Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil

Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil

20.07.2018 [16:28]

«Biz YAP olaraq öz fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bizim fəaliyyətimiz mətbuatsız mümkün deyil və mətbuatla əməkdaşlıqdan məmnunuq». Bu fikiləri Baş nazirin müavin, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil. Bu da dövlətimizin əldə etdiyi mühüm nailiyyətlərdən biridir ki, Azərbaycanda dövlət səviyyəsində mətbuata mühüm önəm verilir, mətbuatın inkişafına dəstək göstərilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bugünlərdə imzaladığı sərəncamla mətbuat orqanlarına maliyyə dəstəyi verildi, eləcə də jurnalistlər üçün yaşayış binaları tikilib istifadəyə verilməsi də dövlətimizin bu sahəyə qayğısının göstəricisidir. Bu fakt həmçinin, cənab Prezidentin kütləvi informasiya vasitələrinə olan inam və etimadının ifadəsidir.

“Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz böyük layihələr həyata keçirir və bu layihələrin uğurla yekunlaşması üçün bütün imkanlar səfərbər olunub. Azərbaycan bir sıra qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır, eləcə də regionda tranzit mərkəzi kimi rolunu artırır. Həmçinin, ölkəmizin beynəlxalq proseslərdə iştirakçılığı artır. Beləliklə, böyük inkişaf mərhələsi yaşayırıq. Azərbaycanın gələcəyi daha parlaqdır, insanların həyatı daha da yaxşılaşacaq, iqtisadiyyatımız daha da güclənəcək, beynəlxalq müstəvidə nüfuzumuz daha da yüksələcək. Bütün bunların nəticəsi olaraq dövlətin gücünün və qüdrətinin artması müəyyən xarici dairələrdə qısqanclıq yaradır. Bu səbəbdən də ölkəmizə qarşı təxribatlar törətməyə çalışırlar. Amma bu cür təxribatların Azərbaycanda geniş yayılması üçün mühit və zəmin mövcud deyil. Təxribatçılar qarşısına qoyduğu məqsədlərə nail ola bilmir. Çünki cəmiyyətimiz təxribata uymur, onun qarşısının alınmasında dövlətlə eyni mövqedən çıxış edir. Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki bu siyasət xalqımızın rifahının yüksəlməsinə, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Xalqla iqtidarın birliyi güclü amil rolunda çıxış edir. Mətbuat da bu reallıqları aydın dərk edir. Ölkə mətbuatı bu prosesləri düzgün təhlil edir və milli maraqlarımızın müdafiəsi mövqeyindən çıxış edir. Bu da çox mühüm amildir”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30