Onlar qapalı, ünsiyyətsiz deyillər...
23.09.2025 [08:13]
Beynəlxalq Jest Dilləri Günüdür
23 sentyabr - Beynəlxalq Jest Dilləri Günüdür (International Day of Sign Languages). Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix lal-kar və eşitmə imkanları məhdud insanların həyatına diqqəti yönəltmək, onların problemlərinin həllinə dəstək olmaq məqsədi daşıyır. Eyni zamanda, həssas təbəqənin cəmiyyət üçün əhəmiyyətli insanlar olmasını vurğulamaq üçün keçirilir.
72/161 nömrəli qətnamənin təşəbbüskarı isə 1951-ci ildə yaradılmış Ümumdünya Lal-Karlar Federasiyası olub.Təşkilatın məlumatına görə, dünyada 70 milyondan yuxarı eşitmə qabiliyyətini itirmiş kar insanlar yaşayır ki, onların əsas ünsiyyət vasitəsi məhz jestlərdir. Təşkilat, həmçinin dünyada 300-ə yaxın jest dilinin və beynəlxalq jest dilinin mövcud olduğunu da qeyd edir. Dünya ictimaiyyəti jest dillərini təbii dillər sırasında qəbul edir.
Əlamətdar tarixi təsis edərkən BMT eşitmə imkanları məhdud insanların hüquq və azadlıqlarının həyata keçirilməsində jest dillərinin rolunu vurğulamağı və buna diqqəti cəlb etməyi hədəfə alıb. Bu, həm də cəmiyyətin davamlı inkişaf proqramının, insanların hüquq və azadlıqlarının, o cümlədən dil və mədəni müxtəlifliklərinin qorunması ilə bağlı prinsiplərinə nail olunmasında mühüm addımlardır.
Tarixin seçilməsi isə Ümumdünya Lal-Karlar Federasiyasının təsis günü ilə bağlıdır. Bu, həmçinin 1958-ci ildən sentyabrın sonuncu tam həftəsi qeyd edilən Ümumdünya karlar həftəsi ilə üst-üstə düşür.
Lal-karlar üçün ilk məktəbin əsasını 1760-cı ildə Parisdə rahib de Lepe qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı olub. Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, dünyada məşhur olan onlarca insanın adını sadalamaq mümkündür.
Məsələn, İntibah dövrünün şairi Pyerde Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o, həm də gözəl qılınc oynadan və rəqqas idi. Məşhur “Pis eşitməklə sarayda heç nəyə nail ola bilməzsən” frazası ona məxsusdur.
Tarixdə başqa məşhurlarında adı var. Fransız yazıçısı Viktor Hüqo, bəstəkar LüdviqvanBethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-AndreDesen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.
Beynəlxalq Lal-Karlar Federasiyası eşitmə pozğunluğundan əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi-informasiya vasitələri işçiləri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirməyə çağırır.
Azərbaycandada kifayət qədər eşitmə qüsurlu insanlar var. Dövlət tərəfindən lal-kar uşaqların cəmiyyətə inteqrasiyası üçün müəyyənişlər görülür.
Azərbaycanda belə məktəb ilk dəfə 1932-ci ildə Bakıda fəaliyyətə başlayıb. 1969-cu ildə respublikamızda ikinci məktəb açılıb. Məktəblərdən biri 1 nömrəli, digəri isə 3 nömrəli respublika xüsusi internat məktəbi adlandırılıb. 2012-ci ildə Nazirlər Kabinetinin qərarıilə 1 və 3 nömrəli məktəblər birləşdirilib və onların bazasında 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. İnternat məktəbində “Bacarıqlı əllər”, dama, futbol, rəsm dərnəyi fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33

