Şanlı ordumuzun şücaətləri ilə qürur duyuruq
08.04.2016 [09:38]
Bu fikir ordumuza dəstək məqsədilə AHİK-də keçirilən tədbirdə səsləndirilib
Mövqeyindən asılı olmayaraq hər bir ictimai təşkilat ordumuza dəstək verməlidir. Cəbhədə şəhid olan və yaralanan hər bir əsgər ailəsinə mənəvi və maddi yardım göstərilməlidir. Biz də öz imkanımız daxilində kömək göstərməyə hazırıq.
Bu fikirlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) işğalçı erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin xatirəsini yad etmək və ordumuza dəstək olmaq məqsədilə keçirilən tədbirdə səsləndirilib.
Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son günlər cəbhə bölgəsində yaşanan vəziyyətlə əlaqədar ətraflı məlumat verib. O bildirib ki, mənfur qonşularımız Azərbaycanın kəndlərini, yaşayış məntəqələrini irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə zərbələr endirirdilər. Son bir neçə gündə onlar daha da azğınlaşmışdılar. Ordumuz isə bu hücumlara qarşı əks tədbirlər görərək onların strateji mövqelərini darmadağın edib. Əlbəttə, döyüşlər nəticəsində hər iki tərəfdən çoxlu sayda insan itkisi var. Lakin Ermənistan ordusunun verdiyi tələfat daha çoxdur. Düşmənin istehkamları, tankları, hərbi texnikaları darmadağın edilib. Şanlı ordumuzun əsgərləri onlara layiqli cavab veriblər. Onlar öz şücaətləri ilə Azərbaycan ordusunun nəyə qadir olduğunu azğın düşmənə göstərdilər. Hər zaman danışıqlar prosesindən qaçan ermənilər indi yalvarırlar ki, gəlin atəşkəs elan edək, münaqişəni dinc yolla həll edək.
Azərbaycan ordusunun cəbhə zonasında bir sıra yüksəklikləri ələ keçirdiyini qeyd edən AHİK sədri vurğulayıb ki, bu yüksəkliklər vasitəsilə Dağlıq Qarabağın istənilən nöqtəsinə zərbələr endirmək mümkündür. Həmçinin bu, həmin mövqelərdir ki, erməni silahlıları buradan bizim mülki obyektlərimizi, kəndlərimizi, əhalini, hərbi birləşmələrimizi ardıcıl olaraq atəşə tuturdular. İndi həmin yüksəkliklərə Azərbaycan hərbçiləri nəzarət edəcəklər. Azərbaycan ordusu möhkəmlənib, çox güclüdür, qüdrətlidir. Bunu artıq Ermənistan hərbçiləri də etiraf edirlər. Ermənistan rəhbərliyi verdikləri itkiləri öz əhalisindən gizlədir, bunu tədricən açıqlayır.
Ordumuzun döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Prezident, Ali Baş Komandan İlham Əliyev yaralı əsgərlərimizi ziyarət edərkən onlar ölkə başçısına bir daha bildiriblər ki, sağalan kimi cəbhə xəttinə qayıdaraq Vətənin keşiyində durmağa hazırdırlar. Bu, bizim insanlarımızın mübarizliyindən xəbər verir. Cəbhədə döyüşlər getdiyi ərəfədə minlərlə gənc könüllü kimi orduya getmək istədiyini bildirib. Xalqımız tərəfindən müxtəlif dəstək aksiyaları keçirildi. Eyni zamanda, ölkəmizə beynəlxalq birlik tərəfindən də dəstək nümayiş olundu. Xaricdə yaşayan soydaşlarımız müxtəlif tipli aksiyalar təşkil etdilər. Bunların hamısı dövlətimizin apardığı uğurlu xarici və daxili siyasətin nəticəsidir. Ordu quruculuğuna, müasir silah-sursat və texnikanın alınmasına sərf edilən vəsait öz bəhrəsini verdi.
Məlumdur ki, AHİK Qarabağ döyüşçülərinə, əlillərinə, şəhid ailələrinə həmişə diqqət və qayğı göstərib. Bu, bizim müqəddəs borcumuzdur. Onlar bizim ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak ediblər, canlarını sipər ediblər, sağlamlıqlarını itiriblər. Həm bayramlar ərəfəsində, həm də edilən müraciətə əsasən onlara lazımi kömək göstərilir. Bu, düzgün qərardır. AHİK şəhid olanların və yaralananların ailələrinə hər cür kömək göstərməyə hazırdır. S.Mehbalıyev deyib: “Bizim tərəfimizdən qərar hazırlanıb və vəsait ayrılması nəzərdə tutulub. Həm AHİK-in üzv təşkilatları, həm də sahə təşkilatlarımız mərasimlərdə iştirak edəcək, lazımi yardımlar göstərəcəklər”.
Tədbirdə bir daha qeyd edilib ki, Ermənistan rəhbərliyi Azərbaycan ordusunun gücünü gördükdən sonra danışıqların aparılmasına razılıq verib. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin məsələ sülh yolu ilə həllini tapmasa, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edəcək. Biz hamımız buna inanırıq.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

