Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib

Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib

18.02.2025 [20:53]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində təşkil olunan peşə hazırlığı kursları davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən artıq 400 müdavim tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kursları başa vurub və onlar işğaldan azad olunan ərazilərə köçürüləcək.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla ikinövbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə verilən tikiş fabrikində işlə təminatı həyata keçirilir.

Hazırda daha 29 nəfərin “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə tədrisi davam etdirilir və yaxın günlərdə daha bir qrup şəxs üçün peşə kursuna başlanılması nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük el bayramı

18 Mart 18:30

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31