Azərbaycan gəncliyi Heydər Əliyev yoluna sadiqdir
09.05.2025 [10:49]
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərən tarixi şəxsiyyətdir. Bütövlükdə, müasir tariximizin böyük bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş Sovetlər Birliyi dönəmində respublikamızı dinamik inkişaf yoluna çıxarmış, milli şüurumuzun oyanmasında müstəsna xidmətlər göstərmiş Ulu Öndərimiz müstəqil Azərbaycanın qurucusudur.
Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın güclü təməlləri atılıb və dövlətçiliyimiz bu təməllər üzərində davamlı olaraq inkişaf edir. Ölkəmizin inkişaf strategiyasının müəllifi olan Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bütün sahələr tərəqqi edib. Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə bir faktı xüsusi vurğulamaq zəruridir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Onu da qeyd etmək lazımdır ki, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini səmərəli gənclər siyasəti təşkil edir. Dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda da uğurlu gənclər siyasəti həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsini, o cümlədən sağlam və intellektual inkişafını şərtləndirir. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclərimiz isə öz növbəsində cəmiyyətin dinamik təbəqəsi kimi çıxış edir və onların səmərəli fəaliyyəti Azərbaycanın davamlı inkişafına əhəmiyyətli töhfələr verir.
Bu gün Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərilir. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996, 1999 və 2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərin milli mənlik şüurunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. 1997-ci il fevralın 1-də isə Ümummilli Lider Heydər Əliyev “2 Fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Eləcə də, 1999-cu ilin iyulunda imzalanan “Dövlət gənclər siyasəti haqqında” fərmanda və bu fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapıb.
Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələblərinə uyğun hərtərəfli inkişafına möhkəm zəmin yaratmış oldu. Həmçinin 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapan müddəalar gənclərin potensialının yüksəldilməsində vacib rol oynayıb. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması isə bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir.
Gənclər siyasəti çərçivəsində Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların hökumət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi bu sahədə səmərəli nəticələrin əldə olunmasını şərtləndirib.
Ən mühüm məqam isə Azərbaycan gənclərinin yüksək milli vətənpərvərlik ruhunda yetişməsidir. 44 günlük Vətən müharibəsində və Qarabağda keçirilən antiterror tədbirlərində biz bu reallığın şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu fakt da Ulu Öndər Heydər Əliyevin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin gənc nəslə verdiyi önəmin nəticəsidir. Prezident İlham Əliyev çıxışlarında onun hakimiyyəti dövründə yetişən gənclərin torpaqlarımızı işğaldan azad etdiyini bəyan edib. Bu fikrin arxasında gənclərimizin inkişafı, düzgün tərbiyə edilməsi istiqamətində görülən işlər dayanır.
Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə gənclərə böyük inam bəsləyir. Bu gün sağlam və intellektual, o cümlədən milli vətənpərvərlik ruhunda tərbiyə olumuş gənc nəslin yetişdirilməsi dövlətin əsas strateji hədəflərindən biridir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması isə onların mənsub olduğu xalqın rifahının yüksəlməsi, ölkənin çiçəklənməsi və güclü olması deməkdir. Gənclərimiz də öz üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edir, dövlətə, dövlətçiliyə bağlılıq, Vətənə sədaqət nümayiş etdirir və hər zaman Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirirlər. 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri də bu reallığı təsdiqlədi. Azərbaycan gəncləri seçkilərdə İlham Əliyevə səs verməklə onun ətrafında sıx birləşdiklərini bir daha nümayiş etdirdilər! Bir sözlə, Azərbaycan gəncliyi Heydər Əliyev yoluna, İlham Əliyevin siyasətinə daim sadiqdir. Müstəqil Azərbaycan bundan sonra da məhz Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində yeni-yeni nailiyyətlər qazanacaq!
Murad PAŞAYEV
"Yeni Azərbaycan" TV-nin icraçı direktoru
Xəbər lenti
Hamısına baxSosial
16 Dekabr 18:25
YAP xəbərləri
16 Dekabr 17:53
İdman
16 Dekabr 17:43
YAP xəbərləri
16 Dekabr 17:29
YAP xəbərləri
16 Dekabr 16:30
Dünya
16 Dekabr 16:14
Siyasət
16 Dekabr 15:32
Siyasət
16 Dekabr 14:33
Sosial
16 Dekabr 14:30
Dünya
16 Dekabr 14:20
Siyasət
16 Dekabr 14:05
Xəbər lenti
16 Dekabr 14:03
Dünya
16 Dekabr 13:41
Dünya
16 Dekabr 12:37
Hadisə
16 Dekabr 12:37
Sosial
16 Dekabr 12:35
Dünya
16 Dekabr 12:13
Siyasət
16 Dekabr 11:57
Gündəm
16 Dekabr 11:42
Siyasət
16 Dekabr 11:29
Siyasət
16 Dekabr 11:14
İqtisadiyyat
16 Dekabr 11:13
Siyasət
16 Dekabr 11:13
Sosial
16 Dekabr 11:00
İqtisadiyyat
16 Dekabr 10:58
Gündəm
16 Dekabr 10:58
İqtisadiyyat
16 Dekabr 10:42
İqtisadiyyat
16 Dekabr 10:41
İqtisadiyyat
16 Dekabr 10:37
Gündəm
16 Dekabr 10:22
Analitik
16 Dekabr 10:15
Xəbər lenti
16 Dekabr 09:56
MEDİA
16 Dekabr 09:52
Analitik
16 Dekabr 09:30
Analitik
16 Dekabr 09:12
Sosial
16 Dekabr 08:56
Sosial
16 Dekabr 08:24
Sosial
16 Dekabr 07:56
Dünya
15 Dekabr 23:42
YAP xəbərləri
15 Dekabr 23:15
Sosial
15 Dekabr 22:50
Yeni texnologiyalar
15 Dekabr 22:29
YAP xəbərləri
15 Dekabr 22:12
YAP xəbərləri
15 Dekabr 21:48
Dünya
15 Dekabr 21:33
Dünya
15 Dekabr 21:15
Dünya
15 Dekabr 20:57
Xəbər lenti
15 Dekabr 20:41
Dünya
15 Dekabr 20:33
YAP xəbərləri
15 Dekabr 20:16
Sosial
15 Dekabr 19:52
YAP xəbərləri
15 Dekabr 19:35
Dünya
15 Dekabr 19:13
YAP xəbərləri
15 Dekabr 18:43
Siyasət
15 Dekabr 17:57
Xəbər lenti
15 Dekabr 17:51
Din
15 Dekabr 17:50
Xəbər lenti
15 Dekabr 17:50
Dünya
15 Dekabr 17:48
Hadisə
15 Dekabr 17:44
YAP xəbərləri
15 Dekabr 17:38
Elanlar
15 Dekabr 16:51
YAP xəbərləri
15 Dekabr 16:37
Dünya
15 Dekabr 16:02
Sosial
15 Dekabr 15:43
Gündəm
15 Dekabr 15:41
Gündəm
15 Dekabr 15:34
Gündəm
15 Dekabr 15:32
Siyasət
15 Dekabr 15:28
Siyasət
15 Dekabr 14:37

