Ankarada “Sağlamlıq jurnalistikası” mövzusunda təlim keçirilib
23.08.2017 [10:03]
Türkiyənin Anadolu Agentliyinin, ISESCO-nun və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) birgə təşkilatçılığı ilə Ankarada “Sağlamlıq jurnalistikası” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, 11 gün davam edən və Azərbaycandan, Türkiyədən, Yəməndən, Mərakeşdən, Qazaxıstandan, Albaniyadan, Səudiyyə Ərəbistanından, Liviyadan, Pakistandan və Somalidən jurnalistlərin iştirak etdikləri təlimin məqsədi İƏT-ə üzv ölkələr arasında əməkdaşlığı genişləndirmək, jurnalistlər şəbəkəsi yaratmaq idi.
Təlimdə jurnalistlərə səhiyyə sahəsində xəbər yazmağın, foto və video informasiyaları hazırlamağın qaydaları öyrədilib, bu sahədə mövcud problemlərdən danışılıb, həmin problemlərin həlli yolları müzakirə edilib. Təlim İƏT ölkələrindən olan mütəxəssislər, səhiyyə sahəsində tanınmış jurnalistlər, məşhur həkimlər, habelə Anadolu Agentliyinin bu sahədə ixtisaslaşmış jurnalistləri tərəfindən aparılıb. Təlim çərçivəsində jurnalistlər, həmçinin Türkiyə Radio Televiziya Qurumunda (TRT), Anadolu Agentliyində, Ankara Atatürk Təhsil və Araşdırma Xəstəxanasında, Sağlamlığın İnkişafi Təşkilatında və Dünya Səhiyyə Təşkilatının Türkiyə ofisində olublar.
Anadolu Agentliyində jurnalistlər agentliyin beynəlxalq əlaqələri, müharibə və münaqişə zonalarında müxbirlərin fəaliyyətləri ilə tanış olublar. Agentliyin insan resursları və inzibati məsələlər şöbəsinin icraçı direktoru Mücahid Məhəmməd Soykan təlim iştirakçılarına qurumun prinsipləri və gələcək layihələr barədə ətraflı məlumat verib.
Təlimin bağlanış mərasimində çıxış edən Anadolu Agentliyinin baş direktorunun müavini, baş redaktor Metin Mutanoğlu bildirib ki, bu proqram agentlik ilə SESRIC-in ilk birgə layihəsidir. O qeyd edib ki, təlimin keçirilməsində məqsəd İƏT ölkələrinin media nümayəndələri üçün təcrübə mübadiləsi aparmağa imkan yaratmaq və səhiyyə sahəsində ixtisaslı jurnalistlər hazırlamaqdır. Metin Mutanoğlu, həmçinin təmsil etdiyi agentliyin tarixi, təcrübəsi və gələcək layihələri barədə jurnalistlərə ətraflı məlumat verib. “Biz Anadolu Agentliyinin bütün imkanlarından istifadə edərək İslam dünyasının jurnalistlərinin təkmilləşdirilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə M.Mutanoğlu vurğulayıb.
SESRIC-in baş direktoru Musa Kulaklıkaya çıxış edərək İƏT ölkələrində sağlamlığın mövcud vəziyyəti barədə məlumat verib. O, əminliyini ifadə edərək bildirib ki, təlimdə iştirak etmiş jurnalistlər insanların sağlamlığının qorunmasında, səhiyyə sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaqlar.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19

