Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər sentyabrın 6-da imtahan verəcəklər

Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər sentyabrın 6-da imtahan verəcəklər

31.08.2026 [23:14]

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan təşkil edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, həmin gün bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də imtahan verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində keçiriləcək.

İmtahanda iştirak edəcək şagirdlər DİM-in internet saytından buraxılış vərəqəsini çap edərək götürə bilərlər.

Buraxılış vərəqəsi ilə yanaşı, şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələrin, əməl edilməli qaydaların və digər zəruri məlumatların əks olunduğu “Yaddaş kitabçası”ndan çıxarış da təqdim ediləcək.

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30