“Fitnə” sənədli filmi Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsində nümayiş etdirilib
20.05.2016 [10:35]
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsində “Multikulturalizm ili” çərçivəsində tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, fakültənin müəllim və tələbələri, eləcə də Komitə sədrinin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov iştirak ediblər.
Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.
Akademik Vasim Məmmədəliyev xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən filmin önəmindən bəhs edib. O bildirib ki, radikal dini qrupları, eləcə də bu qruplara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə, İslamın buyurduğu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək mümkündür.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Fitnə” filminin ərsəyə gəlməsinin səbəb və məqsədindən bəhs edib. Komitə sədri deyib ki, film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Mübariz Qurbanlı ilahiyyat fakültəsinin fəaliyyətindən bəhs edib və fakültənin yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Komitə sədri gələcəkdə də dini radikalizmin fəsadlarından bəhs edən filmlərin çəkilişinin nəzərdə tutulduğunu və bu istiqamətdə Dövlət Komitəsinin ilahiyyat fakültəsinin tələbələrinin ideyalarını dəyərləndirməyə hazır olduğunu bildirib.
Mübariz Qurbanlı tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin - multikulturalizm anlayışının dövlət tərəfindən inkişaf etdirilməsində həyata keçirilən çoxşaxəli tədbirlər barədə də tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi olduqca əhəmiyyətlidir. Ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğulayıb, bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Komitə sədri həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyini söyləyib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

