/ / İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub
İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub
24.10.2015 [11:42]
Azərbaycanda səfərdə olan İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 23-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün salınmış məhəllədə olub.
AZƏRTAC xəbər verir ki, məcburi köçkünlər üçün yaradılan şəraitlə yerində tanış olmaq məqsədilə buraya gələn nümayəndə heyətini ərazidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Abşeron və Zəngilan rayon icra hakimiyyətlərinin başçıları İradə Gülməmmədova və Ramiz Həsənov qarşılayıblar.
Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemi ilə yaxından maraqlandığına görə indoneziyalı qonaqlara təşəkkürünü bildirən Gəray Fərhadov bildirib ki, Bakıda və Bakıətrafı ərazilərdə, respublikamızın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturları ilə birlikdə müasir qəsəbə və məhəllələr salınıb, daha ağır şəraitdə yaşayan minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Hələ də məcburi köçkünlərin müəyyən qisminin yataqxanalarda, tikintisi yarımçıq qalmış obyektlərdə ağır şəraitdə yaşadığını xatırladan komitə sədrinin müavini deyib ki, dövlətimiz tərəfindən onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir. Bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşdırılıb. Torpaqlar azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıdacaqlar.
Sonra qonaqlar ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə, həmin məktəbdə olan 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 2 saylı seçki məntəqəsinin iş prosesi ilə tanış olublar. Məktəblilərin ingilis dilində İndoneziya ilə bağlı verdikləri ətraflı məlumatlar nümayəndə heyətinin marağına səbəb olub. Qonaqlar, həmçinin məhəllədəki 280 yerlik uşaq bağçası, burada tərbiyə alan uşaqların əl işləri ilə tanış olub, körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləyiblər.
İndoneziyalı qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də tanış olublar. Zəngilandan məcburi köçkün Ərşad Priyevin mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.
Sonra indoneziyalı qonaqlar Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə tanış olublar. Zəngilan rayonundan məcburi köçkün Alı Əliyevin mənzilində söhbət zamanı bildirilib ki, bu ərazidəki yataqxanalar kompleksində 1300-dən çox məcburi köçkün ailəsi məskunlaşıb.
Görüşlərdə Nur Xolis Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarının zəruriliyini bildirib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

