Beynəlxalq Tolerantlıq Günü
16.11.2017 [10:21]
“Müasir dünyada hər birimiz etnik-mədəni müxtəliflik, sürətli sosial dəyişiklik və kütləvi miqrasiya prosesi ilə yaşamağı öyrənməliyik. Sülh və əmin-amanlığa nail olmaq üçün bundan başqa alternativimiz yoxdur”.
(A.H.Riçmond)
Araşdırmalara görə, tolerantlıq anlayışı 16-17-ci əsrlərdə Qərbdə yaranıb və inkişaf edib. Əsasən dini mahiyyətli bu anlayış həmin dövrlərdə Avropada gedən məzhəblərarası münaqişələrin qarşısının alınması, dini ayrı-seçkilyin ləğv edilməsi üçün müxtəlif dövlətlər tərəfindən ideologiya kimi dəstəklənmiş və siyasi iradədə öz əksini tapmışdır. Qərbin öncül mütəfəkkirləri - Con Lok, Volter və başqaları hesab edirdilər ki, ictimai asayişi qorumaq və sülhə nail olmaq üçün tolerantlıq ideyası geniş şəkildə təbliğ olunmalıdır. Bu baxımdan tolerantlıqla bağlı bir çox elmi əsərlər yazılmış və təriflər verilmişdir. C.Lok hesab edirdi ki, tolerantlıq insanlığın ədəb qaydasıdır. O ədəb qaydası ki, başqalarının hüquq və azadlıqlarını pozmadan yaşaya bilməkdir.
Tolerantlıq müxtəlif seçimlərə, inanclara, dünyagörüşünə və digər xarakterə sahib olan insanların sosial münasibətlər əsasında birgəyaşayışıdır. Bu məfhum bütün mədəni müxtəlifliklərin mövcud olduğu cəmiyyətlərdə harmoniyanı, stabilliyi və sosial həyatın davam etdiyini daha da gücləndirir.
Dözümlülük ideologiyasının təbliği və təşviqi XVI əsrdən başlasa da, beynəlxalq ictimaiyyət tərəfindən öz hüquqi qiymətini XIX əsrin sonlarında tapmağa başladı. Belə ki, 1894-cü ildə qəbul edilmiş Cenevrə Konvensiyası döyüşdə iştirak etmiş bütün əsgərlərə hörmət göstərilməsini tələb edirdi. Bu yanaşma sonralar müharibə zamanı əsir düşmüş insanlara qarşı münasibətdə də tətbiq edilməyə başladı. 1926-cı ildə Millətlər Liqası tərəfindən irəli sürülən sənəddə qul əməyi və qul alveri qeyri-qanuni hesab edildi.
İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tolerantlığın təbliği və təşviqi ilə bağlı baxışlar yeni mərhələyə qədəm qoydu. BMT və onun müvafiq qurumları tolerantlığı öz fəaliyyət istiqamətlərinin əsas prinsipi kimi müəyyən edərək universal ideyalar irəli sürdü. Beləliklə, BMT Nizamnaməsinin dördüncü hissəsində tolerantlığın insanların həyat fəlsəfəsində və yaxşı qonşuluq münasibətlərinin qurulmasında vacib olduğu göstərilirdi. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” (1948), “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya (1948), “Mülki və siyasi hüquqlar haqqında” beynəlxlaq pakt (1966), “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq pakt (1966) və UNESCO-nun “Tolerantlıq prinsipləri haqqında” Bəyannaməsi (1995) kimi beynəlxalq sənədlər qəbul edilərək tolerantlığın dünyada daha geniş təşviq və təbliğ olunması üçün müfəssəl beynəlxalq hüquqi norma yaradıldı. Beləliklə, dözümsüzlüyün beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılması mexanizmi yaranmış oldu.
Sosial İnkişaf İndeksinin araşdırmalarına görə, bu gün dözümsüzlük özünü miqrantlara, dini və etnik azlıqlara münasibətdə daha çox göstərir. Nəticədə sivil cəmiyyətlərdə nifrət zəminində çıxışlar, soyqırımı cinayətləri, dini və etnik zəmində münaqişə ocaqlarının arealı genişlənir.
Etnik, din və dil müxtəlifliyini müəyyən coğrafiyada mədəni zənginliyə, cəmiyyətdə inklüzivliyə, ümumi rifaha nail olmaq üçün tolerantlıq anlayışı fərdlər, icmalar və dövlətlər tərəfindən mənimsənilməli, təşviq və təbliğ edilməlidir. XVI əsrdə olduğu kimi, müasir dövrdə də bəşəriyyətin bu ideyalara böyük ehtiyacı var.
Artmaqda olan dözümsüzlüklə mübarizə üçün həmrəyliyə nail olmaq, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörməti, anlaşmanı və dialoqu gücləndirmək məqsədilə 1995-ci il noyabrın 16-da UNESCO tərəfindən dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunması ilə bağlı Bəyannamə qəbul edildi. Həmin tarixdən etibarən hər il noyabrın 16-da bütün dünya ölkələri irqçiliyə, ksenofobiyaya, zorakılığa, ekstremizmə və dözümsüzlüyə “YOX” deyir.
Rəfi Qurbanov
DQİDK-nın Xarici əlaqələr
şöbəsinin müdir müavini
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

