Tanrının bir anlıq yuxusu - Xocalı 33!
26.02.2025 [10:51]
Dondurulmuş zaman...
Xocalıdayıq. Düz 33 il əvvəlki kimi qar yağır. Bu dəfə qar dənələri şəhidlərin cansız bədənini yox, azad Vətən torpağını ağ örpəyə bürüyür.
Hava şaxtalıdır. İçimizdəki nisgil isə bu soyuqdan da kəskindir.
Ölümün də öz səssizliyi var. Sanki sükut içində sükut yaradır. Şəhərin gur səsi, adamların tələskən addımları o qış gecəsindəki sükutu poza bilmir. O gecə Xocalıda üşüyən körpələri düşünürəm. Anasının qucağında soyuqdan donan, al qana bürünən bələkdəki günahsız körpələri.
Hava elə soyuqdur ki, əllərimizi bərk-bərk paltolarımızın cibinə salmışıq. Əllərimi üşüməsin deyə qorumağa çalışdığım üçün də utanıram. Üzümə düşən hər qar dənəsində sanki şəhidlərin soyuqdan donmuş göz yaşlarını görürəm.
Xocalı... Bu ad özündə bir millətin çəkdiyi acıları, göylərə yüksələn ah-nalələri, qırılan ümidləri, güllə yağışı altında susan arzuları birləşdirir.
Qucağında buz heykələ dönmüş körpəsi ilə əllərini səmaya açıb kömək diləyən bir ana canlanır gözlərimin önündə. Qarlı meşədə yan üstə yıxılmış bir qoca donmuş barmaqları arasında sinəsinə sıxdığı Quran kitabı ilə Allaha yalvarır.
Bu fəryadlara Tanrı da cavab vermirdi, sanki dünyanın bunca dərdlərindən yorulmuş, bir anlığa mürgüləmiş və insan övladını bir-birinə əmanət etmişdi. İnsanlar Tanrının əmanətinə sahib çıxmamış, xəyanət etmişdi.
Ol səbəb, həmin gecə təkcə Xocalı ölmədi. İnsanlıq da öldü.
Unutsaq, o gecənin dəhşət dolu çığlıqları sonsuza qədər səssizliyə qarışar...
Addım atdıqca torpaq ayaqlarımız altda titrəyir, sanki bizə nə isə pıçıldayır. Səssizcə qulaq asıram.
Burada adi daş-divarlar da bir ömürlük xatirələr daşıyır. Bax, orada bir zamanlar uşaq gülüşləri eşidilən evlər vardı. Burada analar körpələrini bağrına basıb, qorumağa çalışırdı. İndi isə torpaq onları bağrına basıb, dincəldir. Gülüşlər, sevinclər, kədərlər hamısı torpaqda dəfn olunub. Bəlkə ona görə təbiət bu qədər kədərlidir.
Xocalının qarlı küçələrində addımlayarkən bu günə qədər izlədiyim kadrlar bir-bir gözlərimin önündə canlanır. Meşənin dərinliklərində əlində oyuncaq ayı tutan bir qız uşağı var, çəkmələrini boğazına qədər örtən qara baxır və soyuqdan titrəyir. Anasının qollarına sığınmaq istəyir. Elə hey irəli addım atmaq istəyir, amma bilmir ki, qarşısında ölüm dayanır. Gözümün önündəki lentlər sürətlə dəyişir: Balaca qızcığazın ürkək baxışları, yerə düşən oyuncaq ayısı... və sonra... sonra sadəcə sükut. 28 illik bir sükut. Bəlkə buna görədir ki, Xocalıda olmaq mənə ən çətin anlardan biri kimi görünürdü.
Ətrafa baxdıqca düşünürəm ki, sanki zaman burada illərlə dondurulub. Hər şey olduğu kimi qalıb, heç nə dəyişməyib. Uşaqların yalvarış səsləri, anaların fəryadı, ataların son nəfəsindəki çarəsizliyi bu torpaqlara hopub qalıb.
Adətimdir, ürəyim sıxılanda başımı qaldırıb göy üzünə baxıram. Qar dənələri xəfif-xəfif süzülür. Elə bil şəhidlərin 33 il əvvəl göylərə çəkilən nakam ruhları bizə salama gəliblər.
Azərbaycan Ordusunun rəşadəti və ölkə rəhbərliyinin siyasəti torpaqları təkcə azad etmədi, həm də onlara yeni nəfəs verdi. Deyirlər, ana sevgisi övladların hər biri üçün bərabər paylanır. Ancaq kimin ayağı daşa dəysə, onu bağrına basır. Daş üstə daşı qalmayan Xocalının bu gün ən incinmiş, ən yaralı övlad kimi xüsusi diqqətdə saxlanması da təəccüblü deyil.
Azərbaycan Ordusunun mübarizliyi, xalqın möhkəm birliyi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Xocalı şəhəri işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar yalnız döyüş meydanında deyil, həm də diplomatik sahədə Azərbaycanın mövqeyini möhkəmləndirdi. Xocalı qurbanlarının intiqamı haqq və ədalət uğrunda verilən bu mübarizədə alındı.
Azərbaycan dövləti Xocalı faciəsinin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün bu gün də ardıcıl tədbirlər həyata keçirir. “Xocalıya ədalət!” kampaniyası, bu faciənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli bir rol oynayır.
Xocalının bərpası prosesinin özü də Azərbaycanın gücünü və iradəsini dünya səhnəsində göstərən əlamətdar bir mərhələdir. Bu, yalnız şəhərin fiziki infrastrukturunun yox, həm də Xocalıda həyatın, mədəniyyətin, təhsilin, iqtisadiyyatın və sosial fəaliyyətin yenidən canlanması deməkdir. Şəhərin bərpası insanların öz yurdlarına qayıdıb, orada yeni bir həyat qurmasına şərait yaradır. Xocalı sakinlərinin qayıdışı ilə onların doğma torpaqlarında öz həyat tərzləri bərpa edilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocalı şəhərinə səfərləri, sakinlərlə sərbəst şəkildə gəzmələri, səmimi söhbət etmələri, sakinlərin evində qonaq olmaları dünyanın nəzər-diqqətini bu dəfə qəhrəman Xocalıya yönəldir.
Qəlbimizin bir tərəfində 33 il əvvəl bu günü xatırlayıb qəmləniriksə, bir tərəfdən də fərəhlənirik. Çünki körpə yaşda həyatlarına son qoyulan körpələrin yerini indi ata-babalarının Xocalıdakı evlərindən çıxıb hər səhər məktəbə gedən uşaqlar alıb.
Günel ABBAS
Xəbər lenti
Hamısına bax
Hadisə
16 Mart 18:27

Maraqlı
16 Mart 17:42

Dünya
16 Mart 16:34

Dünya
16 Mart 15:44

YAP xəbərləri
16 Mart 15:19

Dünya
16 Mart 14:56

YAP xəbərləri
16 Mart 14:32

Hərbi
16 Mart 14:08

Dünya
16 Mart 13:52

YAP xəbərləri
16 Mart 13:28

Mədəniyyət
16 Mart 12:42

YAP xəbərləri
16 Mart 12:21

Dünya
16 Mart 11:39

Xəbər lenti
16 Mart 11:35

Dünya
16 Mart 10:48
YAP xəbərləri
16 Mart 10:26

Dünya
16 Mart 09:46

Dünya
16 Mart 09:15

Dünya
16 Mart 08:53
YAP xəbərləri
15 Mart 23:44

Dünya
15 Mart 23:20

Dünya
15 Mart 22:26

Dünya
15 Mart 21:34

YAP xəbərləri
15 Mart 21:20

Siyasət
15 Mart 20:38

YAP xəbərləri
15 Mart 20:18

Xəbər lenti
15 Mart 20:12

Hadisə
15 Mart 19:41

Sosial
15 Mart 19:20

İdman
15 Mart 18:59

İqtisadiyyat
15 Mart 18:17

Sosial
15 Mart 17:46

Siyasət
15 Mart 17:19

Hadisə
15 Mart 17:17

Siyasət
15 Mart 16:48

Hadisə
15 Mart 16:17

İdman
15 Mart 15:50

Dünya
15 Mart 15:28

İdman
15 Mart 14:37

Hadisə
15 Mart 14:15

YAP xəbərləri
15 Mart 13:54

İdman
15 Mart 12:45

Dünya
15 Mart 12:13

Sosial
15 Mart 11:50

Gündəm
15 Mart 11:41

Gündəm
15 Mart 11:38

Gündəm
15 Mart 11:37

Gündəm
15 Mart 11:35

Sosial
15 Mart 11:18

İqtisadiyyat
15 Mart 10:58

Siyasət
15 Mart 10:25

Siyasət
15 Mart 10:12

İqtisadiyyat
15 Mart 09:57

Siyasət
15 Mart 09:43

MEDİA
15 Mart 09:36

Dünya
15 Mart 09:19

Analitik
15 Mart 08:53

Ədəbiyyat
15 Mart 08:32

Ədəbiyyat
15 Mart 08:17

Hadisə
14 Mart 23:54

Sosial
14 Mart 23:34

YAP xəbərləri
14 Mart 23:18

Sosial
14 Mart 22:47
YAP xəbərləri
14 Mart 22:31

Dünya
14 Mart 22:14

YAP xəbərləri
14 Mart 21:50

Dünya
14 Mart 21:39

YAP xəbərləri
14 Mart 21:20

Dünya
14 Mart 21:08

YAP xəbərləri
14 Mart 20:59
