700 bal toplayan abituriyentlərin uğur yolu
04.08.2017 [10:06]
Azərbaycanda daha bir imtahan həyəcanı geridə qalıb. Belə ki, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi etməyə başlayıblar.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. Belə ki, II ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri Arzu Məmmədzadədir. Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyi bu il bitirən Arzunun özündən böyük bacısı və kiçik bir qardaşı var. Bacısı ötən il 675 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olub. A.Məmmədzadənin dediyinə görə, ona stimul verən elə bacısı olub. Kiçik qardaşı isə hazırda məktəblidir. Arzu düzgün motivasiya və sistemli çalışaraq hər bir abituriyentin bu nəticəni əldə edə biləcəyini söyləyir: “Sualları çox rahatlıqla cavabladım. 700 bal toplayacağıma əmin idim. Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam. Gələn il tələbə adını qazanmaq arzusunda olan abituriyentlərə də demək istəyirəm ki, sistemli və nizamlı şəkildə dərslərini oxusunlar. Ən gözəl istirahət açıq havada gəzintidir. Sosial şəbəkələrdən, telefon və televizordan, bir sözlə, əyləncələrdən qısa müddətlik uzaq dursunlar. Bu nəticə onlar üçün də əlçatan olacaq. Hazırda isə istəyim beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almaq və Azərbaycanı xarici ölkələrdə diplomat kimi layiqincə təmsil etməkdir”.
Arzunun anası Mehriban Məmmədzadə qızının imtahanlarda yüksək bal yığacağına əvvəlcədən əmin olduğunu deyib: “Arzu orta məktəbi çox yaxşı oxuyurdu. Məktəbdəki tədbirlərdə, keçirilən intellektual yarışlarda həmişə fəal iştirak edib. Qəbul imtahanlarına çox səylə hazırlaşırdı. İnanırdıq ki, o da bacısı kimi yüksək bal toplayacaq. Arzu edirəm ki, bütün valideynlər bizim keçirdiyimiz sevinci yaşasınlar”.
I ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri də Qabil Əliyevdir. Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu olan Qabil birinci imtahanda iştirak edib 680 bal toplayıb. İkinci imtahanda öz savadını sınamaq üçün yenidən imtahan verən abituriyent bu dəfə ən yüksək nəticəni əldə etməyi bacarıb. Uğur hekayəsini bizimlə bölüşən Qabilin sözlərinə görə, bu, həm də valideynlərinin əməyinin bəhrəsidir: “Demək olar ki, asudə vaxtlarımı belə imtahana hazırlaşaraq dəyərləndirməyə çalışırdım. Zəif bildiyim hissəni isə yenidən öyrənməyə səy göstərirdim. Qarşımda yalnız bir məqsəd vardı - 700 bal toplamaq. Ona görə də imtahanlarda 700 bal toplayacağıma inanırdım. Bu uğur yalnız mənim deyil, üzərimdə əməyi olan hər kəsindir. Xüsusilə də, valideynlərimin həm maddi, həm də mənəvi dəstəyi olub. Həmişə rahatlığım və yaxşı təhsil almağım üçün mənə şərait yaradıblar. Hər birinə təşəkkür edirəm. Təhsilimi isə Bakı Ali Neft Məktəbində (BANM) davam etdirmək istəyirəm”.
Qabilin nənəsi Məğrubə Əliyevanın sevinci isə hədsiz-hüdudsuzdur: “Nəvəm uşaqlıqdan çox çalışqan və tərbiyəli olub. Qabilin bu uğuru ilə mənə dünyaları bağışladığını deyə bilərəm. Bütün valideynlərin bu hissləri yaşamasını arzu edirəm. Bununla dördüncü nəvəmdir ki, imtahandan yüksək nəticə əldə edir. Çox şadam ki, əməyimiz yerdə qalmadı. Heç bir var-dövlət bu sevinci əvəz edə bilməz”.
Növbəti yüksək nəticə əldə edən abituriyentimiz III ixtisas qrupu üzrə imtahan verən Səbinə İsmayılovadır. Zərifə Əliyeva adına liseyin məzunu olan Səbinə üçün bu nəticə gözlənilməz olub: “700 bal toplayan abituriyentlərin cərgəsində olduğum üçün çox sevincliyəm. Əslində, 700 balı yığacağımı gözləmirdim. Amma Prezident təqaüdünə düşməyi arzulayırdım. Dərslərimi sistemli şəkildə oxumağa cəhd edirdim. Hazırlıqlara bu ildən gedirdim. Xüsusilə də, yuxu rejimimə diqqət yetirməyə çalışırdım. Ailəmin arzusu 700 bal toplamağım idi. Çox sevinirəm ki, bir övlad kimi onların bu arzusunu gerçəkləşdirə bildim. Valideynlərimin qürurverici sözləri və qohumlarımın sevinci, demək olar ki, bütün əziyyətli günlərimi unutdurmuş oldu”.
Abituriyentin məzun olduğu Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyevanın sözlərinə görə, bu uğur həm Səbinənin valideynlərinin, həm də lisey kollektivinin əməyinin bəhrəsidir: “Biz Səbinədən yüksək nəticə gözləyirdik. Çalışqanlığı və tərbiyəsi ilə hər zaman nümunəvi şagird olub. Ümid edirəm ki, Səbinə bununla da kifayətlənməyəcək. Öz üzərində çalışacaq, daim zirvələri fəth edəcək və Azərbaycanın əsl ziyalı vətəndaşı kimi yetişəcək. Onu da diqqətinizə çatdırım ki, Səbinə 700 bal toplayan ilk məzunumuz oldu. Ardınca daha bir məzunumuz Elmir Əhmədov da I qrup üzrə 700 bal topladı. Bu il lisey kollektivi olaraq sevincimizin həddi-hüdudu yoxdur”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20

