Son iki il ərzində 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub
09.02.2016 [09:44]
Bəhs edilən müddətdə Dövlət Proqramı çərçivəsində “Azərsu” ASC tərəfindən regionlarda 1380 km magistral və şəbəkə su xətləri, 490 km kanalizasiya kollektoru və şəbəkə xətləri, 2 sutəmizləyici qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya nasos stansiyası tikilib
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Hesabat dövründə Səhmdar Cəmiyyətin sifarişi ilə 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub ki, bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılır
Məlumatda deyilir ki, dövlət büdcəsindən maliyyələşdirilən layihə çərçivəsində Quba şəhərində su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulub, şəhər 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli, Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılıb. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.
Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu tikilərək istismara verilib, şəhərdaxili su təchizatı sistemlərinin 85 faizinin inşası başa çatıb. Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə sakinlər 24 saat keyfiyyətli içməli su ilə təmin olunurlar. Təmizləyici qurğudan Yevlax şəhərinə çəkiləcək magistral kəmərin tikintisi üzrə layihə-smeta sənədləri hazırlanır. Mingəçevir şəhərində tullantı sularının idarə olunması məqsədi ilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib və bununla da Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Xanbulançay dəryaçasının yaxınlığında sutkalıq məhsuldarlığı 30 min kubmetr olan təmizləyici qurğuda işlər tam yekunlaşıb, Lənkəran şəhərinə və ətraf kəndlərə içməli suyun verilməsi təmin edilib. Yeni qurğudan Astara şəhəri və 27 kəndin su təchizatına hesablanmış magistral kəmərin inşası 2016-cı ildə başa çatdırılacaq.
Şəmkir şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Şəmkirçay anbarından 16,5 km uzunluğunda magistral su kəməri qısa müddətdə tikilərək istismara verilib.
Beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırılan layihə üzrə işlər davam etdirilib
2014-2015-ci illərdə Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırdığı su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsi üzrə işlər intensiv qaydada davam etdirilib. Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Göyçay şəhərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri tam başa çatdırılıb və 2015-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Beyləqan şəhərində yeni su mənbəyi yaradılıb, şəhərdaxili su şəbəkəsinin 85 faizi yenidən qurulub və yeni şəbəkə ilə istehlakçılara suyun verilməsi təmin olunub. Bu layihə üzrə Ağdaş və Beyləqan şəhərlərində içməli su şəbəkəsinin tikintisi cari ildə başa çatdırılacaq. “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə 2016-cı ildə başlanılacaq.
Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Gəncə şəhərinin əsas su mənbələri olan Göygöl və Qızılqayada suqəbuledici qurğuların və magistral kəmərlərin inşası yekunlaşıb, şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin bir hissəsində paylayıcı şəbəkə yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. 2016-cı ildə Gəncə şəhərinin digər hissəsində və Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılacaq.
Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində 62 km uzunluğunda Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral kəmərinin inşası başa çatdırılıb. 2014-cü ilin dekabr ayında Sabirabad şəhərinə, 2015-ci ilin əvvəlində isə Saatlı sakinlərinə suyun verilməsi təmin edilib. Gələcəkdə magistral kəmərin marşrutu boyu yerləşən 50 kəndin su təchizatı da öz həllini tapacaq. Dünya Bankı ilə birgə reallaşdırılan layihə üzrə Şamaxı və Qəbələ şəhərlərində də işlər davam etdirilib, Şamaxıda su təchizatı sistemlərinin 96, kanalizasiya şəbəkəsinin 87 faizi tikilib. Qəbələ şəhərində su mənbəyində işlər yekunlaşıb, şəhərdaxili şəbəkənin tikintisi davam etdirilib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunmuş kreditlər hesabına Naftalan şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurularaq istismara verilib. Bu layihə çərçivəsində Qusar şəhərində işlərin 80 faizindən çoxu icra edilib və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır. Eyni zamanda, Xaçmaz şəhərinin su mənbəyində yenidənqurma işləri yekunlaşıb, şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Qobustan şəhərində işlərə 2015-ci ildə başlanıb, Xızı şəhərində isə şəbəkənin yaradılmasına cari ildə başlanılması nəzərdə tutulub.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası dövründə İslam İnkişaf Bankı ilə birgə reallaşdırılan “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrasına başlanılıb. Hazırda Gədəbəy, Astara, Tərtər, Daşkəsən şəhərlərində tikinti işləri davam etdirilir. 2016-cı ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisinin başa çatdırılması, Qazax şəhərində isə yeni layihənin icrasına başlanılması nəzərdə tutulur.
Şəhərlərlə yanaşı, içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə də həlli vacib layihələr icra edilib
Son illərin ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin istismara verilməsi regionların da içməli su təminatının yaxşılaşmasına öz töhfəsini verib. Belə ki, bu kompleks istismara verildikdən sonra Kür sutəmizləyici qurğularından Bakıya ötürülən suyun daha çox hissəsinin regionların təminatına yönəldilməsinə şərait yaranıb. İndiyə qədər Şirvan-Muğan qrup su kəməri ilə Şirvan şəhərinin yalnız bir hissəsinə su verilirdisə, hazırda şəhərin əksər hissəsi bu mənbədən qidalanır. Yaxın günlərdə şəhərin təminatı tamamilə Kür mənbəyindən olacaq ki, bununla da 1950-ci illərdə istismara verilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş Şirvan sutəmizləyici qurğusunun fəaliyyəti tam dayandırılacaq.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar şəhərlərlə yanaşı, içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə də həlli vacib layihələr icra edilib. Ötən 2 ildə düşmən mövqeləri ilə üzbəüz kəndlər də daxil olmaqla, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Tovuz, Şəmkir, Şəki, Zaqatala, Balakən, Quba, Qusar, Göyçay, Ucar, Kürdəmir, Saatlı, Lənkəran, Yardımlı rayonlarının 51 yaşayış məntəqəsində 120 min nəfərin içməli su problemi öz həllini tapıb.
Ölkə üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 65 faizə yüksəlib
Ümumilikdə, Dövlət Proqramı çərçivəsində “Azərsu” ASC tərəfindən regionlarda 2014-2015-ci illərdə 1380 km magistral və şəbəkə su xətləri, 490 km kanalizasiya kollektoru və şəbəkə xətləri, 2 sutəmizləyici qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, 16 subartezian quyusu qazılıb, 61 min ədəd smart tipli sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 226 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, rayon mərkəzlərində fasiləsiz su ilə təmin olunanların sayı 625 minə çatdırılıb. Bununla da bölgələr üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 41,2 faizə, ölkə üzrə isə 64,5 faizə yüksəlib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

