Bir gecənin faciəsi
28.08.2025 [08:12]
Ballıqaya qətliamından 33 il ötür
İllər ötsə də, Ermənisanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı başladığı işğalçılıq siyasətinin nəticəsi olaraq üzləşdiyimiz faciələr unudulmur. Qan yaddaşımıza yazılan belə faciələrdən biri də tarixin bu günündə - 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində baş verənlərdir. Artıq həmin faciədən bizi 33 il ayırır.
Bitib-tükənməyən müharibə cinayətləri
Müharibə aparmağın da öz qaydaları var. Müharibə zamanı tərəflər mütləq qaydada beynəlxalq konvensiyalarla təsbit olunan prinsiplərə, humanitar normalara əməl etməlidirlər. Ancaq xaricdəki havadarlarının dəstəyindən ilhamlanan Ermənistan lap əvvəldən beynəlxalq konvensiyalara məhəl qoymayıb və otuz il ərzində sayı-hesabı bilinməyən müharibə cinayətləri törədib. Əvvəla, Ermənistanın başladığı müharibə ədalətsiz müharibə idi. Ermənilər bu müharibəni “dənizdən-dənizə Ermənistan” xülyasına uyaraq başlamışdılar. Məqsəd də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və oraya bitişik əraziləri zəbt edərək Ermənistana birləşdirmək idi.
Emənilər öz mənfur niyyətlərini həyata keçirməkdən ötrü hər vasitəyə əl atırdılar. İşğal nəticəsində ərazilərimizin 20 faizi düşmənin əlinə keçmiş, bir milyondan artıq soydaşımız doğma yurd yerlərindən zorla çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdülər. Bu işğal həm də Ballıqaya qətliamından əvvəl Ermənistan silahlı qüvvələrinin Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktları ilə yadda qalıb.
Beynəxalq qınaqdan kənarda qalan Ermənistan sonrakı mərhələdə də müharibə cinayətlərini davam etdirib. Bununla bağlı konkret təsəvvür yaratmaq üçün 44 günlük müharibəni xatırlamaq kifayətdir. Döyüş meydanında ağır məğlubiyyət acısı yaşayan ermənilər bunun qisasını keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi uzaqmənzilli silahlarla raket atəşinə tutmaqla çıxmağa çalışırdılar. Həmin günlərdə Gəncə, Bərdə, Tərtər, Beyləqan kimi yaşayış məntəqələrimiz aramsız atəşə tutulub, heç bir günahı olmayan dinc insanlar həyatlarını itirib, yaşayış evlərinə, mülki infrastruktura böyük ziyan dəyib. Hələ də canlar almaqda davam edən mina terroru da Ermənistan silahlı qüvvələrinin bitib-tükənməyən müharibə cinayətləri sırasında yer alır...
6 aylıq körpəyə də, 93 yaşlı ahıl qadına da aman vermədilər
33 il əvvəl saat 5 radələri idi. Goranboy rayonunun Ballıqaya kəndinin buraya təzəcə köç etmək məcburiyyətində qalmış sakinləri üçün də yeni bir səhər açılacaqdı - ümidə və narahatlığa bələnmiş bir səhər. Onlar yaxın qohumluq münasibətlərində olan 6 ailənin üzvləri idilər və Ballıqayaya da təzə-təzə isinişirdilər. 1992-ci ilin may ayında Laçın işğal altına düşəndə erməni təqiblərindən xilas olmaq üçün Ballıqayaya pənah gətirmişdilər. Laçının əksər sakinləri kimi, məşğuliyyətləri maldarlıq idi. Laçında ev-eşiklərini itirəndən sonra maldarlıq üçün əlverişli olan Ballıqayanı da həyatlarını, dolanışıqlarını təmin etmək üçün seçmişdilər. Fəqət, Laçında erməni təqiblərindən canlarını qurtararaq Ballıqayaya ümidlə gəlsələr də, burada amansız faciə ilə üzləşiblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkib. Ballıqaya olaylarını bir gecənin faciəsi də adlandırırlar. Qətliam nəticəsində 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, 9 nəfər isə ağır yaralanıb. Hətta 6 aylıq körpəyə, 93 yaşlı qadına da aman verilməyib, meyidlər yandırılıb. Faciə nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Qisas qiyamətə qalmadı. Müzəffər ordumuz 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində şanlı zəfərlərə imza atmaqla Ermənistanı kapitulyasiyaya məruz qoydu, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdi. Təsəlli yerimiz də elə budur - bütün faciələrimiz kimi, Ballıqaya qətliamının da qisası alınıb!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

