İstanbuldan...
27.02.2024 [10:40]
Makrona açıq məktub
Kolonializm bir ölkənin suverenliyinin başqa bir dövlət tərəfindən bu və ya digər formada məhdudlaşdırılması və sərvətlərinin talanmasıdır. XX əsrin əvvəllərindən etibarən dünyada müstəmləkəçilik əleyhinə mübarizə başlayıb. Birinci Dünya müharibəsindən sonra bu hərəkat daha da genişlənib, o cümlədən Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə milli-azadlıq hərəkatı geniş miqyas alıb. Lakin ayrı-ayrı güc mərkəzlərinin səyləri ilə müstəmləkəçiliyə qarşı mübarizə cilovlanıb. Düzdür, ənənəvi müstəmləkəçilikdə müəyyən formada da olsa, dəyişikliklər edilib, bununla belə, metropoliya dövlətləri tərəfindən mahiyyət saxlanılıb. Hazırda isə “yeni kolonializm” (neokolonializm) termini meydana çıxıb.
Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkənin qul siyasətinin qurbanı olub.
Azərbaycanın mövqeyi dəyişməzdir
Özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir.
Bu məsələdə Azərbaycanın mövqeyi birmənalı və dəyişməzdir. Ölkəmiz kolonializimin bütün təzahürlərini pisləyir və insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verir. Ölkəmiz Fransanın müstəmləkəçi siyasətinə qarşı mübarizə aparan xalqların yanındadır və onlara dəstək verir. Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə dəstək məqsədi daşıyan Bakı Təşəbbüs Qrupu 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb. Bakı Təşəbbüs Qrupu qısa zaman kəsiyində mühüm işləri ilə seçilib. Ötən dövrdə hətta BMT müstəvisində bir sıra sənədləri yayan, Fransanın neokolonialist simasını ifşa edən Qrupun təşkilatçılığı ilə həm ölkəmizdə, həm də xaricdə bir sıra tədbirlər keçirilir.
Bakı Təşəbbüs Qrupunun fəallığı...
Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə bugünlərdə Türkiyənin İstanbul şəhərində “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan, ümumilikdə, 50 nümayəndə iştirak edib. Onların böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi olan dənizaşırı ərazilərindən- Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqından (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) gələn şəxslərdir. Bu, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır.
Tədbirin açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ötən dövrdə bu qurum tərəfindən altı beynəlxalq konfransın keçirildiyini bildirib. Vurğulanıb ki, bu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılması idi. Bakı Təşəbbüs Qrupu buna nail oldu və bundan əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bildilər. Dünya bu regionlarda baş verən hadisələri, Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini öyrəndi.
Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Korbin çıxışında müstəmləkəçilikdən zərər görən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycan, o cümlədən bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib. O deyib ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib. Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Bəzi ölkələrdə müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində zaman-zaman hərəkatlar baş qaldırsa da, onların özünü idarə etmələri baxımından çox kiçik və uzaq olduqları düşünüldü. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və Azərbaycan tərəfindən təşkil olunan belə tədbirlər buralarda yaşayan insanlar üçün çox vacibdir.
Petisiyaya start verildi!
Konfransda, həmçinin Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samanta Fransuaz Siriak, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mikael Forrest, BMT-nin idarəçilik üzrə eksperti, Martinika Assambleyasının deputatı Lük Fransis Karol, Fransız Polineziyası parlamentində Avropa və xarici işlər Komissiyasının sədri Morea Maamaatuaiahutapu, Korsika parlamentinin sabiq prezidenti Jan-Qi Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər.
Sonra Bakı Təşəbbüs Qrupunun gördüyü işləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə mövzu ilə bağlı panel iclaslar da təşkil olunub.
Panel müzakirələrindən sonra iştirakçılar adından Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çoxdur qəbul olunmasına baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır.
Məktubda həmin adalarda Fransanın törətdiyi müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən maneə yaradılması, yerli əhalilərin pestisidlərlə zəhərlənməsi və əhalinin bunun fəsadlarından əziyyət çəkməsi, insanların məcburi emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də aparılması, orada müstəmləkəçi məhkəmə sistemlərinin tətbiqi və digər faktlar öz əksini tapıb.
İştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irəli sürərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış ediblər.
Tədbirin sonunda Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq bu ölkəyə daşınmış 100 mindən artıq maddi və mədəni irs nümunəsinin geri qaytarılması üçün petisiyaya start verildiyi elan edilib. Bildirilib ki, bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.
Paris əngəl olmağa çalışsa da...
Qeyd edək ki, Fransa Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi tədbirləri əngəlləmək üçün cəhdlər edir. Hələ ötən ilin dekabrın 14-də insan hüquqlarının müdafiəsi ilə məşğul olan “CAGE” adlı QHT rəhbəri, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani Fransanın tələbi ilə Bakı Təşəbbüs Qrupunun BMT-nin Cenevrə ofisində təşkil etdiyi “Neokolonializm: insan hüquqları, sülh və təhlükəsizlik” konfransına buraxılmamışdı. İstanbul konfransı zamanı da anoloji hadisə yaşanıb. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov mediaya açıqlamasında bildirib ki, fevralın 23-ü səhər saatlarında Martinikdən olan iki fərqli milli müstəqillik üzrə hərəkat partiyasının rəhbərləri “Air France” aviaşirkəti tərəfindən təyyarəyə buraxılmayıb: “Onlar bizim, “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransımızda iştirak etmək üçün İstanbula yola düşürdülər. Şirkətin nümayəndəsi onlara təyyarəyə minmələrinin bloklandığı ilə bağlı açıqlama verib. Lakin bununla bağlı heç bir hüquqi əsas və ya dəlil göstərilməyib”.
Bunun Fransa tərəfindən göstərilən ilk təzyiq olmadığını bildirən icraçı direktor deyib: “Bundan əvvəl də dəfələrlə bu kimi hallar müşahidə edilib. Ötən il dekabrın 14-də Bakı Təşəbbüs Qrupunun İsveçrədə BMT-nin qərargahında keçirilən konfransına dəvət edilən QHT rəhbəri bir ingilis vətəndaşı da İsveçrənin hökumət nümayəndələri tərəfindən hava limanında saxlanılmışdı. Bu şəxsin Cenevrəyə daxil olmasına qadağa qoyuldu. O, eyni zamanda hüquqşünasdır. Davam edən uzun müzakirələrdən sonra təyyarəyə buraxılmamasının səbəbi açıq şəkildə ona izah edildi və bildirildi ki, bu, Fransa hökumətinin İsveçrə hökumətindən bir xahişidir. Bu təzyiqlər sonradan da davam etdi. Qeyd etdiyim kimi, daha iki fəalın İstanbuldakı tədbirimizə gəlişinin qarşısı alındı. Bundan sonra da bu kimi təzyiqlərin davam edəcəyini düşünürük. Lakin bu qərəzli mövqe Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə verdiyi töhfə və dəstəyi əsirgəməsinə zərrə qədər təsir etməyəcək”.
Beləliklə, Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir, onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bəyan edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

