ATMU-da “Erməni yalanları” adlı tədbir keçirilib
15.04.2016 [10:03]
Tədbirdə Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən xalqımızın bütün istiqamətlərdə mənfur ermənilərə qarşı qətiyyətli mübarizə apardığı bir daha qeyd edilib
Dünən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) müəllim-tələbə heyətinin iştirakı ilə “Erməni yalanları” adlı tədbir keçirilib. Universitetin Biznes idarəçiliyi fakültəsinin Marketinq kafedrasının təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən Universitetin rektoru Cəfər Cəfərov son 20 ildən artıq dövrdə torpaqlarımızın 20 faizdən çoxunu işğal etmiş ermənilərin ölkəmizə və xalqımıza qarşı təcavüzkar siyasət apardığını bildirib. Arxada qoyduğumuz iki əsrdə ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddialarına toxunan C.Cəfərov bildirib ki, bununla yanaşı, mənfur düşmənlərimiz tarixi saxtalaşdırmaqla özlərini bu regionun aborigen əhalisi kimi qələmə verməyə çalışır, Azərbaycanın qədim mədəni-tarixi abidələrini öz adlarına çıxırlar. Erməni yalanlarının ifşası istiqamətində mühüm tədbirlərin keçirilməsini, tədqiqatların aparılmasını zəruri sayan rektor onu da qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti öz tarixinə və keçmişinə, mədəniyyətinə sahib çıxır.
Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu ermənilərin hər zaman ərazilərimizə, tariximizə və mədəniyyətimizə qarşı iddialar səsləndirdiyini, özlərini bu regionda tarixən yaşamış xalq qismində qələmə vermək üçün min bir yalana əl atdıqlarını bildirib. Millət vəkili qeyd edib ki, ermənilərin bu regionda yerləşdirilməsi ilə bağlı XIX əsrdə bir sıra planlar mövcud olub. Çar Rusiyası ilk olaraq erməniləri Xorasan vilayətində yerləşdirmək istəyib: “Bunda məqsəd erməniləri strateji əhəmiyyətə malik olan bir ərazidə yerləşdirməklə o dövrün əsas ticarət yollarının paylama məntəqəsi sayılan bir regionu nəzarət altında saxlamaq idi. Amma bu ideya reallaşmadı. Daha sonra erməniləri indiki İran Astarası ərazisində yerləşdirmək niyyətinə düşdülər. Burada bir xüsusi məqama toxunmaq lazımdır ki, bu yerləşdirmədə əsas məqsəd erməniləri həmin regionun aborigen xalqı kimi qələmə verməyə çalışmaq idi. Bu mənada qədim xristian qıpçaq-türk abidələrinin yerləşdiyi Naxçıvan-Zəngəzur, Qərbi Azərbaycan regionu daha münasib idi. Vurğulamaq lazımdır ki, hələ İslam dini ölkəmizin ərazisində təşəkkül tapmadığı dövrdə, yəni VII əsrdən öncə bu regionda xristianlıq mövcud olub və burada yaşayan əcdadlarımız xristian keçmişə malik olublar. Beləliklə, bu regiona yerləşdirilən “hay” tayfaları qədim qıpçaq mənşəli “ərmən” türklərinin əsrlər boyunca mövcud olmuş dini-tarixi abidələrini mənimsəyərək onları Qriqoryan kilsəsinə birləşdirdi. Çar Rusiyasının Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılması ilə bağlı məlum qərarından sonra ermənilər daha fəal şəkildə qədim tarixi-mədəni abidələrimizi özününküləşdirməyə başladılar. Beləliklə, ermənilər həmin qədim tarixi abidələri öz adlarına çıxaraq, bizim qədim keçmişimizi mənimsədilər. Bu faktı tarixçilər də qəbul edirlər ki, ən qədim dövrlərə aid arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi sübutlar içərisində ermənilərin izlərinə rast gəlinmir. Ermənilərin yalandan sahib çıxmağa çalışdıqları Urartu dövlətinin sərhədləri isə nə Çuxursədə, nə Zəngibasara, nə Zəngəzur və Göyçəyə, nə də Qarabağa qədər uzanmayıb. Adlarını çəkdiyimiz vilayətlər hər zaman tarixi Azərbaycan torpaqları olub”.
Daha sonra Azərbaycan xalqının qədim mahnılarından olan “Sarı gəlin” ilə bağlı tədqiqatlarından danışan millət vəkili vurğulayıb ki, bu mahnı qədim türk-qıpçaq mədəniyyətinə aiddir: “Mahnının sözləri oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrında yazılıb. Bayatı isə yalnız türklərə aid yaradıcılıq nümunəsidir. Osmanlı yazarı Ahmet Refik Altunayın “Kafkas yollarında” adlı xatirə kitabında da qeyd edilir ki, 1918-ci ilin aprel-may aylarında Anadoluya səfər edən bir qrup xarici jurnalistlərdən ibarət heyət Ərdahan vilayətinin Mərdinik kəndində əslən ermənilərin viran qoyduqları Oxçu kəndindən olan Əli adlı bir şəxslə qarşılaşır. Bu şəxs qonaqlara “Sarı gəlin” mahnısını oxuyur və adıçəkilən kitabda həmin mahnıya aid qeyd edilən bir bənd belə bu mahnını bir türk gəncin öz kəndində yaşayan xristian sevgilisinə həsr etdiyini deməyə böyük əsas verir”.
Millət vəkili Hikmət Babaoğlu onu da bildirib ki, müasir Azərbaycan dövləti öz milli keçmişinə sahib çıxır, Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən xalqımız mənfur ermənilərə qarşı qətiyyətli mübarizə aparır: “Ermənilərin törətdiyi soyqırımlar Azərbaycan xalqının qan yaddaşıdır. Bu gün Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan torpaqlarına, tarixi keçmişimizə iddia edən, ölkəmizə qarşı informasiya müharibəsi aparan mənfur düşmənlərə layiqli cavab verir”.
Tədbirdə çıxış edən universitetin Biznes idarəçiliyi fakültəsinin Marketinq kafedrasının müdiri Anar Eminov və digər şəxslər aparılan tədqiqatların vacibliyini vurğulayıblar. Qeyd edilib ki, erməni yalanlarını ifşa edən belə faktlar cəmiyyətə yaxından tanıdılmalı, bununla bağlı kütləvi tədbirlər təşkil edilməlidir. Tədbir daha sonra müzakirə ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09

