Şuşaya yol açan Hadrut əməliyyatı
07.10.2025 [11:54]
Vətən müharibəsinin hər günündə Müzəffər Ordumuz bir qəhrəmanlıq dastanı yazıb. “Arxada Vətən torpağıdır!” deyib döyüşlərə atılan igid əsgər və zabitlərimiz hər gün irəliləyiblər, yeni-yeni yaşayış məntəqələrimizi işğaldan azad ediblər. Tarixin bu günündə - 7 oktyabr 2020-ci ildə isə Silahlı Qüvvələrimiz Hadrut uğrunda döyüşlərə başlayıblar. Bu döyüşlərdə də hərbçilərimiz misilsiz şücaətlər göstərməklə oktyabrın 9-da Hadrutu işğaldan azad etməyə nail olublar.
Tarixə qısa baxış
Ermənilər Azərbaycanın bir sıra yaşayış məntəqələri kimi, Hadruta da sahiblənməyə və bu toponimi özününküləşdirməyə çalışıblar. Halbuki Hadrutun ermənilərlə hər hansı bir tarixi bağlılığı yoxdur.
1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR-də qanunsuz təşkil olunan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilib, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. Qəsəbənin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrut kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində olub. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 26 noyabr 1991-ci ildə ləğv edilərək ərazisi Xocavənd rayonunun tərkibinə verilib. Hadrut 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Vətən müharibəsinin ən ağır döyüşlərindən biri
Hadrutun coğrafi yerləşməsinin strateji önəmini anlayan ermənilər qəsəbənin müdafiəsini möhkəm təşkil etmişdilər. Bura çoxlu texnika və canlı qüvvə cəm olunmuşdu. Ətraf yüksəkliklərin ermənilərin əlində olması, işğal illərində yaradılan istehkamlar onlara üstünlüklər qazandırırdı. Buna görə də Hadrut uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən biri sayılır.
Lakin nə qədər çətin olsa da, qəsəbə götürülməli idi. Oktyabrın 7-də düşmən Azərbaycan Silahlı Qüvvələrinin hücumunu fərqli istiqamətdən gözləyirdi. Ancaq ordumuz manevr işlədərək hücum istiqamətini Hadruta tərəf dəyişdi. Əvvəllcə ağır artilleriya atəşləri ilə qarşı tərəfin qüvvələrinə intensiv zərbələr endirldi və bunun ardınca xüsusi təyinatlı qüvvələrimiz qəsəbəyə sızmağa nail oldular. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Həmin ərəfədə Ermənistan mətbuatı ətraf təpələrin ermənilərin nəzarətində olduğunu əsas gətirməklə Hadrutun Azərbaycan ordusu tərəfindən götürülmədiyi barədə məlumatlar tirajlayırdı. Yaşayış məntəqəsini içəridən nəzarətə götürməyə nail olan hərbiçilərimiz sonradan ətraf təpələrin də ermənilərdən təmizlənməsinə nail oldular.
Vətən müharibəsinin 13-cü günü, oktyabrın 9-da xalq Prezident İlham Əliyevdən növbəti müjdə xəbəri aldı. Ali Baş Komandan xalqa müraciət edərək vurğulayıb: “Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: “Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi”.
Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladılar. Halbuki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını gözləmirdi. Ermənilər Şuşaya hücumun Laçın dəhlizi və Qırmızı Bazar istiqamətindən olacağı qənaətində idilər. “Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə”, - deyə Prezident İlham Əliyev bildirib.
Hadrut döyüşləri xarici ekspertlərin gözü ilə
2025-ci ilin mart ayında ABŞ-nin “Modern War Institute”nun (Müasir Müharibə İnstitutu) qurucu direktoru, ehtiyatda olan polkovnik Liam Kollinz və institutun Şəhər Müharibələri Araşdırmaları şöbəsinin müdiri Con Spenser Azərbaycana, o cümlədən Bakı şəhərinə və işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
Məlumata görə, səfərin nəticəsi olaraq 2020-ci il oktyabr ayında baş vermiş Hadrut döyüşünün gedişatı və əhəmiyyətinə dair ətraflı analitik hesabat hazırlanıb. Bu hesabat Azərbaycan hərbçiləri ilə müsahibələrə, ərazinin birbaşa öyrənilməsinə və döyüş əməliyyatlarının diqqətlə təhlilinə əsaslanır.
Qeyd olunur ki, amerikalılar Hadrut döyüşünü 44 günlük müharibənin dönüş nöqtəsi hesab edirlər.
Hadrutda Azərbaycan Bayrağının ucaldılması
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci il martın 15-də Füzuli və Xocavənd rayonlarında səfərdə olublar. Səfər çərçivəsində dövlətimizin başçısı Hadrut qəsəbəsində Azərbaycan Bayrağını qaldırıb və çıxış edib. Çıxışında qəsəbənin işğaldan azad edilməsinin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi”, - deyə vurğulayıb.
2021-ci il dekabrın 24-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Hadrut qəsəbəsinə növbəti dəfə səfər edib və burada hərbi hissənin açılışına qatılıblar.
2021-ci ilin iyununda işğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldılıb. “Dəmir yumruq” abidəsinin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edilib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
06 Oktyabr 23:31

Dünya
06 Oktyabr 23:17

Dünya
06 Oktyabr 22:53

İqtisadiyyat
06 Oktyabr 22:25

Dünya
06 Oktyabr 21:40

Hadisə
06 Oktyabr 21:30

Elm
06 Oktyabr 21:19

Dünya
06 Oktyabr 20:55

Dünya
06 Oktyabr 20:32

İqtisadiyyat
06 Oktyabr 20:28

Dünya
06 Oktyabr 19:48

Dünya
06 Oktyabr 19:30

YAP xəbərləri
06 Oktyabr 19:26

Dünya
06 Oktyabr 19:21

YAP xəbərləri
06 Oktyabr 18:53

YAP xəbərləri
06 Oktyabr 18:25

YAP xəbərləri
06 Oktyabr 18:24

İqtisadiyyat
06 Oktyabr 18:24

YAP xəbərləri
06 Oktyabr 17:25

Siyasət
06 Oktyabr 16:57

Dünya
06 Oktyabr 16:56

İqtisadiyyat
06 Oktyabr 16:55
YAP xəbərləri
06 Oktyabr 16:31
YAP xəbərləri
06 Oktyabr 15:42

Sosial
06 Oktyabr 15:06

İdman
06 Oktyabr 15:00
YAP xəbərləri
06 Oktyabr 14:57

YAP xəbərləri
06 Oktyabr 14:21

Siyasət
06 Oktyabr 13:42

YAP xəbərləri
06 Oktyabr 13:30

Siyasət
06 Oktyabr 12:59

YAP xəbərləri
06 Oktyabr 12:58

Gündəm
06 Oktyabr 12:46

Elanlar
06 Oktyabr 12:43

Sosial
06 Oktyabr 12:30

Sosial
06 Oktyabr 12:02

Dünya
06 Oktyabr 12:00

Elanlar
06 Oktyabr 11:54

Gündəm
06 Oktyabr 11:53

İdman
06 Oktyabr 11:31

Hadisə
06 Oktyabr 11:10

İqtisadiyyat
06 Oktyabr 11:05

İqtisadiyyat
06 Oktyabr 11:02

Maraqlı
06 Oktyabr 10:42

Dünya
06 Oktyabr 10:19

Dünya
06 Oktyabr 10:19

Dünya
06 Oktyabr 09:50

Dünya
06 Oktyabr 09:21

Hadisə
06 Oktyabr 08:47

Dünya
05 Oktyabr 23:19

Dünya
05 Oktyabr 22:34

Dünya
05 Oktyabr 21:18

Dünya
05 Oktyabr 20:25

Maraqlı
05 Oktyabr 19:41

Dünya
05 Oktyabr 18:30

Maraqlı
05 Oktyabr 17:28

Dünya
05 Oktyabr 16:33

Maraqlı
05 Oktyabr 15:22

YAP xəbərləri
05 Oktyabr 14:52

Xəbər lenti
05 Oktyabr 14:40

Dünya
05 Oktyabr 14:35

Dünya
05 Oktyabr 14:19

Dünya
05 Oktyabr 13:54

Dünya
05 Oktyabr 13:20

İdman
05 Oktyabr 12:40

Dünya
05 Oktyabr 12:16

Dünya
05 Oktyabr 11:48

İdman
05 Oktyabr 11:22

Hadisə
05 Oktyabr 10:56

Sosial
05 Oktyabr 10:25
