/ / “ADA” Universitetində Biznesin İdarə edilməsi proqramı üzrə ilk məzunlara diplomlar təqdim edilib
“ADA” Universitetində Biznesin İdarə edilməsi proqramı üzrə ilk məzunlara diplomlar təqdim edilib
05.09.2015 [11:18]
“ADA” Universitetində bu ali məktəbin Niderland Krallığının nüfuzlu Maastrixt Menecment Məktəbi ilə birgə təsis etdiyi Executive MBA (Biznesin İdarə edilməsi) proqramı üzrə ilk məzunlara diplomlar təqdim edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, məzun günü Masstrixt Menecment Məktəbində keçirilib. Diplom alan 144 tələbə arasında 21 azərbaycanlı gənc də olub.
Niderland Senatının üzvü, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van Der Lindenin təşəbbüsü ilə “ADA” Universiteti ilə Maastrixt Menecment Məktəbinin birgə təsis etdiyi Executive MBA proqramı dörd il iş təcrübəsi olan peşəkarlar üçün yaradılıb. Məzunlara həm “ADA” Universiteti, həm də Masstrixt Menecment Məktəbinin diplomları təqdim edilib. Beynəlxalq standartlara uyğun, müasir bilik və bacarıqlar verən bu tədris proqramı üzrə təhsil haqqının bir hissəsi Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində maliyyələşdirilir.
Məzun günündə çıxış edən rektor, səfir Hafiz Paşayev Maastrixt Menecment Məktəbindəki tərəfdaşlara proqramın yüksək səviyyəli tərtibi və uğurla həyata keçirilməsinə görə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, iqtisadiyyatı gündən-günə inkişaf edən müasir müstəqil Azərbaycan Respublikasının zamanın tələblərinə cavab verən təhsil almış dinamik biznes idarəçiləri və liderlərinə ehtiyacı var. O, ilk məzunlara gələcək biznes fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb, onların həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğur əldə edəcəklərinə əminliyini bildirib.
Maastrixt Menecment Məktəbinin Qəyyumlar Şurasının sədri, senator Rene Van Der Linden məzunlar arasında ilk dəfə Azərbaycan ilə birgə proqramın məzunlarını görməkdən məmnunluğunu ifadə edib. Van Der Linden “ADA” Universiteti ilə uğurlu tərəfdaşlığı genişləndirərək gələcəkdə yeni birgə tədris proqramlarının yaradılacağına da ümidvar olduğunu bildirib.
Rektor Hafiz Paşayev Avropaya işgüzar səfəri çərçivəsində, həmçinin bir sıra ali təhsil ocaqlarının, o cümlədən, Ahen Texnologiya Universiteti, Masstrixt Universiteti, Belçikanın Limburq bölgəsinin qubernatoru Herman Reynders, Hollandiyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşərək “ADA” Universiteti ilə yeni tərəfdaşlıq münasibətlərinin qurulmasını müzakirə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46

