/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-in birgə fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-in birgə fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
01.07.2014 [09:47]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə “Mərkəzi icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin nazirlik qarşısında qoyduğu vəzifələrə uyğun olaraq, əmək və sosial müdafiə sistemində aparılan islahatlardan danışıb. Qeyd edilib ki, nazirliyin xidmət sektorları geniş əhali təbəqəsini əhatə edir və aparılan islahatlar da xidmət sahələrində müasir iş üsulları əsasında şəffaflığın təmin olunmasına yönəldiyindən daim cəmiyyətin maraq dairəsindədir. Nazir deyib ki, biz də fəaliyyətimizi buna uyğun quraraq, xidmət qurumlarında aparılan işlər barədə ictimaiyyətin davamlı şəkildə və dolğun məlumatlandırılmasını, bu məqsədlə KİV-lə əməkdaşlığı diqqətdə saxlayırıq.
S.Müslümov ƏƏSMN-in və KİVDF-in birgə fərdi jurnalist yazıları müsabiqəsinin də bu baxımdan xüsusi önəm kəsb etdiyini bildirib.
KİVDF-in icraçı direktoru Vüqar Səfərli milli mətbuatın inkişaf tarixindən söz açaraq, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində KİV-lərin maddi-texniki problemlərinin aradan qaldırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yeni mənzillərlə təmin edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. V.Səfərli bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu il ərzində KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqələr elan edir. Həmçinin ayrı-ayrı icra orqanları ilə birlikdə jurnalistlər arasında fərdi yazı müsabiqələri də təşkil olunur.
Sonra V.Səfərli ƏƏSMN-in və KİVDF-in birgə fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib.
Tədbir müsabiqə qaliblərinin mükafatlandırılması, habelə həvəsləndirici mükafatların təqdim olunması ilə davam edib.
Mükafat alanlar arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Mübariz Abdullayev də var.
Daha sonra konfransda ƏƏSMN və KİV arasında qarşılıqlı əməkdaşlığa dair fikir mübadilələri aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

