Rusiyadan növbəti xəbərdarlıq
29.12.2023 [11:00]
Ermənistan suverenliyini itirə bilər
Dünyada mövcud olan böyük güclərin geopolitik və nüfuz uğrunda savaşları davam edir. Xüsusilə bu savaş ABŞ, Avropa İttifaqı ilə Rusiya arasında gedir. Sözügedən iki beynəlxalq güc Rusiyanın müəyyən regionlarda təsirini azaltmağa çalışır. Əlbəttə ki, Rusiya Qərbin bu məsələdə ciddiliyini yaxşı anlayır. Ən azı bunu Cənubi Qafqaz nümunəsində də görmək mümkündür. Ermənistanın indiki hakimiyyətinin Rusiyadan üz çevirərək Qərbə yönəlmək cəhdi rəsmi Moskvanı ciddi narahat edir. Son zamanlar baş nazir Nikol Paşinyan və komandasının üzvləri Rusiyanın əleyhinə açıq şəkildə bəyanatlar verirlər. Erməni rəsmiləri İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana dəstək vermədiyini iddia edir, eləcə də rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini kəskin tənqid edirlər. Paşinyan hakimiyyəti “təhlükəsizlik” amilini əsas gətirərək yeni müttəfiq axtarışında olduğunu açıq bildirir.
İrəvanın atdığı bu addımlar fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun TASS-a müsahibəsində Ermənistana xəbərdarlığı diqqəti cəlb edir. Lavrov bildirib ki, Ermənistan hazırda bir sıra çağırışlarla üz-üzədir: “Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə, Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək”.
Rusiyanın XİN başçısı Ermənistanın NATO ilə əməkdaşlığı genişləndirməsindən də narahatlığını ifadə edib: “Son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Bu il Ermənistan alyansla bir neçə tədbirdə iştirak edib. Ermənistan silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir, Şimali Atlantika blokunun bir sıra dövlətlərində təlim keçir. Ümidvaram ki, İrəvanda Alyans ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin milli müdafiə və təhlükəsizlik sahələrində suverenliyin itirilməsi ilə nəticələnəcəyini başa düşürlər. Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbin konkret köməyi ilə deyil, yalnız qeyri-müəyyən vədlərlə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanın üzərinə yıxmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur”. Lavrovun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji tərəfdaş olub və belə də qalır: “Əminik ki, bütün çətinliklər müvəqqətidir və siyasi iradə olarsa, aradan qaldırılacaq”.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Lavrovun bu xəbərdarlığı Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiaya səfərindən bir gün sonra baş verib. Bu, o deməkdir ki, Paşinyan səfər çərçivəsində qərbyönümlü addımlarını davam etdirəcəyini gizlətməyib. Əlbəttə ki, Fransa kimi ölkəyə güvənib Rusiyaya qarşı “soyuq müharibə” elan etmək Ermənistana çox baha başa gələ bilər. Lavrov da mesajlarında qarşı tərəfə bunu anlatmağa çalışıb.
Rusiyanın digər bir narahatlığı isə Ermənistanda mövcud olan rus hərbi qüvvələri ilə əlaqədar səslənən fikirlərdir. Çünki erməni cəmiyyətində Rusiyanın hərbi bazasının ölkədən çıxarılması barədə bəyanatlar artmaqdadır. Lavrov isə sözügedən müsahibədə bildirib ki, Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə danışmaq zərərlidir: “Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün dövlətlərimizin ümumi məqsədinə əsaslanaraq bağlanıb”. Lavrov qeyd edib ki, bu gün Rusiya ordusu bu regionda sülhün təmin edilməsində əsas elementdir.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilir. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Hərbi bazanın şəxsi heyəti təxminən 5 min hərbçidən ibarətdir.
Məsələ ondadır ki, Rusiya Ermənistanı sosial-iqtisadi və hərbi-siyasi baxımdan da tam nəzarətə götürüb. İşğalçılıq siyasəti ucbatından acınacaqlı duruma düşən Ermənistan əlində olan bütün var-yoxunu öz ağasına, yəni Rusiyaya vermək məcburiyyətində qalıb. Məhz bu məcburiyyətin nəticəsidir ki, hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır. Bütün bunların fonunda Ermənistan çox çətin vəziyyətlə üz-üzədir. Rusiyaya arxa çevirmək cəhdi bu ölkənin sonu ola bilər. Hər halda, bu xəbərdarlığı Rusiyanın XİN başçısı edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

