Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı metrosunda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılıb

Bakı metrosunda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılıb

04.11.2025 [16:26]

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı metrosunda sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər.

Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.

“Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb. Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib. NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq. Hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür”, - deyə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31