Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabah hava əsasən yağmursuz olacaq

Sabah hava əsasən yağmursuz olacaq

10.02.2025 [12:45]

Fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhər bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Analitik

Mədəniyyət

Sənətkar ömrü...

16 İyul 09:27  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31