“Qərbi Azərbaycan etnoqrafiyasına dair sənəd axını” - elmi seminar
28.04.2025 [23:39]
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Qərbi Azərbaycan etnoqrafiyasına dair sənəd axını” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Şamxal Nurullayev mövzu ilə bağlı məruzə edib.
Gənc tədqiqatçı tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin xüsusi aktuallıq kəsb etdiyini diqqətə çatdırıb, bu istiqamətdə tədqiqatların vacibliyini vurğulayıb. Araşdırmada Azərbaycan türklərinin əzəli yurd yeri olan Qərbi Azərbaycanın mahallarının, həmçinin İrəvan xanlığının tarixinə, etnoqrafiyasına dair informasiya resursları haqqında geniş məlumat verilib, bu mənbələrin formalaşması və inkişafı xronoloji qaydada izlənilib. Məruzədə mövzuya dair müxtəlif məlumat bazaları, internet resursları təqdim edilib, müqayisəli təhlillər aparılıb. Qərbi Azərbaycan etnoqrafiyasına dair sənəd kütləsinin regionun tarixi-mədəni irsinin öyrənilməsi və tədqiqi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Bu kontekstdə ilkin mənbələrlə yanaşı, ikinci dərəcəli informasiya resursları və elektron mənbələr kompleks tədqiqata cəlb olunub.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən təqdim olunan “Qərbi Azərbaycan. Elektron kitabxana” layihəsi və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Qədim yurd yerimiz – Qərbi Azərbaycan” adlı məlumat bazası xüsusi təhlil edilib. Bildirilib ki, bu cür məlumat bazaları elmi tədqiqatların dərinləşməsinə, mədəni irsin sistematik şəkildə öyrənilməsinə, tanıdılmasına və təbliğinə kömək edir, məlumatların gələcək nəsillərə ötürülməsinə şərait yaradır”.
Məruzəçi çıxışını Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərlə yekunlaşdırıb: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.
Xəbər lenti
Hamısına baxİdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32

