İkinci çərşənbə...
03.03.2026 [08:37]
Od çərşənbəsinin unudulmuş adətləri
Hələ qədim zamanlardan od bəşər övladlarının həyatında mühüm əhəmiyyət kəsb edib. İnsanlar odu kəşf etdikdən sonra onun köməyi ilə həm vəhşi heyvanların hücumundan qorunub, həm soyuqdan, donmaqdan xilas olub, həm də məişətdə istifadə ediblər. Beləliklə, odu, işığı hər zaman müqəddəs biliblər.
Bu gün Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsidir. Xalq arasında ona “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Od çərşənbəsinin qeyd edilməsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Odun, tonqalın olması istilik mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir.
Oda və Od çərşənbəsinə inam
Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, təmizləyici bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Adətə görə, Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalayırlar. Səbəbi isə odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin, hamısı elə alovda yansın, yox olsun.
Mifoloji dünyagörüş xalqın şüuraltısında hər zaman yaşayıb. Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də, onların məhvi baxımından vacib ritual sayılıb. “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”, - deyilir, bu çərşənbədə...
Qədim zamanlarda Od çərşənbəsi
Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılardı, alovu ruhi arınma mərhələsinin sonu hesab edərdilər. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışar, odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söyləyərmiş.
Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: Qohum-qonşular yasda olan ailənin həyətində tonqal qalayar, bununla da o ailəni yasdan çıxararmışlar.
Bu adətlər unudulur...
Ayı oynatma - burada ayı simvolik anlamdadır, təbii ki, başqa heyvanlar da ola bilər. Bu, həm Od, həm də qarşıdakı digər iki çərşənbədə göstərilən tamaşadır. Bir adama ayı dərisindən kürk geyindirilir. Başqa bir adam onun boynuna zəncir salıb tamaşaçıların toplaşdığı meydana aparır. Burada ayı onların üzərinə atılmaqla guya, adamları qorxutmaq istəyir. Meydanda kimlərisə yamsılayır və insanların alqışını qazanır. Ayının yamsıladığı adamların arasında cütçü mütləq olmalıdır. Bu da ayılan torpağa olan münasibəti əks etdirir. Bu oyuna oxşar dəvəoynatma oyunu da var.
Açar falı: Çərşənbələrdə ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa, həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.
Alma falı: Od çərşənbəsində 2 alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsi deyilir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.
Ümumiyyətlə, Novruz bayramı insana və bəşəriyyətə faydalı olan ən gözəl adət-ənələri özündə birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə tərzini əks etdirir. Novruz və ondan əvvəl keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 Mart 18:44
YAP xəbərləri
16 Mart 18:32
Dünya
16 Mart 18:28
YAP xəbərləri
16 Mart 18:03
Xəbər lenti
16 Mart 17:53
Xəbər lenti
16 Mart 17:44
YAP xəbərləri
16 Mart 17:30
Dünya
16 Mart 17:18
YAP xəbərləri
16 Mart 16:49
Hadisə
16 Mart 16:38
YAP xəbərləri
16 Mart 16:23
Siyasət
16 Mart 16:21
Dünya
16 Mart 16:20
Gündəm
16 Mart 16:19
Sosial
16 Mart 16:17
Elm
16 Mart 16:02
İqtisadiyyat
16 Mart 15:47
Mədəniyyət
16 Mart 15:46
Mədəniyyət
16 Mart 15:46
Hadisə
16 Mart 15:37
Sosial
16 Mart 15:14
Elm
16 Mart 14:57
YAP xəbərləri
16 Mart 14:51
İdman
16 Mart 14:48
YAP xəbərləri
16 Mart 14:40
İqtisadiyyat
16 Mart 14:38
İdman
16 Mart 14:34
Sosial
16 Mart 14:31
Sosial
16 Mart 14:30
Gündəm
16 Mart 14:20
Dünya
16 Mart 14:20
YAP xəbərləri
16 Mart 13:55
Dünya
16 Mart 13:29
YAP xəbərləri
16 Mart 13:23
Dünya
16 Mart 12:53
Gündəm
16 Mart 12:42
İdman
16 Mart 12:27
Din
16 Mart 12:17
Gündəm
16 Mart 12:16
İqtisadiyyat
16 Mart 12:11
İqtisadiyyat
16 Mart 12:10
Sosial
16 Mart 12:00
Sosial
16 Mart 11:58
YAP xəbərləri
16 Mart 11:47
YAP xəbərləri
16 Mart 11:41
Dünya
16 Mart 11:40
Hərbi
16 Mart 11:34
Dünya
16 Mart 11:14
Dünya
16 Mart 10:58
Gündəm
16 Mart 10:53
YAP xəbərləri
16 Mart 10:39
Gündəm
16 Mart 10:38
Dünya
16 Mart 10:22
Sosial
16 Mart 09:45
Mədəniyyət
16 Mart 09:38
Dünya
16 Mart 09:17
Dünya
16 Mart 08:51
İdman
16 Mart 08:20
Dünya
16 Mart 07:47
Siyasət
15 Mart 23:31
Dünya
15 Mart 23:11
Dünya
15 Mart 22:27
Dünya
15 Mart 21:23
Elm
15 Mart 20:36
Dünya
15 Mart 19:17
Dünya
15 Mart 18:24
Hadisə
15 Mart 17:30
Dünya
15 Mart 16:21
Sosial
15 Mart 15:49
Dünya
15 Mart 14:42

