/ / “Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində tədris prosesinə cəlb olunublar
“Halliburton” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində tədris prosesinə cəlb olunublar
22.11.2014 [11:44]
“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri Rəndi Gilçristin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Qonaqları salamlayan rektor Elmar Qasımov Azərbaycanın ən görkəmli alimlərinin xarici şirkətlərdə çalışaraq ölkəmizi yüksək səviyyədə təmsil etdiyini, onların nəinki istehsalatda fəaliyyət göstərməklə, həmçinin elmi fəaliyyətlə məşğul olaraq, ölkədə gənc mühəndislərin yetişməsi üçün tədris prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb. O, “Halliburton” şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin mühəndislərini BANM-də elmi fəaliyyətə başlamağa və ali məktəbin tədris prosesinə qoşulmağa dəvət edib.
E.Qasımov aprel ayından başlanılan ikitərəfli əməkdaşlığın gedişatından razılığını bildirərək, BANM-in seçilmiş tələbələrinin yay təcrübəsini “Halliburton” şirkətində keçmələrinin məhsuldar olduğunu qeyd edib. “Halliburton” şirkətinin nümayəndələrinə - ölkə üzrə meneceri Rəndi Gilçrista, qazmada biznesin inkişafı üzrə meneceri Səlahəddin Əyyubova, maili qazma üzrə koordinator Teymur Əliyevə, Azərbaycan və Gürcüstanda biznesin inkişafı üzrə menecer Rəvan Rəvanova BANM-in yeni tikilən Qafqazın ən böyük kampusu haqqında ətraflı məlumat verilib və bu kampusun gələn tədris ilinin əvvəlində istifadəyə veriləcəyi bildirilib.
Öz növbəsində Rəndi Gilçrist nümayəndə heyətinin adından BANM-in rəhbərliyinə uğurlu əməkdaşlığın həyata keçirilməsinə görə təşəkkür edib, tələbələrin praktiki bilikləri ilə yanaşı, nəzəri biliklərinin səviyyəsini daim yüksəltmək məqsədilə şirkətin mütəxəssislərinin BANM-də tədris prosesinə cəlb olunmasını müsbət dəyərləndirib və bu istiqamətdə lazımi dəstək verəcəyini təsdiqləyib.
Daha sonra BANM-in rəhbərliyi, professor-müəllim heyəti və “Halliburton” şirkətinin nümayəndə heyəti arasında tələbələrin şirkətdə növbəti təcrübəyə göndərilməsinə, əməkdaşlığın dərinləşməsinə, şirkətin mütəxəssislərinin yaxında BANM-in təlim-tədris sisteminə qoşulmalarına, həmçinin, “Haliburton” şirkətinin ali məktəbdə çoxfunksional mərkəzinin yaradılmasına və “Halliburton günü” adlı tədbirin təşkil olunmasına dair müzakirələr aparılıb.
“Halliburton” şirkətinin nümayəndələri tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb və onların arasında ən bacarıqlı tələbələrin növbəti təcrübədə iştirak etmək üçün seçiləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

