İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib
24.11.2017 [10:08]
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət idarəetməsində ictimai iştirakçılığın geniş tətbiqinə xüsusi önəm verilir. 2006-cı ildə penitensiar sistemin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsi və məhkumların islah olunmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə ədliyyə naziri yanında yaradılmış və tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət olan İctimai Komitə 11 ildir uğurla fəaliyyət göstərir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən dövrdə Komitə tərəfindən penitensiar müəssisələrə 670-dən artıq başçəkmə həyata keçirilərək məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirilib, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işində fəal iştirak edilib, 2 mindən artıq məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərilib.
2013-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanunun qəbul olunması dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın dərinləşməsinə təkan verib. İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb.
Bu gün müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlb olunan İctimai Komitə nazirliyin daimi monitorinq qrupu ilə birgə ictimai rəyin öyrənilməsində, kollegiya iclaslarında, konfrans və seminarlarda, “açıq qapı” günlərində, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə və digər tədbirlərdə yaxından iştirak edir.
Müvafiq Qaydalara uyğun olaraq, fəaliyyət göstərən Komitənin növbəti iki illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tərkibi deputatlardan, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə hesabat görüşü keçirilib, qurumun fəaliyyəti təhlil edilərək qiymətləndirilib və Komitənin tərkibi yenidən formalaşdırılıb.
Bu günlərdə Komitənin yeni tərkibdə ilk iclası keçirilib, ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib.
Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib, dövlətimizin başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ilə bu islahatların yeni mərhələyə keçdiyini və bu mühüm sənədin icrası üzrə görülən işləri qeyd edib.
Nazir ədliyyə fəaliyyətində ictimai iştirakçılıq baxımından İctimai Komitənin mühüm rolunu vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.
Komitə üzvləri Ədliyyə Nazirliyində aşkarlığa və şəffaflığa daim xüsusi önəm verildiyini vurğulayaraq, nazirliklə əməkdaşlıq modelindən və səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə edib, məhkumları şərti azadetmə ilə bağlı yaradılmış Komissiyanın fəaliyyətini və onun işində ictimaiyyətin iştirakını müsbət qiymətləndirib, həyata keçirilən islahatlara töhfə verməyə hazır olduqlarını bildiriblər.
İclasda İctimai Komitənin işinin daha səmərəli təşkili, ədliyyənin yeni fəaliyyət istiqamətləri ilə tanış olunması, məhkumların sosial adaptasiyası və əməkdaşlığın digər formaları barədə fikir mübadiləsi aparılıb.
Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35

