Ağsu dolaylarında nəqliyyatın hərəkəti bərpa olunub
04.01.2026 [21:58]
Ağsu aşırımında nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində buzlaşma səbəbindən bağlanan yol yenidən nəqliyyat vasitələrinin istifadəsinə açılıb. Hazırda hər iki zolaq üzrə hərəkət təmin olunub, sürücülər paytaxta və əks istiqamətlərə doğru maneəsiz hərəkət edə bilirlər.
Bununla belə, gecə saatlarında havanın temperaturunun aşağı düşməsi nəticəsində yolun sərt enişli-yoxuşlu və döngəli hissələrində yenidən buzlaşma ehtimalının yüksək olduğu bildirilir. Bu səbəbdən sürücülərə həmin saatlarda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
Xatırladaq ki, günorta saatlarında Ağsu aşırımında yolun bir nöqtəsində hərəkət hissəsinin hər iki zolağı buz bağladığından nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam dayanmışdı. Dərhal əraziyə yol polisi əməkdaşları və digər aidiyyəti qurumların texnikası cəlb edilib.
Buzlaşmanın aradan qaldırılması məqsədilə yolun təhlükəli hissələrinə qum-duz qarışığı səpilib. Görülən tədbirlərdən sonra buz qatı tədricən əriməyə başlayıb və nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə bərpa olunub.
Hadisə zamanı bəzi avtomobillərin yoldan çıxmasına baxmayaraq, xoşbəxtlikdən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Polis əməkdaşları hazırda da ərazidə xidmət apararaq hərəkətin təhlükəsizliyini təmin edirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
16 Yanvar 10:49
Sosial
16 Yanvar 10:39
İqtisadiyyat
16 Yanvar 10:14
Analitik
16 Yanvar 09:55
İqtisadiyyat
16 Yanvar 09:30
Dünya
16 Yanvar 09:11
Analitik
16 Yanvar 08:51
MEDİA
16 Yanvar 08:34
Gündəm
16 Yanvar 08:10
Dünya
15 Yanvar 23:19
Hadisə
15 Yanvar 22:50
YAP xəbərləri
15 Yanvar 22:32
Dünya
15 Yanvar 22:16
Dünya
15 Yanvar 21:57
Sosial
15 Yanvar 21:34
YAP xəbərləri
15 Yanvar 21:23
YAP xəbərləri
15 Yanvar 21:18
Mədəniyyət
15 Yanvar 20:49
YAP xəbərləri
15 Yanvar 20:35
Dünya
15 Yanvar 20:13
İdman
15 Yanvar 19:58
YAP xəbərləri
15 Yanvar 19:45
Dünya
15 Yanvar 19:30
YAP xəbərləri
15 Yanvar 19:11
YAP xəbərləri
15 Yanvar 18:36
Dünya
15 Yanvar 16:45
Xəbər lenti
15 Yanvar 16:34
İqtisadiyyat
15 Yanvar 16:32
Hadisə
15 Yanvar 16:21
YAP xəbərləri
15 Yanvar 16:18
Sosial
15 Yanvar 15:39
YAP xəbərləri
15 Yanvar 15:31
Hadisə
15 Yanvar 15:29
Elm
15 Yanvar 15:26
İqtisadiyyat
15 Yanvar 15:24
Siyasət
15 Yanvar 15:23
Sosial
15 Yanvar 15:22
Siyasət
15 Yanvar 15:21
İqtisadiyyat
15 Yanvar 15:20
Sosial
15 Yanvar 15:07
Siyasət
15 Yanvar 15:03
YAP xəbərləri
15 Yanvar 14:49
Sosial
15 Yanvar 14:40
Sosial
15 Yanvar 14:36
YAP xəbərləri
15 Yanvar 14:34
Dünya
15 Yanvar 14:31
Sosial
15 Yanvar 14:28
Sosial
15 Yanvar 14:02
Dünya
15 Yanvar 13:54
Gündəm
15 Yanvar 13:21
Dünya
15 Yanvar 13:20
Dünya
15 Yanvar 12:47
YAP xəbərləri
15 Yanvar 12:38
İqtisadiyyat
15 Yanvar 12:25
Sosial
15 Yanvar 12:25
İqtisadiyyat
15 Yanvar 12:18
Hadisə
15 Yanvar 12:16
İqtisadiyyat
15 Yanvar 12:15
Hərbi
15 Yanvar 11:53
Dünya
15 Yanvar 11:48
Dünya
15 Yanvar 11:48
Sosial
15 Yanvar 11:47
YAP xəbərləri
15 Yanvar 11:40
Sosial
15 Yanvar 11:28
İqtisadiyyat
15 Yanvar 11:13
Siyasət
15 Yanvar 10:58
YAP xəbərləri
15 Yanvar 10:49
İqtisadiyyat
15 Yanvar 10:45
İqtisadiyyat
15 Yanvar 10:36
Analitik
15 Yanvar 10:12

