Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlər Vətənə sədaqət andı içiblər
18.08.2015 [10:06]
Müdafiə Nazirliyinin tabeliyində olan Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər. Mərasimdə əvvəlcə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, hərbi orkestr və şəxsi heyətin ifasında Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib.
Hərbi orktestrin ifasında səsləndirilən marş sədalarından sonra əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı içiblər. Tədbirdə çıxış edən “N” saylı korpus komandiri, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun gənc əsgərlərə ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda qeyd olunurdu ki, bu gün hərbi andı qəbul etmiş gənc əsgərlərin həyatında ən əlamətdar bir gündür. Belə ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilmiş müstəqil respublikamızın Silahlı Qüvvələrində vətənə xidmət etməkdən şərəfli heç nə ola bilməz. Yalnız Vətəni sevməklə onu qorumaq mümkün deyil, bunun üçün peşəkarlıq da tələb olunur. Gənc əsgərlərin peşəkar hərbi qulluqçu kimi formalaşması üçün ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Silahlı Qüvvələrimizdə hər cür şərait yaradılıb. Hər bir zabit, gizir və əsgər heyəti dövlətimiz qarşısında öz məsuliyyətini dərk edir, qarşıya qoyulan tapşırıqları keyfiyyətlə yerinə yetirir. Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən Azərbaycanın müdafiə qüdrətinin artırılmasında böyük uğurlar qazanılıb. “Hərbi andı qəbul edən gənc əsgərlərə cansağlığı, təlimlərdə, eyni zamanda, döyüş hazırlıqlarının artırılmasında uğurlar arzulayıram. Əminəm ki, siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarıqlarınızı, eləcə də, ata-babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal edilmiş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsınız”, - deyə müdafiə naziri gənc əsgərlərə ünvanladığı məktubunda vurğulayıb.
Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, əsgər valideynləri və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.
Tədbir əsgər birliklərinin ifasında hərbi texnikanın sirlərinə necə yiyələnmələri, hərbi hazırlıq səviyyələrinə dair nümunəvi çıxışlarla davam etdirilib. Hərbi andı qəbul etmiş gənc əsgərlərin hərbi paradı ilə tədbirin rəsmi hissəsi bağlı elan olunub. Sonra əsgərlərin valideynləri ilə görüşləri təşkil olunub, həmçinin, valideynlər əsgərlər üçün hərbi hissədə yaradılmış şəraitlə tanış olublar.
Səlim LOĞMANOĞLU
Bakı-Gəncə
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

