/ / Xarici tələbələr Azərbaycandakı dini tolerantlıq və multikulturalizm barədə məlumatlandırılıblar
Xarici tələbələr Azərbaycandakı dini tolerantlıq və multikulturalizm barədə məlumatlandırılıblar
01.08.2017 [09:33]
Prezident İlham Əliyevin tövsiyəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olublar.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və digər qurumların təşəbbüsü ilə Azərbaycanda xarici ölkələrdən dəvət olunan gənclərin yay və qış məktəblərinin təşkil edildiyini xatırladaraq, Prezident İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilən bu layihənin əhəmiyyətindən danışıb. O, yay məktəbinin iştirakçılarına DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib.
Mübariz Qurbanlı iştirakçıların çoxsaylı suallarını cavablandırıb. O, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər haqqında söhbət açıb. Azərbaycan əhalisinin 96 faizinin İslam dininə mənsub olduğunu bildirən komitə sədri ölkəmizdə xristian, yəhudi icmalarının da fəaliyyət göstərdiklərini vurğulayıb. M.Qurbanlı bildirib ki, Azərbaycan dünyəvi ölkədir və burada müxtəlif dini konfessiyaların nümayəndələri əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Xalqımız onların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşır. Eyni zamanda, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərilir.
Komitə sədri görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazimizin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb.
M.Qurbanlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçılarının Azərbaycan haqqında yüksək təəssüratlarla ölkələrinə qayıdacaqlarına inandığını qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56

