Ölkəmizdə yay turizm mövsümü start götürüb
21.06.2014 [11:06]
Nahid Bağırov: Həyata keçirilən çoxşaxəli tədbirlər turizm obyektlərində xidmətlərin daha da müasirləşməsinə stimul yaradır
Məlum olduğu kimi, artıq ölkəmizdə yay turizm mövsümü start götürüb. Və hər il olduğu kimi, bu il də Azərbaycana çoxsaylı ölkələrdən turistlərin səfər etməsi gözlənilir. Əslində, xarici turistlərin ölkəmizə üz tutması heç də səbəbsiz deyil. Belə ki, Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmizdə turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Eyni zamanda, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması, həmçinin, bu sahənin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə respublikamızda turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü tədbirlər həyata keçirilib. Onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev ölkəmizin sürətli inkişaf tempini və həmin il bir neçə böyük infrastruktur layihələrinin tamamlanmasını nəzərə alaraq 2011-ci ili “Turizm ili” elan edib.
Bir sözlə, Azərbaycanda turizmin inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bəs ayrı - ayrı turizm şirkətləri ölkəmizdə yay turizm mövsümünün başlaması ilə əlaqədar hansı addımları atmağı planlaşdırırlar? Bu suala cavab almaq üçün müraciət etdiyimiz Azərbaycan Turizm Assosiasiyasının ( AzTA) sədri Nahid Bağırov bildirdi ki, ölkəmiz xarici turistləri lazımi şəkildə qəbul etməyə hazırdır: “Belə ki, Azərbaycanın bölgələrində əsasən dörd və beşulduzlu hotellər fəaliyyət göstərir. Regionlarda turistlərin bir həftəlik istirahətinin qiyməti hotellərin qiymətlərindən asılı olaraq dəyişir. Bölgələrdəki dördulduzlu hoteldə 2 nəfərlik otaqlarda bir gün gecələməyin qiyməti 60-70 manatdır. Belə hotellərdə yerləşdikdə bir nəfərin 1 həftəlik istirahəti yemək xərcləri ilə birgə 300-400 manata başa gəlir. Beşulduzlu hotellərdə 2 nəfərlik otaqlarda isə 1 gün gecələməyin qiyməti 130-150 manatdan başlayır. Bu hotellərdə bir nəfərin 1 həftəlik istirahətinin qiyməti təxminən 500 manatdan başlayır”.
Assosiasiya sədri bu qiymətin beşulduzlu hotel üçün heç də baha olmadığını da söylədi: “Bizim turistlər deyirlər ki, Türkiyədə qiymətlər Azərbaycanla müqayisədə aşağıdır. Ancaq Türkiyədə beşulduzlu hotellərdə 1 gün gecələməyin qiyməti 350-400 dollardan, Azərbaycanda isə 130-150 manatdan başlayır. Bu da beşulduzlu hotel üçün baha qiymət deyil. Azərbaycanda bölgələrdə üçulduzlu hotellər olsaydı, qiymətlər 30 manatdan başlayardı. Ancaq belə hotellər yoxdur”.
AzTA sədrinin sözlərinə görə, ölkədə üçulduzlu hotellərin sayı artıqca qiymətlər də enəcək: “Çünki hotellər arasında rəqabət yaranacaq. Onda da hotellərdə qiymətlər aşağı düşəcək. Eyni zamanda, üçulduzlu hotellər tikiləcəyi təqdirdə xarici ölkələrdən Azərbaycana gələn turistlərin sayı artacaq. Adətən dünyada turistlərin 70 faizi orta təbəqəyə aid insanlar olur. Buna görə də, onlar üçulduzlu hotellərdə qalmaq və bununla da hotel xərclərinə az pul xərcləmək istəyirlər. Yəni, bizim sahibkarlar başa düşürlər ki, bu gün üçulduzlu hotellər daha əlverişlidir. Bunu nəzərə alaraq, hazırda sahibkarla birgə üçulduzlu hotellərin tikilməsi üçün iş aparılır”.
Müsahibəsində, eyni zamanda, ötən illərdə olduğu kimi, bu il də yay ayları ərzində azərbaycanlı turistlərin ən çox səfər edəcəyi ölkənin qardaş Türkiyə olacağını deyən N.Bağırov azərbaycanlı turistlərin Türkiyəyə üstünlük verməsinin səbəbini həmin ölkənin Azərbaycanla qonşu olması ilə yanaşı, həmçinin, orada göstərilən turist xidmətlərinin keyfiyyətinin yüksək, dilin eyni olması ilə əlaqələndirib: “Əlbəttə, turizm şirkətləri azərbaycanlı turistlərin səfər etdiyi ölkələrin çoğrafiyasını genişləndirməyə maraq göstərməli və bu sahədə iş aparmalıdırlar. Turizm şirkətlərini ölkələrin turizm imkanları ilə tanış etmək üçün assosiasiyamız tanışlıq turları təşkil edir. Assosiasiya belə səfərlər təşkil etməklə azərbaycanlı turistlər üçün yeni istiqamətlər üzrə turların yaradılmasına nail olmağa çalışır. Bundan başqa, iyun ayının ortalarından Bakıdan Yunanıstana və Monteneqroya birbaşa uçuşlar həyata keçiriləcək. Bu istiqamətlər üzrə uçuşlar yay dövrü ərzində mütəmadi olaraq baş tutacaq. Bu da azərbaycanlı turistlərin yay ayları ərzində həmin ölkələrə səfər etməyə maraq göstərməsinə səbəb olacaq”.
Ölkəmizdə turizm xidmətlərinin təşkili ilə bağlı sualımıza cavabında isə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri bildirdi ki, inkişafa müqayisəli baxmaq lazımdır: “Artıq 4-cü buraxılışdır ki, Azərbaycan Turizm İnstitutunun tələbələri bizim sektora daxil olur. Əvvəllər kadr yox idi və hər kəs bu sahədə işləməyə öz yaxınını gətirirdi. Amma nəzərə almalıyıq ki, turizm böyük bir elmdir. Bir neçə il əvvəl turizm sahəsinə çox prestijsiz bir sahə kimi, əyləncə kimi baxırdılar. İndi isə dövlətimizin diqqəti və qayğısı nəticəsində vəziyyət dəyişib. Turizm sektoru işçiləri üçün bu doğrudan da ciddi bir işdir. Artıq ona doğru gedirik ki, hər bir təşkilatda akkreditasiyalar aparılmalı, sertifikasiyalar həyata keçirilməli və turizm sektorunda ancaq peşəkarlar xidmət göstərməlidir. Ən azı 5 il təcrübəsi olan və ya hər hansı ali turizm məktəbini bitirən, yaxud bizim, “SKAL İnternational Bakı” Turizm Peşəkarları Assosiasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin tanıdığı, onların tədbirlərində sertifikatlar alanlar bu işdə çalışmalıdır. Artıq ölkəmizdə bu sahədə də işlər görülür. Belə ki, Ümumdünya Turizm Təşkilatı və ya Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çeşidli treninqlər həyata keçirilir. İstər mehmanxana xidmətinin təşkili ilə bağlı, istərsə də restoran xidmətinin tətbiqi, bələdçilərin hazırlanması və sairə çox yaxşı öyrədilir. Bələdçilər gəlir burda tədbirlər keçirir. Maraqlısı odur ki, bu tədbirlər Bakıda yox, artıq Masallıda, Qəbələdə, Naxçıvanda, Gəncədə, Şamaxıda və sairə yerlərdə keçirilir. Həmin o treninqlər zamanı bölgələrdə yaşayan və turizmə cəlb olunması vacib olan gəncləri daha çox dəvət edir və ən azından turizmin fəlsəfəsini onlara öyrədirlər. Bu isə turizm obyektlərində xidmətin daha da müasirləşməsinə stimul yaradır”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

