Bir daha isbat olundu ki, dövlət və millət maraqlarını satmaqla hakimiyyətə gəlmək olmaz
08.06.2012 [22:37]
ölkəmizin son illərdə əldə etdiyi iqtisadi-sosial inkişaf bütün dünyanın diqqət mərkəzindədir. Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş, lider dövlətinə çevrilməsi, ölkəmizin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu bütün dünya dövlətləri ilə ikitərəfli əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində əsas rola malikdir. Azərbaycanın bu il BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi və may ayında quruma rəhbərlik etməsi, o cümlədən, “Eurovision” musiqi yarışmasına uğurla ev sahibliyi etməsi ölkəmizin dünyada imicinin daha da yüksəlməsinə rəvac verib.
Digər tərəfdən, ölkəmizdə demokratik təsisatların yüksək inkişafı, insan hüquq və azadlıqlarının qorunması Azərbaycanın hərtərəfli inkişafını təmin edib. ölkəmizdə fərqli fikrə, azad sözə şərait yaradılıb, siyasi plüralizm hökm sürür.
Təəssüf ki, Azərbaycanın bu uğurları, bütün müstəvilərdə əldə olunan nailiyyətlər bəzi milli maraqlara zidd qüvvələr tərəfindən qəbul olunmur. Bir sıra anti-Azərbaycan dairələrinin əlində alətə çevrilən, dövlətçilik və xalq maraqlarının ziddinə mövqe tutan radikal müxalifət düşərgəsinin son dövrlərdə apardığı antimilli siyasət bunu deməyə əsas verir. “Eurovision” musiqi yarışması dövründə həmin qüvvələrin apardıqları siyasət bir daha göstərdi ki, radikal müxalifət düşərgəsi Azərbaycandakı siyasi sabitliyi, inkişafı pozmaq ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün bütün anti-azərbaycançı dairələrlə işbirliyinə getməyə hazırdır.
Seçkilərdə uğur qazana bilməyən, xalqın etimadını itirən radikal müxalifət düşərgəsi hakimiyyətə gəlmək üçün anti-Azərbaycan dairələrinin planlarında yer almaqla öz “vəzifələrini” yerinə yetirmiş olduqlarını sanırdılar. Onlar bəzi dairələrlə xəyanətkar görüşlər keçirirdilər və musiqi yarışması qabağı ölkədəki siyasi sabitliyi pozmağa çalışırdılar. Amma zaman bir daha göstərdi ki, xəyanətlə və satqınlıqla hakimiyyətə gəlmək mümkün deyil. Onların “güvəndiyi dağlar” artıq Azərbaycanın uğurlarını etiraf edir, ölkəmizdəki inkişafın yüksək səviyyədə olduğunu dilə gətirirlər.
Bəli, bu gün Avropa və Qərb dairələri Azərbaycanın yüksək inkişafını etiraf edir. Bir neçə gün öncə ölkəmizdə səfərdə olan Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer Azərbaycan KİV-nə verdiyi müsahibədə bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin təminatçısıdır və bu, Avropa İttifaqının siyasətinə uyğundur. Almaniyalı keçmiş nazir bildirib ki, regionda əməkdaşlıq üçün Azərbaycandan yaxşı tərəfdaş tanımır: “İndi təhlükəsizliyi enerji təhlükəsizliyindən ayırmaq olmaz. Buna görə də, Azərbaycan kimi bir ölkə bizim üçün çox vacibdir. Hesab edirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır”.
Son dövrlərdə Almaniyanın bəzi mətbu orqanlarında ölkəmizlə bağlı yazılan böhtan xarakterli yazılara toxunan H.D.Genşer bildirib ki, heç bir yazı iki dövlət arasındakı dostluğa xələl gətirə bilməz: “Bəli, mən münasibətlərimizin inkişafı üçün yaxşı perspektiv görürəm. Hesab edirəm ki, həyata keçirilən siyasət bu münasibətlərin yaxşılaşmasına, daha da inkişaf etməsinə şərait yaradacaqdır”.
Bununla yanaşı, 2004-cü ilədək Avropa Komissiyasında çalışmış, Avropa İttifaqının genişlənməsi məsələsi ilə məşğul olmuş, 2004-cü ildən 2010-cu ilədək isə Avropa İttifaqının sənayeyə məsul olan komissarı vəzifəsində işləmiş, eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti olmuş tanınmış almaniyalı siyasi xadim Günter Verheugen bildirib ki, son bir neçə il ərzində baş vermiş mühüm strateji dəyişiklik nəticəsində Azərbaycan artıq Avropanın etibarlı strateji tərəfdaşı kimi çıxış edir və Avropanın ən yüksək potensiala malik olan strateji tərəfdaşıdır: “Azərbaycan regionda mühüm rol oynayan bir ölkədir. çünki Azərbaycanın siyasi sabitliyi və iqtisadi inkişafı çox vacib göstəricilərdir”.
Göründüyü kimi, bu gün bəzi maraqlı xarici dairələrin nəyi deməsindən, hansı şər və böhtanlara əl atmasından asılı olmayaraq, Azərbaycan dünyada etibarlı tərəfdaş qismində qəbul olunur. Həmin dairələrin Azərbaycanda heç bir nüfuza malik olmayan bəzi radikal siyasi qüvvələrlə əməkdaşlığı da ölkəmizin beynəlxalq imicinə kölgə salmaq imkanında deyil. Yalnız şəxsi və maddi maraq qarşılığında ölkəsinin milli maraqlarını satmağa hazır olan, hakimiyyətə gəlmək üçün dövlətçiliyimizə qarşı olan bütün ermənipərəst dairələrlə işbirliyinə gedən radikal düşərgə bir daha fiaskoya uğradığını və öz simasını nümayiş etdirdiyini anlayıb.
Xalqının, millətinin Dağlıq Qarabağ problemini alver predmetinə çevirən, dövlətinin uğurlarına qara yaxan, hakimiyyət hərisliyi ilə milli maraqları hər an tapdamağa hazır olan radikal düşərgə bir daha sübut etdi ki, yalnız xarici sponsorların barmaq əmrləri ilə oturub-qalxır. Xarici dairələr isə onlardan yalnız xəyanət planlarında istifadə olunmasının mümkünlüyünü dərk edir və bundan da məharətlə istifadə edir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

