Çirkli pulların yuyulmasına qarşı mübarizə effektiv şəkildə həyata keçirilir
17.02.2024 [10:10]
Görülən tədbirlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir
Günel ABBAS
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır və bu mübarizə dünyada müsbət yanaşma ilə qarşılanır. Ötən günlərdə Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) Azərbaycanın 5-ci raund qarşılıqlı qiymətləndirmə hesabatında da bu məsələlərə toxunub.
Hesabatda Avropa Şurasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə orqanı MONEYVAL-ın Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartlarla uyğunluq səviyyəsinin hərtərəfli qiymətləndirilməsinin nəticələri təqdim olunur.
Qiymətləndirmə prosesinə 10 dövlət qurumunun, eləcə də özəl sektorun ƏL/TMM sahəsində 2015-2023-cü illəri əhatə edən fəaliyyəti nəzərdən keçirilib.
Bildirilib ki, Azərbaycanı sonuncu dəfə qiymətləndirdiyi 2014-cü ildən bəri ölkə ƏL/TMM üçün hüquqi və institusional bazanı gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirmiş və effektiv mübarizə sistemini tətbiq etməyə başlayıb. Hesabatda ölkənin effektivlik göstəriciləri əsas etibarilə yüksək və uğurlu qiymətləndirilib.
Milli Məclisin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Azərbaycan çirkli pulların yuyulmasına qarşı mübarizə aparan ölkələrdəndir: “Nəzərə alsaq ki, bununla bağlı qanunvericilikdə 2023-cü ildə dəyişiklik edildi və Azərbaycan qanunvericiliyi, eyni zamanda, bu istiqamətdə nəzərdə tutulan hüquqi aktlar beynəlxalq standartlara uyğunlaşdırıldı. Bu da təbii ki, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin daha uğurla həyata keçirilməsinə imkan yaratdı. Bununla yanaşı, Avropa Şurasının Ekspertlər Komitəsi tərəfindən Azərbaycanda həyata keçirilən bu fəaliyyətin yüksək qiymətləndirilməsi müsbət haldır. Çünki bu ondan xəbər verir ki, Azərbaycanın çirkli pulların yuyulmasına qarşı mübarizəsi və şəffaflığın gücləndirilməsi ilə əlaqədar həyata keçirdiyi tədbirlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Bu bir-birinə inteqrasiya edilmiş bir prosesdir.
Nəticə etibarilə bir ölkədə çirkli pulların yuyulması ilə bağlı problemlər olursa, bu, bütövlükdə, region ölkələrindəki maliyyələşməyə təsir göstərir. Azərbaycan bu kontekstdən məhz regionda şəffaflığın formalaşmasına və hesabatlılığın artmasına pozitiv töhfə verən ölkələrdəndir. Xüsusən, nəzərə alsaq ki, maliyyə sektorunda şəffaflığın gücləndirilməsi məhz bu istiqamətdə işlərin daha sistemli şəkildə həyata keçirilməsinə imkan yaradır. Ona görə də bu beynəlxalq qiymət pozitiv haldır. Bu, eyni zamanda, ondan xəbər verir ki, Azərbaycan bu sahədə fəaliyyətlərini daha da genişləndirəcək və bütövlükdə, çirkli pulların yuyulmasına qarşı mübarizə növbəti dövrdə də Azərbaycanda maliyyə siyasətində və şəffaflığın artırılmasında prioritet olaraq qalacaq”.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

