Multikulturalizm Azərbaycanda dövlət siyasəti, xalqımızın həyat tərzidir
23.01.2016 [10:59]
Tarixdə ilk dəfə olaraq dini məzhəblərin nümayəndələrinin Heydər məscidində birgə namaz qılmaları bunu bir daha isbatladı
Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada meydana gəlsə də, son illərdə “köhnə qitə”də cərəyan edən hadisələr onu sübut etdi ki, avropalılar artıq dövriyyəyə buraxdıqları bu ideyalardan imtina etməkdədirlər. Lakin avropalılardan fərqli olaraq, Azərbaycanda yürüdülən dövlət siyasəti onu təsdiqləyir ki, multikulturalizm artıq cəmiyyətimizin əxlaq kodeksinə, xalqımızın həyat tərzinə çevrilib. Yanvarın 15-də günü tarixdə ilk dəfə olaraq, sünni və şiə məzhəblərinin nümayəndələrinin paytaxtın Heydər məscidində bir araya gələrək, birgə cümə namazı qılmaları da bunu bir daha isbatladı.
Məlum olduğu kimi, bu gün dünyada İslamla bağlı yanlış fikirlər yayılmaqdadır. Hətta bu yanlış fikirlər o həddə çatıb ki, İslamı terrorçu, zorakı bir din kimi qələmə verirlər. Azərbaycan isə hər zaman belə fikirlərin qəti əleyhinə olub. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman çıxışlarında xüsusi olaraq vurğulayıb ki, İslam sülh, bərabərlik dinidir, onun terrorizmlə heç bir əlaqəsi yoxdur. Elə paytaxtın Heydər məscidində sünni və şiə məzhəblərinin nümayəndələrinin birgə cümə namazı qılmaları da dövlət başçısının dediklərini əyani olaraq təsdiqlədi, eyni zamanda, Azərbaycanı dünyaya multikulturalizm məkanı kimi bir daha tanıtmış oldu. Çünki min ildən artıq idi ki, İslam dünyasının iki böyük məzhəbinin - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirdilər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almamışdı.
Beləliklə, məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunan “Multikulturalizm ili” çərçivəsində, bu, mümkün oldu və məzhəbindən asılı olmayaraq paytaxt müsəlmanları həmin gün vəhdət namazında bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar etdilər. Bu, Azərbaycanın tolerantlıq mərkəzi olduğunu bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin Qərb dünyası üçün də bir örnək model olduğunu isbatladı.
Ekspertlər belə hesab edirlər ki, vəhdət namazının məhz Heydər məscidində qılınmasının böyük rəmzi mənası var. Belə ki, bu möhtəşəm məscid dövlət vəsaiti hesabına inşa olunub və idarəçiliyi də dövlət tərəfindən həyata keçirilir. Yəni, vəhdət namazının bu məsciddə qılınmasının özü də Azərbaycan dövlətinin, onun Prezidenti İlham Əliyevin İslama, milli-mənəvi dəyərlərə, adət-ənənələrə dərin hörmət və ehtiramla yanaşmasının bir nümunəsidir.
Yeri gəlmişkən, xatırladaq ki, indiyədək bu məsciddə hər gün olduğu kimi, cümə namazları da növbəli şəkildə - bir həftə əhli-sünnə imamının, növbəti həftə isə əhli-şiə imamının rəhbərliyi ilə keçirilirdi. Vəhdət namazından sonra əminliklə söyləmək olar ki, Heydər məscidindəki bu təcrübə nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoymuş oldu.
Yeri gəlmişkən, Heydər məscidinin dini rəhbəri Hacı Sabir KİV-ə müsahibəsində qeyd edib ki, Azərbaycan bu təcrübəsi ilə dünyaya öz tolerantlıq modelini nümayiş etdirmiş oldu: “Vəhdət namazı ən sevimli namazdır, Uca Tanrı qarşısında ən qəbula yetən namazlardan biridir. Çünki Allah-Təala “Qurani-Kərim”də bizi bir olmağa, təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən İslamın daxilində müxtəlif məzhəblərin də olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə ki, çox təqdirəlayiqdir. Hər iki məzhəbin bir məsciddə, bir səfdə dayanaraq namaz qılması çox böyük göstəricidir”.
Ekspertlərin fikrincə, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər məscidində vəhdət namazının qılınması dünyaya bir sülh mesajı idi. Və bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verildi. Məğzi isə ondan ibarət idi ki, məzhəbindən asılı olmayaraq müsəlmanlar qardaş-bacı kimi bir yerdə, bir məsciddə namaz qılırlar. Çünki bütün müsəlmanların bir Allahı, bir “Quran”ı və bir Peyğəmbəri var.
Elə vəhdət namazında iştirak edənlər də KİV-ə müsahibələrində bu tarixi hadisənin ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Məsələn, Heydər məscidinin imamı Hafiz Abbasov deyib ki, indiyədək burada əhli-sünnə üzrə aparılan namazlara rəhbərlik edib. Bundan sonra isə məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlarla birlikdə dini ayinləri icra edəcəklər: “Bildiyimiz kimi, Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. Biz də burada qıldığımız vəhdət namazları ilə bu ilə öz töhfəmizi vermiş oluruq”.
Məscidin şiə icması üzrə axundu Rüfət Qarayev də həmkarının fikirlərinə şərik olduğunu vurğulayıb.
“Mən burada sünnə namazı qılmağıma baxmayaraq, ətrafımda şiə namazı qılanlara da böyük hörmətlə yanaşıram”, - bunu isə məscidə namaz qılmağa gələn Ruslan Qurbanov deyib.
Elə Rauf İsgəndərov da eyni fikirləri bölüşüb: “Cümə günü bizim üçün sevincli gündür. Həm də ona görə sevincli gündür ki, sünni və şiə qardaşlarımız bir yerdə namaz qılırlar”.
Yeri gəlmişkən xatırladaq ki, Heydər məscidində şiələrlə sünnilərin hər gün olduğu kimi, müqəddəs gün hesab olunan cümə günlərində bir araya gələrək vəhdət namazı qılmaları təşəbbüsü Ulu öndərin vəfatının ildönümündən başlayıb və artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davamlı hal alıb. Dünyada sünni-şiə məsələsinin qabardığı, daha doğrusu, süni şəkildə qabardıldığı bir zamanda həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir. Heydər məscidində vəhdət namazının artıq ənənə halını alması isə onu göstərir ki, “Multikulturalizm ili”ndə də ölkəmizdə bu sahədə uğurlu tədbirlər həyata keçiriləcək. Azərbaycanın multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da artacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

