Azərbaycan tələbə könüllülərinin birinci forumu keçirilib
15.12.2015 [10:26]
Dekabrın 14-də Azərbaycan tələbə könüllülərinin birinci forumu keçirilib. Forum könüllük hərəkatının inkişafı, bu sahədə cəmiyyətin maarifləndirilməsi və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması məqsədilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, eləcə də 16 universitetdən 400-dək tələbə iştirak edib.
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, tələbə könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında müsbət rol oynayacaq. Qeyd olunub ki, gələn ilin iyun ayında Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təşkilində də tələbələr xüsusi fəallıq göstərəcəklər. M.Cabbarov, həmçinin “Bakı-2015” ilk Avropa Oyunları zamanı Təhsil Nazirliyinin tabeliyində olan qurumlardan 10 mindən çox könüllünün cəlb olunduğunu xatırladıb.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu gün gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən biridir. Gənclərimiz Vətəni qoruyur, eyni zamanda, ölkəmizi beynəlxalq idman və elm yarışlarında təmsil edirlər. Artıq ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb. Yüzlərlə gənc bu sıralara qoşulmağa can atır.
Bu gün Azərbaycan gənclərinin azad, demokratik və müstəqil bir dövlətdə yaşadıqlarını vurğulayan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tələbələrə müraciətlə deyib: “Hər bir Azərbaycan ailəsində milli dəyərlərə, İslam ənənələrinə möhkəm bağlılıq var. Siz xoşbəxtsiniz ki, müstəqil, demokratik ölkənin vətəndaşlarısınız. Eyni zamanda, bizim qarşımızda həllini gözləyən mühüm bir problem də var. Bu, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır. Elə bir azərbaycanlı olmaz ki, Qarabağ onun qəlbində yaşamasın. İnanıram ki, bu problem siz gənclərin yaxından iştirakı ilə həllini tapacaq. Vaxt gələcək, belə toplantılar Şuşada təşkil olunacaq”.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili BMT-nin Azərbaycanda könüllülük hərəkatına fəal dəstək verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat hər bir ölkədə olan yaxşı nümunələri digər dövlətlərdə geniş təbliğ edir. Bu mənada Azərbaycanda yalnız gənclərə deyil, ümumilikdə könüllülük hərəkatına göstərilən dəstək başqalarına da nümunə ola bilər.
Daha sonra forumda “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı olub. Məlumat verilib ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən on ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə cəlb olunacaq, onlara “Əsl tələbə həyatı” modelinə uyğun altı müxtəlif istiqaməti özündə birləşdirən layihə təqdim ediləcək.
Forumda tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan könüllüləri: “Dünən, bu gün və sabah” videoçarxı təqdim olunub.
Tədbir tələbələrin ifasında səslənən “Tələbə” mahnısının sədaları altında yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

