“Azercell” ilə BDU arasında əməkdaşlıq memorandumu imzalanıb
22.10.2015 [10:30]
Ölkənin lider mobil operatoru “Azercell Telekom”un “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni maraqlı layihələr həyata keçirməkdə davam edir. Ötən gün isə “Barama” mərkəzi ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu məqsədlə təşkil olunan mərasimdə çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, bu yeni əməkdaşlıq BDU-nun tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına və gələcəkdə uğurlu biznes qurmasına dəstək olaraq, “Barama” mərkəzində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Fəaliyyət göstərdiyi 19 il ərzində “Azercell Telekom” MMC-nin Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verdiyini diqqətə çatdıran şirkətin prezidenti, daha sonra, “Azercell”in bu istiqamətdə fəaliyyətini bu gün də uğurla davam etdirdiyini vurğulayıb.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov isə, öz növbəsində, imzalanan memorandumun Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verəcəyinə və tələbələrin “Azercell” və “Barama” təcrübəsindən faydalanacağına inandığını bildirib.
Qeyd olunub ki, 2009-cu ildən fəaliyyətə başlayan “Barama” mərkəzi ölkəmizdə yerli start-upların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji biliklərin, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və qeyri-hökumət təşkilatları ilə də əməkdaşlıq edir. Xatırladaq ki, bir müddət öncə ölkənin ən iri banklarından biri olan “PAŞA Bank” da “Barama” mərkəzi çərçivəsində ölkədə gənc sahibkarlara dəstək olmaq üçün “Azercell” ilə əməkdaşlıq etməyə başlayıb.
Şirkətdən verilən məlumatda, həmçinin qeyd olunur ki, fəaliyyətdə olduğu müddət ərzində ölkədə peşəkar jurnalist kadrlarının inkişaf etdirilməsinə öz töhfəsini vermiş Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” ötən ilin mayında BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün peşə təlimi təşkil edib. Təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq miqyaslı jurnalist Den Meyson iştirak edib. Qeyd etmək yerinə düşərdi ki, “Azercell” ilə Azərbaycanın ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. “Azercell Telekom” öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz “Azercell”dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.
Məlumatda qeyd olunur ki, təhsilə və gənclərə yardım etmək bundan sonra da “Azercell”in prioritet fəaliyyət sahəsi olacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

