Bundan sonra bir il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Lakin AXC- “Müsavat” iqtidarı Ağdərənin də müdafiəsini təşkil edə bilməyib. 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verib. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçib. Onun rəhbərlik etdiyi ordu bölmələri ön xətdəki mövqelərini qoyaraq qiyama qoşulublar. Bundan xaincəsinə istifadə edən ermənilər 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal altına alıblar.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülüb.
Sərhəd tanımayan erməni vandalizmi
Ermənilər 30 illik işğal illərində digər ərazilərimizdə olduğu kimi, Ağdərə rayonunda da bir sıra özbaşınalıqlara əl atıblar. Belə ki, tarixi yer adları dəyişdirilib. Rayona eybəcər Mardakert adı verilib. Həmçinin burada beynəlxalq konvensiyalara zidd olaraq qeyri-qanuni məskunlaşma aparılıb ki, bu da ən ağır müharibə cinayətlərindən biri sayılır.
Ermənilər işğal dövründə Ağdərə rayonunun ərazisində də qanunsuz iqtisadi fəaliyyətlə məşğul olublar. İşğaladək rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonu həmçinin faydalı qazıntı ehtiyatları ilə zəngin idi. Burada zəngin qızıl və mis ehtiyatlarına malik Qızılbulaq yatağı var idi. Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton dəyərləndirlən qurğuşun, 40,4 milyon ton olan sink resursları cəmləşmişdi. Rayonun ərazisində həmçinin ehtiyatları 100 milyon ton dəyərləndirlən Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yataqları vardı. Eyni zamanda, Ağdərə, Şorbulaq-I, Şorbulaq - II mişar daşı yataqları, Ağdərə gəc yatağı düşmənlərin əlinə keçdi.
İşğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-ın, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunub. Ağdərənin Mehmana mis yatağı xarici investorlara satılıb. 2011-ci ildə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.
Tarixi ədalətin bərpası - Ağdərədə Azərbaycan bayrağının ucaldılması
Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmadı. Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasətlə xalqımızı addım-addım böyük Qələbəyə yaxınlaşdırdı. 2020-ci ildə ölkəmizin şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsi bilavasitə döyüş meydanında işğaldan azad edildi. Bundan sonra düşmən diz çökərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Məğlub Ermənistan həmin sənədlə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə, respublikamız ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi.
Lakin 44 günlük müharibədən sonra da separatçılar ərazilərimizin bir hissəsində, o cümlədən də Ağdərədə qalmaqda idilər. Qalib Azərbaycan cari il sentyabrın 19-da başladığı və cəmi 23 saat ərzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımızda separatizmin kökünü kəsməyə nail oldu. Artıq ölkəmizin bütün əraziləri, o cümlədən də Ağdərə azaddır. Prezident İlham Əliyevin oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması son dərəcə qürurvericidir.
Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan xalqının qarşısında duran ən böyük problem aradan qaldırılıb. İndi dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpasını prioritet vəzifə kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin Ağdərə rayonunun yaradılması təşəbbüsü, məsələ ilə bağlı Milli Məclisə qanun layihəsi göndərməsi tarixi olan, iqtisadi, sosial və mədəni əlaqələrə malik ərazi vahidimizin bərpasının təmin edilməsi istiqamətində atılan mühüm addımdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58

