Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qəddarlıq nümunəsi...

Qəddarlıq nümunəsi...

26.06.2024 [11:00]

Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günüdür

Qədim zamanlardan insanları cəzalandırmaq və qorxutmaq üçün onlara müxtəlif işgəncələr verilib. Tarix boyunca daha çox dinə qarşı çıxanlara, homoseksuallara, cadugərliklə məşğul olanlara, vətənə xəyanət edənlərə müxtəlif işgəncələr həyata keçirilib. Amma işgəncə yalnız cəzalandırma vasitəsi deyildi. Bəzən insanların nələrisə etiraf etməsi üçün də bu üsuldan istifadə edirdilər. 

Talion prinsipi...

İşgəncə ilə bağlı ən qədim məlumata bir misirli şairin yazısında rast gəlinir. Şair II Ramzesin 1300-cü ildə kölələrə, istilaçılara tətbiq etdiyi işgəncələrdən bəhs edib. Tarixdən də bəllidir ki, işgəncələr bir çox dövlətlər tərəfindən həyata keçirilib. Xüsusilə Misir, Assuriya, Yunanıstan, Roma və digər qədim dövlətlərdə müxtəlif işgəncə növləri tətbiq edilib. Məsələn, romalıların ədalət sistemində Talion prinsipini-” həyata görə həyat, gözə-göz, dişə-diş”rəhbər tutması bir çox ölkənin ədalət sistemində önəmli faktora çevrilib. Roma imperatorluğunda bir qulun ifadəsi yalnız işgəncə altında alınarsa, qəbul edilirdi. Çünki qulun öz iradəsi, öz istəyi ilə həqiqəti söyləyəcəyi mümkün sayılmırdı.

O zamanlar işgəncə ədalət sistemində mühüm yer tuturdu. İşgəncənin tətbiqi cinayət prossesinin istintaq forması ilə bağlı idi. Etiraf və cinayət törədən şəxslərin adlarının açıqlanması məqsədilə işgəncədən istifadə olunurdu. İnkvizisiya məhkəmələrində işgəncədən istifadə 1252-ci ildən başlayıb və yalnız 1816-cı ildə Roma Katolik kilsəsi tərəfindən qadağan olunub. 

İşgəncənin bütün növlərinin ləğv edildiyi ilk ölkə

Avropada işgəncələrin tətbiqinin məhdudlaşdırılması yalnız XVII əsrin sonlarında müşahidə edilir ki, bu da humanist maarifləndirmə ideyalarının yayılması ilə bağlıdır. Məhkəmə icraatı zamanı işgəncənin bütün növlərinin ləğv edildiyi birinci ölkə Prussiya olub. Orada işgəncələr faktiki olaraq 1754-cü ildən ləğv edilib. 

İşgəncə ən gec bu ölkədə ləğv edilib...

Bundan başqa, işgəncələr Daniyada 1770-ci il, Rusiyada II Yekatrinanın gizli fərmanı ilə 8 noyabr 1774-cü il, Avstriyada 1776-cı il, Fransada 1780-cı,  Niderlandda 1789-cu, Portuqaliyada 1826-cı, Yunanıstanda 1827-ci ildə ləğv olunub. Avropa ölkələrindən işgəncə ən gec İsveçrədə ləğv edilib. 

XX əsrdə işgəncələr Almaniya, Çin, Latın Amerikası, Afrika və Asiya diktaturalarında, totalitar, diktator və repressiya rejimləri olan digər ölkələrdə yenidən geniş tətbiq olunmağa başlayıb. 

Xalqımız da amansız işgəncələr qurbanı olub

XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də müasir dünyamızda işgəncələr var. Azərbaycan xalqı da illər boyu işgəncələrə məruz qalıb. Belə ki, tarix boyu xalqımızın erməni millətçiləri tərəfindən hüquq və azadlıqları kütləvi şəkildə və kobud formada pozulub. Soydaşlarımız xüsusilə Birinci Qarabağ müharibəsində, Xocalı soyqırımında ermənilərin işgəncələr və digər qeyri-insani rəftarına məruz qalıb. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın, qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib. Onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüblər... 

Heç kim işgəncəyə, qəddar münasibətə məruz qalmamalıdır. Bu müddə? İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapıb. 

Yeri gəlmişkən, bu gün Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günüdür. Bu əlamətdar gün insanlara işgəncənin cinayət olduğunu xatırladır və hər kəsə bu mövzu ətrafında birləşmək, insan işgəncələrinə qarşı fikirlərini səsləndirmək imkanı yaradır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31