/ / Şəmkirdə Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin ildönümü münasibətilə tədbir keçirilib
Şəmkirdə Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin ildönümü münasibətilə tədbir keçirilib
03.07.2014 [10:09]
14 iyul 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin ildönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilib. Tədbiri Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov açaraq bildirib ki, Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyətini, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları qiymətləndirmək üçün öncə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədərki vəziyyətə nəzər salmaq lazımdır. Onda Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinin nə qədər böyük və misilsiz olduğunu daha yaxşı dərk edərik: “Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Müstəqil Azərbaycanın Konstitusiyası Heydər Əliyevin şah əsəri olaraq Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının müəyyənləşdiricisidir. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplər Ulu öndər Heydər Əliyev tərəfindən yaradılıbdır”.
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, 1969-cu - ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə həm SSRİ məkanında, həm də Azərbaycanda sosial, iqtisadi, siyasi, mədəni və ictimai həyata nəzər salsaq, Azərbaycanın ittifaq miqyasında digər respublikalardan geri qaldığını görərik: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, milli vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı”.
Daha sonra çıxış edən Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə, rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski və digərləri Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı böyük xidmətlərini vurğulayaraq qeyd ediblər ki, əsası Ümummilli liderimiz tərəfindən qoyulan siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilib, ölkəmizin nailiyyətləri durmadan artır, bu siyasi kurs sayəsində ölkəmiz yüksək səviyyədə inkişaf edir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

