Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün 50-yə yaxın maarifləndirmə tədbiri keçirib
19.06.2025 [17:32]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin yanvar - may ayları ərzində Bakı və bölgələrdə işəgötürənlər üçün 50-yə yaxın maarifləndirmə tədbiri təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlərin 15-i işğaldan azad edilmiş ərazilərdə həyata keçirilib. Eyni zamanda, “İnsan Hüquqları Aylığı” çərçivəsində ümumi təhsil müəssisələrində uşaqların əmək hüquqlarına dair 6 maarifləndirmə tədbiri təşkil olunub. Bundan əlavə, nazirliyin digər alt qurumları və rayon icra hakimiyyətləri ilə birgə Oğuz və Ağdaş rayonlarında iki irihəcmli regional, ASAN İnnovativ İnkişaf Mərkəzi ilə isə iki birgə tədbir keçirilib.
Ümumilikdə 4 min 100 nəfərin iştirak etdiyi maarifləndirmə tədbirlərində əmək qanunvericiliyindəki son dəyişikliklər, əmək münasibətlərinin rəqəmsallaşdırılması, əməyin mühafizəsi qaydaları, yeni qəbul olunmuş standartlar, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti haqqında geniş məlumatlar təqdim olunub.
Eyni zamanda, Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatından da bəhs edilib. Həmin hesabata uyğun olaraq yol xəritəsi üzrə qanunvericiliyin təkmilləşdirlməsi sahəsində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Dünya Bankı Qrupunun “Business Ready” reytinqi çərçivəsində ölkələrdə biznes mühitinin hüquqi və inzibati çərçivəsi qiymətləndirilir və bu kontekstdə əmək qanunvericiliyi, işçilərin hüquqları və işəgötürmə prosedurlarının sadəliyi əsas meyarlar sırasındadır. Ölkəmizin həmin reytinqdə mövqeyinin yaxşılaşdırılması məqsədilə əmək münasibətlərinin tənzimlənməsi, bərabərlik prinsiplərinin gücləndirilməsi, əməyin mühafizəsi və məcburi əməyin qarşısının alınması sahəsində mühüm qanunvericilik və institusional islahatlar həyata keçirilir.
“Business Ready” çərçivəsində uşaq əməyinin və məcburi əməyin qadağan olunması, əmək müqavilələrinin şəffaf və sərbəst şəkildə bağlanılması, sosial sığorta və təhlükəsiz əmək şəraiti kimi məsələlər xüsusi qiymətləndirmə komponentləridir və Azərbaycan bu istiqamətlərdə beynəlxalq standartlara uyğunlaşmanı təmin edir.
Tədbirlərin yekununda iştirakçıların müvafiq sualları cavablandırılıb.
Qeyd edək ki, ilin sonuna qədər müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18

