Türk dünyası I Gənclər Forumunda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çağırışlar edilib
19.10.2016 [10:08]
Şimali Kiprin Girnə şəhərində Türk Dünyası Həmrəylik Dərnəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan Türk dünyası birinci Gənclər Forumu çərçivəsində “Türk dünyası gənclərinin ümumi problemləri və əməkdaşlıq”, “Gələcəyə baxış: liderlik və dünyagörüşünün inkişafında rəhbərlər” mövzularında panellər keçirilib.
Azərbaycan Milli Məclisinin deputatı, professor Elman Nəsirovun sədrliyi ilə keçirilən panellərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Şimali Kiprin nümayəndəsi Oğuz Karakartal, Rusiya Federasiyası Çeçenistan Respublikasının gənclər naziri İsa İbrahimov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Qırğızıstan təmsilçisi Nurdin Kaparov və başqaları çıxış ediblər.
Çıxışlarda türk dünyasının gənclərinin Şimali Kiprdə toplanması tarixi hadisə kimi dəyərləndirilib. Türkdilli xalqlar və ölkələr arasında möhkəm həmrəyliyin yaranmasında gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub. Diqqətə çatdırılıb ki, türkdilli gənclər arasında səmərəli əməkdaşlıq münasibətinin gücləndirilməsi üçün xüsusilə təhsil sahəsində birgə layihələrin həyata keçirilməsinə ehtiyac var. İkili diplomların əldə edilməsinə nail olunarsa bu, gənclərin türkdilli ölkələrdə rahat inteqrasiyasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Panellər çərçivəsində gəncləri maraqlandıran suallar cavablandırılıb.
Milli Məclisin deputatı Sevinc Hüseynova, professor Aygün Əttar, Türk Dünyası Həmrəylik Dərnəyinin sədri Orxan Həsənoğlu, qazaxıstanlı jurnalist Nurgali Jusipbay və başqaları I Gənclər Forumunun əhəmiyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüb, bu sahədə nailiyyətlərin əldə olunması üçün təkliflərini çatdırıblar. Bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, qurumun Ağsaqqallar Şurası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatların fəaliyyəti türk dünyası arasında birliyin, həmrəyliyin və qarşılıqlı əməkdaşlığın yaranmasına böyük töhfə verib. Gənclərin qarşılıqlı olaraq bütün türkdilli xalqların tarixini, mədəniyyətini, adət-ənənələrini öyrənməsinin vacibliyi, o cümlədən Türk Dünyası Gənclərinin Əlaqələndirmə Mərkəzinin yaradılmasının önəmi qeyd olunub.
Nurgali Jusipbay və türkdilli xalqların digər təmsilçiləri çıxışlarında diqqətə çatdırıblar ki, türkdilli ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün gənclər qarşılıqlı şəkildə ümumi məsələlər barədə geniş məlumatlı olmalıdırlar. Qeyd edilib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq işini müdafiə etmək hər bir türk gəncin mənəvi borcudur. Bunun üçün ilk növbədə bütün türk gəncləri xalqlarımızın ümumi problemlərini, tarixini, mədəniyyətini, həmçinin Dağlıq Qarabağ məsələsinin ortaya çıxmasının səbəblərini öyrənməli, fasiləsiz olaraq bu məsələni gündəmdə saxlamalıdırlar.
Çıxışlarda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə xalqımıza təbriklər ünvanlanıb, həmrəylik şüarları səsləndirilib.
Xatırladaq ki, “Dildə, fikirdə, işdə birlik” devizi altında 24 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı ilə keçirilən Forumda Azərbaycan rəsmi şəxslərin, o cümlədən Milli Məclisin deputatlarının da daxil olduğu geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Forum çərçivəsində Şimali Kiprin ayrı-ayrı şəhərlərində “Azərbaycanın Dövlət Müstəqilliyi Günü”, “Kipr türk mədəniyyət gecəsi”, birlik və həmrəylik mövzularında panellər, kitab sərgisi və digər mədəni tədbirlər təşkil edilib.
Forum oktyabrın 19-da başa çatacaq.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

