Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDU-nun rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasında iştirak edib

BDU-nun rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasında iştirak edib

14.04.2016 [10:08]

Aprelin 12-də Rusiya Federasiyasının paytaxtında - M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avropa və Asiyanın 11 ölkəsini əhatə edən Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, dövlət rəsmiləri və Assosiasiyaya üzv universitetlərin rektorları iştirak ediblər.
İclasda Azərbaycanı Bakı Dövlət Universitetinin (BDU) rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıb. O, AUA-ya üzv universitetlər arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkə universitetləri ilə münasibətlərin inkişaf etdirilməsindən danışıb.
Plenar iclasda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Assosiasiyanın ilk üzvlərindən olan Bakı Dövlət Universiteti tərəfindən əməkdaşlığın yeni formalarının yaradılması, qorunması və möhkəmləndirilməsi istiqamətində cari dövrdə görülən işlərdən söz açıb. Bu fəaliyyətlər çərçivəsində Yesentuki şəhərində Bakı Dövlət Universitetinin ilk rektoru Vasili Razumovskinin barelyefinin açılması, Bakı Dövlət və Moskva Dövlət universitetlərinin laboratoriyalarında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin uğurlu nəticələri, Dubnadakı Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq, ortaq layıhə və proqramlar, digər məsələlərdən danışıb.
Şuranın iclasında Avrasiya Universitetlər Assosiasiyası XIII Qurultayının qərarına əsasən AUA-nın fəaliyyətinin perspektiv məsələləri, eyni zamanda universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin dərinləşməsi istiqamətində müzakirələr aparılıb. Şuranın qərarlarından biri də Avrasiya Şəbəkə Universitetinin yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanması olub. İclasda, həmçinin Assosiasiyaya üzv universitetlərin rəqabətliliyinin, nüfuzunun artırılması, dünyada tanıdılması məqsədilə reytinqini müəyyənləşdirmək üçün işçi qrupunun yaradılması qərara alınıb.
Qeyd edək ki, akademik A.Məhərrəmov iclas çərçivəsində “Lomonosov” Beynəlxalq Gənclər Forumunun açılışında iştirak edib.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31